Icma.az
close
up
RU
Tarixi gündən qalan xatirəni fürsətə çevirənlər... Messinin imzaladığı köynək 20 min manata satılır

Tarixi gündən qalan xatirəni fürsətə çevirənlər... Messinin imzaladığı köynək 20 min manata satılır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Argentinalı futbol ulduzu Lionel Messi və onun yoldaşlarının Bakıdakı görüşünə yüzlərlə futbol azarkeşi gəlmişdi. Az qala hər kəs onunla şəkil çəkdirməyə, avtoqraf almağa çalışırdı. Messisevərlər əllərində tutduğu futbol köynəklərinə sevimli futbolçularının imzasının düşməsi üçün dəridən-qabıqdan çıxırdılar. Azərbaycanın elan saytlarına göz atanda məlum olur ki, xeyli azarkeş istəyinə nail olub. Yoxsa bu qədər imzalı köynək satışa çıxarılmazdı.

Bizimyol.info xəbər verir ki, Messinin imzaladığı köynək 20 min manata satılır. Elan saytlarının birində bu qiymətə məhsul gözə dəyir. Maraqlıdır ki, köynəyin üzərində Luis Suaresin soyadı yazılıb. Xüsusi olaraq bunu Messi ilə Suaresin imzaladığı qeyd olunub.

Məhsulun xeyli baha satışa çıxarıldığını demək olar. Hər halda daha sərfəli variantlar diqqət çəkir. Məsələn, Messinin Argentina milli komandasındakı 10 nömrəli imzalı köynəyi 6 min manata satılır. 12 min, 10 min, 8800 manata köynəklər var. Təbii ki, hamısında Messinin imzası görünür. İmzanın rəqəmlərin üzərində yazıldığı “Barselona” köynəyi 2500 manata təklif olunur. Bu variant başqalarına baxanda çox sərfəli görünür.

Satışa çıxarılan məhsullar sırasında “Barselona” papağı da diqqətdən yayınmır. Bunu 10 min manata satmağa hazırlaşırlar. Ən qəribə təklif Braziliya milli komandasının Messi imzalı köynəyidir. Cəmi 320 manat ödəməklə bu məhsulu əldə etmək olar.

Məsələnin xoşagəlməz tərəfi odur ki, situasiyadan pul xatirinə istifadə edən çox olub. Messinin ölkədə onminlərlə azarkeşi var. Əksəriyyət ona uzaqdan belə baxmağa imkan tapmayıb. İmza əldə etməyi bacaranların böyük hissəsi də köynəyi satışa çıxarıb. Halbuki həmin köynəyi bir ömür yadigar saxlamaq istəyəcək azarkeşlər var. Hansı ki, Messi ilə görüşdə iştirak edə bilməmişdilər. Yəni Messi ilə görüşü hər kəs təyinatı üzrə qiymətləndirməyib. Tarixi fürsətdən məhz pul qazanmaq üçün istifadə edənlərin çoxluğu heç xoş görünmür.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri