Icma.az
close
up
RU
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Antalyanın Demre rayonundakı Müqəddəs Nikolay kilsəsində Sarkofaq aşkar edilib.

"Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gələcəyə Miras Layihəsi çərçivəsində 20 metr uzunluğunda, iki mərtəbəli bina kilsənin cənubundakı həyətlə məhdudlaşır" - bu fikirləri qazıntının rəhbəri olan Hatay Mustafa Kamal Universiteti Sənət Tarixi Bölümü müəllimlərindən Dos. Dr. Ebru Fatma Fındık bildirib.

Qazıntılara rəhbərlik edən alim bildirib ki,  Bina daxilində qazma işləri apararkən gözlənilmədən bir sarkofaqla qarşılaşdıq.

"Bu, bəzəksiz sarkofaqlar qrupuna aid olan yerli daşdan hazırlanmış və bir qədər hündür tağlı damı olan bir nümunədir. Qapağın üst tərəfində, dar tərəfdə, yarım dairəvi bir çıxıntı və tutacaq mövcuddur. Təxminən 2 metr uzunluğunda olan sarkofağın yeraltı hissəsinin 1,5-2 metr hündürlüyündə olduğu təxmin edilir. İlkin araşdırmalara əsasən, bu sarkofaq, bölgədə tapılan digər sarkofaqlarla oxşar xüsusiyyətlərə malikdir.”-deyə Ebru Fatma Fındık bildirib.

"İlk dəfə olaraq, bir sarkofaqın orijinal yerində aşkar edildiyinə inanırıq. Müqəddəs Nikolayın məzarının yerləşdiyi ehtimal edilən kilsənin bu qədər yaxınlığında bir sarkofaqın üzə çıxarılması bizi həyəcanlandırdı. Layihə çərçivəsində sarkofaqın yerləşdiyi ərazinin qazıntı və bərpa işlərini tamamlayaraq ölkəmizin turizminə töhfə verməkdən qürur duyacağıq.”-deyə arxeoloq bildirib.

Müqəddəs Nikolay haqqında

Santa Klausun tez-tez maralların çəkdiyi xizəklə dünyanı gəzdiyi təsvir edilsə də, Müqəddəs Nikolayın doğulduğu və yaşadığı yerlər Anadolunun günəşlə isidilmiş Aralıq dənizi sahilləridir. Uşaqlara qarşı dərin mərhəmət duyan, onlara hədiyyələr gətirən mehriban bir qoca kimi təsəvvür edilir. Müqəddəs Nikolay təxminən eramızın 300-cü ilində Likiya şəhəri Patarada varlı bir buğda tacirinin yeganə övladı olaraq dünyaya gəlib.

Nikolayın həyatı haqqında çox az şey məlum olsa da, onunla bağlı çoxlu əfsanələr mövcuddur. Onun kiçik yaşlarından möcüzələr göstərdiyinə inanılır. Bir əfsanəyə görə, gənc yaşlarında kilsə dağıntıları altında qalıb və sağ qalmağı bacarıb. Onun möcüzələri böyüklük dövründə də davam edib. Əfsanələrdən birində deyilir ki, o, üç gənc qız üçün cehiz alsınlar deyə gecələr pəncərələrindən və ya bacalarından pul atıb. Digər hekayələrdə bir gəmini batmaqdan xilas etdiyi və hətta üç ölmüş uşağı həyata qaytardığı iddia olunur.

Uşaqların və dənizçilərin himayədarı kimi məşhur olan Müqəddəs Nikolay, bir müddət sonra doğulduğu Patara şəhərini tərk edərək yaxınlıqdakı Myra şəhərinə köçüb. Bu günkü Demre adlanan Myra, bir vaxtlar Likya sivilizasiyasının paytaxtı və yepiskop mərkəzi olub. Müqəddəs Nikolay uzun illər Myrada möcüzələr yaradan yepiskop kimi xidmət edib və mərhəmət və iman dolu bir irs buraxıb.

Bu gün Myra, Likya dövrünə aid qaya məzarları və bütöv qalan Roma dövrü teatrı ilə ziyarətçiləri qarşılayır. Müqəddəs Nikolayın 6 dekabr 365-cü ildə Myrada 65 yaşında vəfat etdiyi güman edilir. Yas içində olan Myralılar onun xatirəsini əbədiləşdirmək üçün bir kilsə inşa edərək onun cənazəsini bir sarkofaqda dəfn ediblər. Müqəddəs Nikolayın möcüzələrinin təsvir edildiyi bu kilsə daha sonra zəlzələlər və basqınlar nəticəsində dağılıb və 9-cu əsrdə günbəzli kilsə kimi yenidən tikilib.

Kilsənin daha genişmiqyaslı bərpası isə 1042-ci ildə Şərqi Roma imperatoru IX Konstantin və həyat yoldaşı Zoya tərəfindən həyata keçirilib. Bu səylər sayəsində Müqəddəs Nikolay Kilsəsi bu gün Orta Şərq Roma memarlığının ən gözəl nümunələrindən biridir. 2000-ci ildən bəri UNESCO-nun Dünya İrsi Mirasının Müvəqqəti Siyahısında yer alan bu kilsə, həm də Türkiyədə Xristianlığın ən əhəmiyyətli məkanlarından biri hesab olunur və hər il minlərlə insan tərəfindən ziyarət edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri