“Mançester Siti” Holanı satmağa hazırlaşır 175 milyon avro tələb edcək
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Siti” yayda hücumçusu Erlinq Holanı satmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.
Məlumata görə, klub 26 yaşlı hücumçunun mövsümün sonunda komandadan ayrılması ehtimalı üzərində işləyir.
“Şəhərlilər” Holanın transferi üçün təxminən 175 milyon avro tələb etməyi nəzərdə tutur.
“Mançester Siti” maliyyə qalmaqalı fonunda Avropa yarışlarından kənarlaşdırılma və Premyer Liqadan düşmə riski ilə üzləşə biləcəyi üçün PSJ, “Liverpul”, “Barselona” və “Real Madrid” artıq Holanla maraqlanmağa başlayıb.
Üstəlik, “Mançester Siti” də artıq onun yerinə başqa bir oyunçu axtarır. Namizədlər arasında ötən mövsüm İngiltərə Premyer Liqasının bombardirlər siyahısında ikinci olan “Brentford”dan İqor Tyaqo da var. Digər potensial hücum variantı isə transfer qiyməti təxminən 75 milyon avro olan “Qalatasaray”lı Viktor Osimhendir.
Qeyd edək ki, Holan cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda 14 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:Mançester Siti Holanı tarixin ən bahalı futbolçusuna çevirdi Rəsmi
17 Yanvar 2025 13:56
“Mançester Siti” Holandı satmağa hazırdır
17 Noyabr 2026 13:21
Mançester Siti ulduzunu satmağa qərar verdi
06 Sentyabr 2025 15:34
“Mançester Siti” ciddi dəyişikliklərə hazırlaşır
24 Dekabr 2024 12:31
“Mançester Siti” yeni transferə hazırlaşır
07 Mart 2026 14:43
Baxış sayı:98
Bu xəbər 17 Noyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















