Icma.az
close
up
RU
Tarixi irsimizə davamlı dövlət qayğısı

Tarixi irsimizə davamlı dövlət qayğısı

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Bu gün xalqımız Azərbaycanın müstəqilliyi, BMT ailəsində yer alması, suveren dövlət kimi öz milli maraqlarını qətiyyətlə qoruması, hədəflərinə doğru inamlı addımlar atması ilə sonsuz qürur duyur. Ancaq müstəqil dövlət quruculuğuna gedən yolumuz heç də asan və hamar olmayıb. Azadlıq yolunda bir sıra təzyiqlərlə, məhrumiyyətlərlə üzləşmişik.

Ancaq aydınlarımız, işıqlı ziyalılarımız sonsuz fədəkarlıqlar göstərməklə  çətinlikləri dəf ediblər və ən kritik məqamlarda xalqımızın sabahını düşünərək doğru qərarlar veriblər. Ötən əsrin əvvəllərində  Azərbaycan xalqının müstəqillik, azadlıq mücadiləsinin önündə dayanan mübariz insanlardan biri olan Fətəli xan Xoyskinin adı da belə aydınlarımızın sırasında yer alır. 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. Bu günlərdə Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə yubileyin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. Eyni zamanda, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Görkəmli şəxsiyyətlərin xatirəsinə göstərilən böyük hörmət və ehtiram

Prezident İlham Əliyevin Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması müstəqil Azərbaycan dövlətinin tarixi irsimizə, mədəniyyətimizə hərtərəfli qayğı siyasətinin davamıdır. Elə sahələr və elə anlayışlar var ki, onlar maddi deyil, gözlə görünmürlər. Ancaq bu sırada yer alan milli-mənəvi dəyərlər, mədəniyyət, tarixi irs bizim xalq kimi formalaşmağımıza, milli ideologiyamızın zənginləşməsinə, dövlət quruculuğuna, cəmiyyətdə həmrəylik ovqaqtının güclənməsinə müstəsna dərəcədə böyük təsir göstərir. Bu baxımdan Azərbaycanda yaranan ənənə təqdirəlayiqdir. Biz tez-tez Prezident İlham Əliyevin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə görüşlərə qatılmasının, onların müxtəlif təltiflərə, dövlət mükafatlarına layiq görülmələrinin şahidi oluruq. Ökəmizdə yaradıcılıq uğurlarına imza atan şair və yazıçıların, bəstəkarların, rəssamların yubileylərinin keçirməsi ənənə halını alıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Aşıq Ələsgərin 200 illik yubileyinin keçirlməsi, ona paytaxtımızda möhtəşəm abidə ucaldılması bunun əyani təsdiqidir. Yeri gəlmişkən, təkcə son illərdə Bakının ayrı-ayrı guşələrində Bülbülün, Tofiq Quliyevin və digərlərinin əzəmətli heykəllərinin dövlət başçısının iştirakı ilə açılışı baş tutub. Prezident İlham Əliyev müxtəlif illərdə Nizami Gəncəvinin, İmaməddin Nəsiminin və digərlərinin yubileylərinin keçirilməsi ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb.

Bu günlərdə daha bir mədəniyyət hadisəsinin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı baş tutub. Kompleks mavi Xəzərin sahilində - Şüvəlan qəsəbəsində 3 hektar ərazidə yaradılıb. Belə bir müasir kopleksin istifadəyə verilməsi ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, tarixi irsimizin mühüm bir hissəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirələrinin əbədiləşdirlməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 16 may 2017-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi də yüksək səviyyədə qeyd olunub. Bununla bağlı Prezident İlham Əliyev 22 noyabr 2013-cü il tarixində ayrıca Sərəncam imzalayıb. Sənəddə M.Ə. Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim kimi səciyyələndirilib.

Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar isə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin mədəniyyətimizə, tarixi irsimizə həssas yanaşmasını, görkəmli şəxsiyyətlərin xatirəsinə böyük hörmət və ehtiramını əyani şəkildə nümayiş etdirir.

AXC hökumətinin Qərb ölkələrindən daha əvvəl verdiyi mühüm qərarlar

Fətəli xan Xoyskinin hökumət başçısı olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətin və ziddiyyətli hadisələrin baş verdiyi bir dönəmə təsadüf edir. Həmin dövrdə dünya nizamı yenidən müəyyənləşirdi, xalqlar üçün çox mühüm çağırışlar yaranmışdı. Belə bir şəraitdə1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyətini tarixi hadisə kimi səciyyələndirib.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamda vurğulanır ki, Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.

Həqiqətən də, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. AXC Qərb ölkələrindən çox əvvəl - 1918-ci ildə qadınlara səsvermə hüququnu tanıyıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı müvafiq Sərəncamda oxuyuruq: “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

AXC qurucularının ruhları şaddır

Təəssüf ki, AXC-nin ömrü qısa oldu. Tariximizdə qurulan Birinci respublika cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

AXC-nin yaradılmasını tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Həqiqətən də, bu gün müstəqil Azərbaycan zirvələrdədir. Ölkəmiz son 20 ildən artıq müddətdə möhtəşəm uğurlara imza atıb. Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığımız şanlı zəfərlər sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi müstəqillik illərində qazandığımız ən böyük uğurlarımızdır. Bu gün respublikamızın müstəqilliyi real səciyyə daşıyır. Azərbaycanın verdiyi qərarlar sırf xalqımızın, ölkəmizin milli maraqlarına əsaslanır. Bütün bu uğurlarımıza istinad edərək deyə bilərik ki, hazırda Fətəli xan Xoyskinin və digər AXC qurucularının ruhları şaddır.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri