Icma.az
close
up
RU
Menu

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

Samsunda aramsız yağışlar daşqına səbəb olub

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

“Atletiko”dan səfər qələbəsi

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

Dünyanın ən dinc ölkəsi açıqlandı

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

Həyatı əbədi dəyişəcək 4 bürc

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

Ağ Evə tarixi dönüş

Ağ Evə tarixi dönüş

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Tramp seçildi...

ABŞ-ın 47-ci prezidenti açıq səs çoxluğu fərqi ilə qələbə qazandı

ABŞ tarixinin ən bahalı prezident seçkisi sona çatdı. “Financial Times”-ın məlumatına görə, seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyən namizədlərin arasında Respublikaçılar Partiyasından olan eks-prezident Donald Tramp seçicilərin böyük əksəriyyətinin etimadını qazınıb. Yeni-sabiq prezidentin çərşənbə günü Pensilvaniya və Viskonsin də daxil olmaqla bir sıra mühüm ştatlarda vitse-prezident Kamala Harrisi məğlub etməsi məlum olduqdan sonra qələbə demək olar ki, rəsmiləşib.

Səs fərqi böyükdür...

Seçki gününün sonunda hər iki tərəf özünü qalib elan etsə də, növbəti gün ortaya çıxan və əsas rəqabətin getdiyi 7 ştatın nəticələri qələbənin hansı tərəfdə olduğunu göstərdi. Tramp Pensilvaniya, Corciya və Şimali Karolinada qazandığı qələbələrlə lazım olan 270 seçicilər kollegiyası səsini artıqlaması ilə təmin etdi.

“Associated Press”in (AP) məlumatına görə, İndiana ştatında Donald Tramp mütləq səs çoxluğu ilə önə çıxıb - o, rəqibi Harrisi səs sayına görə demək olar ki, iki dəfə qabaqlayıb. 70 faizdən yuxarı səs alan Trampın rəqibi 26 faizin üzərində səs qazanıb.

Kentukki ştatında da eyni mənzərə yaşanıb - burada da 60 faizdən çox seçici Donald Trampa səs verib. CNN-in məlumatına görə, bu ştatda Tramp öz rəqibini açıq fərqlə üstələyib. Yeni seçilmiş dövlət başçısı “yelləncək ştatlar”ın (burada seçki kampaniyası dövründə açıq üstünlük qazanılmamışdı) demək olar ki, hamısında yüksək səs faizi toplayıb. Xüsusilə, Viskonsin ştatında bu nisbət daha aydın gözə çarpıb. Minnesotada 5 faizə yaxın səs fərqi olub. Ayovada isə 53 faizdən yuxarı səsə qarşı Harris 45 faizdən bir az çox səs qazanıb. Kanzasda, Şimali Karolina da, Corciyada da açıq fərqlə qələbə əldə olunub. Beləliklə, 24 ştatda Tramp uğurlu və açıq səs fərqi əldə edib. 7 ştatda isə səs fərqi Trampın xeyrinə olsa da, fərq azdır.

Donald Tramp: qalmaqallı prezident, uğurlu biznesmen...

ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Con Tramp 1946-cı ilin 14 iyununda Nyu-York ştatının Kuins ərazisində dünyaya gəlib. Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə ailəsinin daşınmaz əmlak biznesinin rəhbərliyinə keçib. O, sonradan bu şirkətin adını “The Trump Organization” olaraq dəyişdirib. Trampa məxsus bu şirkət 1990-cı illərin sonlarında müflis olub - Tramp növbəti dövrdə uğurlu biznes layihələri ilə şirkətini yenidən ayağa qaldırıb.

Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak edib. 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokrat Hillari Klintonu üstələyərək prezident postuna yiyələnib. Tramp mühafizəkarlığın təbliğinə önəm verir. Respublikaçı prezidentin tərəfdarları onu xilaskar və Amerika liberallarına qarşı öz dəyərlərini müdafiə etməyə hazır bir qəhrəman kimi görürlər. Tənqidçilər isə Trampı ABŞ tarixdə “cinayətdə təqsirli bilinən” prezident adlandırırlar. Trampın seçki kampaniyası dövründə radikal bəyanatları xüsusilə çoxsaylı seçici kontingenti tərəfindən izlənib.Tramp Amerikanın qızıl dövrünü vəd edir...

Qərb siyasətçiləri Tramp tərəfdarlarının çoxalmasını onun “öncə Amerika” siyasəti ilə əlaqələndirirlər. Xatırladaq ki, Donald Tramp seçki kampaniyasını da məhz bu şüaar üzərindən aparmışdı - seçicilər bu şüarda təcəssüm olunan dövlət mənafeyini yüksək qiymətləndirib. Tramp tərəfdarları onun vergi endirimlərini hər zaman minnətdarlıqla xatırlayırlar.

