Tarixi görüşə az vaxt qaldı Putin Çindədir
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Vladimir Putin Çinin Şençjen şəhərinə gəlib – Tramp və Si Cinpinlə üçtərəfli görüş keçiriləcək**
Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərinə səfər edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya liderini Baoan Beynəlxalq Hava Limanında qarşılayıblar.
Putin noyabrın 18-19-da Şençjendə bir sıra tədbirlərdə iştirak edəcək. Onun səfər proqramı kifayət qədər zəngindir. Rusiya Prezidenti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) iqtisadiyyat liderlərinin sammiti çərçivəsində keçiriləcək tədbirlərə qatılacaq. O, xüsusilə Biznes Forumunda və sammitin plenar iclasında çıxış edəcək.
Bundan başqa, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli danışıqlar aparacaq. Daha sonra liderlər işgüzar səhər yeməyi formatında məhdud tərkibdə görüşərək beynəlxalq siyasi gündəmin aktual məsələlərini ətraflı müzakirə edəcəklər.
Səfərin əsas hadisəsi isə Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında tarixdə ilk dəfə keçiriləcək üçtərəfli görüş olacaq. Tərəflərin bu görüşə ciddi hazırlaşdığı qeyd olunur.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dünyanın üç ən böyük dövlətinin liderlərinin bu sammitdə iştirakı beynəlxalq ictimaiyyətə mühüm mesajdır. Onun sözlərinə görə, bu görüş ən kəskin problemlərin dialoq yolu ilə həllinin mümkünlüyünü nümayiş etdirir.
Peskov xüsusi olaraq vurğulayıb ki, Rusiya, ABŞ və Çin liderləri dünyanın taleyini həll etmək məqsədilə bir araya gəlmirlər. Onun sözlərinə görə, ən azı Moskva və Pekin dünya nizamının əsasını çoxqütblülük prinsipində görür və hər hansı bir dövlətin digər ölkələrin taleyini müəyyənləşdirməsini qəbul etmir.
Baxış sayı:26
Bu xəbər 17 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