Tramp çərşənbə günü Floridada keçirilən mitinqdə tərəfdarlarına təşəkkür edərkən qələbəsindən danışıb. “Bu, indiyədək heç kimin görmədiyi bir hərəkat idi və açığını desəm, bu, bütün zamanların ən böyük siyasi hərəkatı idi”, - deyə Tramp bildirib. O, “sərhədləri düzəldəcəyi” və ümumilikdə “ölkəmizdə hər şeyi düzəldəcəyik” kimi vədlər səsləndirib. Yeni prezidentin qələbə çıxışında, həmçinin “güclü, təhlükəsiz və firavan Amerikaya nail olmaq üçün çalışacağıq” kimi fikirlər yer alıb.

47-ci prezident olaraq Donald Tramp Fox News tərəfindən “YouTube”-da yayımlanan müraciətində qarşıdakı 4 ili “Amerikanın Qızıl Dövrü” elan edib. O, amerikalı seçicilərə təşəkkür edib və iki dəfə prezident seçilməsinin böyük şərəf olduğunu deyib. Tramp etiraf edib ki, nəticələr “qüdrətli mandat” üçün “böyük sevgi hissi” yaradır - prezident 315 seçicinin dəstəyini qazandığını deyib. Potensial vitse-prezident James David Vens isə çıxışında “ən böyük siyasi dönüşdən” sonra Tramp-ın rəhbərliyi altında ABŞ tarixində “ən böyük iqtisadi dönüşü” həyata keçirəcəklərini vəd edib.

Vurğulayaq ki, Tramp 130 ildən sonra ABŞ tarixinə düşüb - belə ki, 1889-cu ildə seçkilərdə məğlub olan prezident Qrover Klivlend 1893-cü ildə yenidən dövlət başçısı seiçlib. Tramp isə bu uğuru təkrarlayan ikinci dövlət başçısıdır.

Dünya liderləri təbrik edir...

Artıq Donald Trampa 47-ci ABŞ prezidenti kimi təbriklər ünvanlanıb. Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı ABŞ-ın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Təbrik ünvanlayan liderlər arasında Türkiyənin Prezident idə var - Rəcəb Tayyib Ərdoğan Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Türkiyə lideri yeni prezidentdən gözləntilərini də açıqlayıb.

“Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.

Amerika xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə ümid edirəm ki, Türkiyə-ABŞ münasibətləri güclənəcək, regional və qlobal böhranlar və müharibələr, xüsusilə Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi bitəcək, daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram”.

Fransa prezidenti Emanuel Makron da Trampı qələbə münasibətilə təbrik edib. O, təbriki X platformasındakı mikrobloqunda yazıb. Almaniyanın xarici işlər naziri Annalena Baerbok də Trampı qələbə münasibətilə təbrik edib. “Donald Tramp seçkidə qalib gəldi” deyə o, Ukrayna səfərindən qayıdarkən bildirib. Britaniyanın baş naziri Keir Starmer isə Trampın qələbəsini tarixi adlandırıb. “Mən qarşıdakı illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirəm” deyə, o bildirib.

Avstriya kansleri Karl Nehammer təbrikində qlobal çağırışlara uğurla cavab vermək üçün transatlantik əlaqələri genişləndirmək və gücləndirmək imkanından məmnunluğunu ifadə edib. İtaliyanın baş naziri Giorgia Meloni ABŞ və İtaliyanı “ortaq dəyərlərin və tarixi dostluğun qırılmış ittifaqı ilə bağlı olan qardaş ölkələr” adlandırıb və Trampa prezident kimi uğurlar arzulayıb.

Artıq Donald Trampı qələbə münasibətilə Hindistan, Polşa, İsrail və Ukrayna kimi digər ölkələrin liderləri də təbrik ediblər. İsrailin baş naziri Benyamin Netanyahu Trampın gözlənilən qələbəsini “tarixdəki ən böyük geri dönüş” adlandırıb. “Ağ Evə tarixi qayıdış Amerikanın yenilənməsi və İsrail ilə Amerika arasında müttəfiqliyin güclü dirçəlişi üçün bir şans təqdim edir” deyə Netanyahu bildirib.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see195

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see188

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see188

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see187

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see180

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see179

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see177

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

12 May 2026 15:24see172

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see164

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see160

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see158

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see156

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see155

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see154

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see153

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see152

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see152

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see150

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see148

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri