Icma.az
close
up
RU
Tarixi lift və Dario Morenonun hekayəsi Türkan Turan yazır

Tarixi lift və Dario Morenonun hekayəsi Türkan Turan yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkan TURAN

Son vaxtlar İzmiri addım-addım kəşf edirəm. Bəzən belə modern şəhərin necə bu qədər sakit və hüzurlu olması məni çox  düşündürür. İstanbul və Bakı kimi çılğın şəhərlərdən sonra belə düşünməyim yəqin ki, təəccüblü deyil. Havası həmişə bahar havasıdır. Qışın ortası da yaz kimidir. Ona görə yox ki, hava isti olur, əksinə, çox soyuq günləri də az olmur, amma bu soyuq insanı narahat etmir. Ətrafda aqressiv insanlar çox deyil. Adamlar təlaş içində deyillər. Qaçaqaç, qovhaqov eləmirlər, qaşları çatılmış, dişləri sıxılmış, yumruğu düyünlənmiş gəzmirlər. Ən azından mən belə müşahidə etdim. Daha axıcı, daha sakit, daha çox rahatlıq sezdim bu şəhərdə. Məsələn, ilk gündən özümü burada yad hiss eləmədim, daimi güvəndə hiss etdim. Çünki şəhərin dörd bir yanında simit satanından lüks restoranına qədər Mustafa Kamal Atatürkün bir cüt gözünü üzərində görürsən. Sözün həqiqi mənasında hər yerdə şəkli var, hər addımda Atatürklə qarşılaşırsan. Bu da istər-istəməz insanın içində əminlik, güvən yaradır. Düşünürsən ki, "Atatürkün olduğu yerdə mənə heç nə olmaz".

Kəşf etdiyim yerlərdən biri də Karataş oldu.

İzmirin bu bölgəsi tarix boyu karxana kimi istifadə edildiyi üçün dənizin sahili, yəni bugünkü Mithatpaşa küçəsi ilə yuxarı tərəfdəki Halil Rıfat Paşa səmti bir-birindən uçurumla ayrılır. Bir vaxt aşağı ilə yuxarı arasında yaranmış əlli səkkiz metrlik boşluğa iki pilləkan inşa edilir. Biri "Karataşlar pilləkəni",  digəri "Devidaslar pilləkəni" adlanır. Pilləkənlərin yuxarısında Devidas ailəsinin evi, aşağıdakı ən böyük evdə isə Nəsim Levi Bayraqlıoğlu adlı tacirin evi olur. İzmir yəhudilərindən olan Devidaslar ailəsinin böyüyü Devidas bir gün pilləkənlərdən yıxılıb ayağını qırır. Bu hadisədən sonra aşağıda yaşayan dostu yəhudi əsilli Nəsim Levi Avropa şəhərlərində gördüyü liftlərdən birini burada quraşdırmaq fikrinə düşür.

XIX əsrin sonlarında Karataş bölgəsində yaşayan zəngin yəhudi ailələr, evlərini dəniz mənzərəli bu yamaclarda inşa etdirirmişlər. Bu evlərə getmək üçün isə dik yoxuşları qalxmaq lazım gəlirmiş. Xüsusilə yaşlılar və hamilə qadınlar üçün bu hal böyük çətinlik yaradırdı. Həm dostunun ayağının qırılması, həm də gələcəkdə digər problemlərin baş verməməsi və səmtin aşağı ilə yuxarı məhəllələri arasındakı gediş-gəlişi asanlaşdırmaq üçün Nəsim Levi bu proyekti həyata keçirir. Nəzərdə tutulan layihə adi liftlərdən olmur. Nəsim Levi içərisində lift olan qala inşa etdirmək istəyir. Təbii ki, bu, ciddi bir yenilik hesab edilirdi. Abidə Marseldən gətirilən kərpiclərlə tikilməyə başlanır. İnşa işləri 1907-ci ildə tamamlanır. Giriş qapısının üstündə həm ibranicə, həm də fransızca "Ascenseur Construit Par Mon. Nissim Levy 1907" yazılı lövhə var.

Liftli qala

Qalanın təməldən başlayan qismi ağ mərmər, yuxarılara doğru qırmızı kərpiclə hörülüb. Qüllə qismində teras mövcuddur. Teras Avropadan gətirilən barmaqlıqlarla əhatələnib. Dəmirlərin üzərində fərqli motivlərdən istifadə edilib. Qüllə qismində taxta balkon var. Qala uzun illər Cozef Palambo tərəfindən idarə edilir. Buradan əldə edilən gəlir 1942-ci ildə baş tutan satış tarixinə qədər Karataş Müsəvi Xəstəxanasına yönləndirilir. Elə həmin il əl dəyişdirən lift bəzilərinin işdən çıxmağı, bir qisminin ölməyi kimi səbəblərlə xeyli vaxt qapalı qaldıqdan sonra 1983-cü ildə İzmir Bələdiyyəsinə eyni məqsədlər üçün istifadə edilmək şərti ilə bağışlanır.

Tarixi lift, 58 metr hündürlükdə, qala formasındadır. Alt qismi geniş, üst qismi daha yığcamdır. Liftin içində iki kabinə mövcuddur. İkisi də eyni anda işləyirlər. Biri aşağı doğru enərkən, digəri yuxarıya qalxır. Liftin fasadı İzmirin ənənəvi memarlığını yansıdan tərzdə dizayn edilib. Qalanın üst qismində yerləşən pəncərələr İzmirin möhtəşəm mənzərəsini ziyarətçilərin ayaqlarının altına sərir. Lift inşa edildiyi ilk illərdə buxar gücü ilə işləyirdi. 1915-ci ildə isə elektrik sisteminə keçirildi. İnşa edildiyi gündən Karataş sakinlərinə xidmət edən lift, uzun illər baxımsızlıqdan istifadə edilməyəcək vəziyyətə düşür. 1983-cü ildə İzmir Bələdiyəsinin nəzdninə keçən lift, 1985-1992-ci illər arasında dərin restevrasiyadan keçirilir. Bu yenilənmə liftin orijinal memarlığını qorumaqla yanaşı, modern təhlükəsizlik sistemi əlavə edir. Restavrasiyadan əvvəl liftlərdən biri buxarla, digəri elektriklə işləyirdi. Ancaq sonra hər ikisi elektriklə işləyəcək vəziyyətə gətirilir. Bu gün Tarixi lift İzmirin ən əhəmiyyətli turistik məkanlarından birinə çevrilib. Liftin qüllə qismində yerləşən restoran, kafe, ziyarətçilərə İzmir mənzərəsində yemək yemə fürsəti yaradır. Lift hələ də orijinal funksiyasını icra edir və Mirtahtpaşa küçəsi ilə Nihat bəy küçəsi arasında insanları aşağı-yuxarı daşıyır. Gündə təxminən 600-700 insan bu liftdən istifadə edir.

Zaman tuneli

Tarixi liftin funksiyası sadəcə yuxarıya qalxıb enməkdən ibarət deyil. Eyni zamanda İzmirin Mədəni mirasının əhəmiyyətli parçasıdır. Yəhudi iş adamı tərəfindən inşa edilmiş olmağı şəhərin kosmopolit keçmişinin olduğuna işarədir. Bundan əlavə, lift İzmirin modernləşmə dönəminin də simvolu hesab edilir. XX əsrin əvvəllərində belə bir abidənin inşa edilməsi İzmirin o dönəmdə nə qədər uzaqgörən, yeniliklərə açıq şəhər olduğunu göstərməkdədir. Bundan əlavə, tarixi liftin olduğu Karataş səmti, İzmirin ən qədim məhəllələrindəndir. Ensiz yolları, köhnə rum və levant evləri ilə məşhur olan bu bölgə ziyarətçilərə zaman tunelindəymiş kimi maraqlı hisslər yaşadır. Lifti görmək üçün ən ideal vaxt günəşin batdığı saatlardır. Həmin saatlarda liftin üst mərtəbəsindən İzmir Körfəzinin möhtəşəm mənzərəsini seyr etmək həqiqətən də unudulmaz an kimi qalır insanın yaddaşında. Yay aylarında lift həddən artıq basırıq olur. Buna görə də səhər saatlarında getmək məsləhət görülür. Qış aylarında isə ziyarətçi sayı daha azdır. Hətta demək olar ki, ətrafda daha çox sakinlər gözə dəyir. Mən ilk etdiyim vaxt əlində bazarlıq torbaları ilə liftə minməyi gözləyən insanları görəndə ziyarətə gəldiklərini düşünüb təəccüblənmişdim. Sən demə, həmin adamlar yuxarıya, evlərinə çıxmaq üçün növbə gözləyirmişlər.

Məşhur Dario Moreno küçəsi

Liftin qarşısında maraqlı bir küçə var. Açığı, bu küçəni görmək üçün getmişdim, Tarixi lifti təsadüfən gördüm, bu da "bir daşla iki quş vurmaq" oldu mənim üçün. Qeyd edim ki, liftə sadəcə buradan keçib getmək mümkündür. Adı Dario Moreno küçəsidir. "Dənizlə mehtap" mahnısının beynimdə damğa kimi həkk olmağına səbəb olan, möhtəşəm səsin sahibi Dario Moreno... Köhnə adı "Tarixi lift" olan bu küçənin adı İzmirin məşhur sənətçilərindən olan Dario Morenonun xatirəsini əbədiləşdirmək və ona ehtiram əlaməti olaraq dəyişdirilib. Ancaq küçənin girişində insanı ilk olaraq Əlcəzair əsilli məşhur fransız sənətçisi Enriko Makiasın büstü qarşılayır. Makias liftə gedən bu küçənin açılışda iştirak etmiş, İzmir aşiqi sənətçi Moreno ilə kiçik yaşlarda tanış olmuş və onun sayəsində tanındığını açıqlamışdı. Eyni zamanda Moreno kimi o da İzmir aşiqi imiş. Buna görə də küçənin bir küncündə Makiasın büstünə yer verilib.

Digər tərəfdə isə Makias ilə üz-üzə İzmirdə doğulan, bu şəhərin vurğunu, italyan yəhudilərindən olan sənətçi Dario Morenonun büstü var. 1950-60-cı illərdə Fransada səsi və aktyorluğu ilə şöhrət qazanır.

Əslində 1921-ci ildə Aydında doğulduğu deyilir, bəzi mənbələr isə İzmirin Məzarlıqbaşı bölgəsində dünyaya gəldiyini bildirir. Amma nəticədə adı İzmirlə birgə çəkilir. Ağrılı uşaqlıq dönəmi olur. Dəmiryolunda işləyən atası qatarın altında qaldıqdan sonra yetim qalır. Ardınca anası və dörd bacı-qardaşı ilə birlikdə İzmirə köçürlər. Kasıblıq ucbatından anası balaca Morenonu yetimxanaya verir. Uşaq dörd yaşına qədər orada qalır. Daha sonra Yəhudi orta məktəbini bitirir. Gənclik illərində ən müxtəlif işlərdə çalışır. Həmin vaxtlar özünü yetişdirir. Əlaltı işlərdən vəkil köməkçisinə qədər yüksəlir. Milli kitabxanaya gedib orada fransız dilini öyrənir. Fransız dili ilə birlikdə ingilis, italyan, ispan dillərinə də hakim olur. Gitara çalmağa da o dönəmlərdə başlayır. Hətta artıq tədbirlərdə, xüsusi mərasimlərdə mahnılar da oxuyur. Gənclik çağlarında İzmirdə məşhurlaşır. İkinci Dünya müharibəsinə qatılır. Daha sonra caz orkestrində solist olur. Konya, Adanada hərbi hissələrdə keçirilən şənliklərdə səhnələrə çıxır. İlk konsertini İzmirin Konak səmtindəki kazinoda verir. İşləri yaxşı getdiyini görür, anası Madam Roza ilə birlikdə Mithatpaşa küçəsində, yəni yuxarıda haqqında söhbət açdığımız Tarixi Lift küçəsinə köçürlər. Sənətçi uzun müddət burada yaşadığına görə, illər sonra adını dəyişdirib Dairo Moreno küçəsi qoyurlar.

Daha sonra İstanbulda, Ankarada kazinolarda səhnəyə çıxan Moreno bir az da məhşurlaşır. Ankarada iki il yaşayır. Həmin illərdə Orhan Vəli ilə yaxın dostluğu başlayır. Əvvəlcə Yunanıstana, ordan da Parisə qədər yayılır şöhrəti. Avropada səhnəyə çıxır. Bundan sonra 32 filmə çəkilir. Teatr səhnələrində rolları olur. Bu qədər məşhurlaşıb, yaxşı həyat yaşadığını sandığı günlərin birində Parisdə baş tutacaq oyununa və ilk dəfə keçirilən "Türk Gecəsi"nə getmək üçün İstanbul Yaşılköy hava limanına gedir. Gecikdiyi üçün təyyarəyə minməsinin mümkünsüz olduğunu deyən hava limanı əməkdaşı ilə mübahisə edir. Təzyiqi qalxır. Ardınca yerə yıxılır. Yüksək təzyiqdən əziyyət çəkən sənətçi xəstəxanaya çatdırılanda iş-işdən çoxdan keçmiş olur. İstanbulda gözlərini yuman, həyatı boyu özünü "İzmirli Dario" olaraq tanıdan Moreno həmişə İzmirdə dəfn edilməyini vəsiyyət edirdi. Hətta "Vəsiyyət edirəm, sevimli və şirin şəhərim İzmir, bir gün səndən uzaqda ölsəm, məni sənə gətirsinlər. Fəqət torpağa tapşırılmaq üçün aparılarkən öldü deməsinlər, uyuyur desinlər" desə də, vəsiyyəti yerinə yetirilmir. İsrailə köçərək orada yaşayan anası Madam Roza buna icazə vermir, oğlunun cənazəsini İsraildə Holon şəhərində dəfn edir. Ancaq buna rəğmən, sənətçi bu gün İzmirin qəlbində, adını daşıdığı küçədə yaşamağa davam edir. Küçənin hər tərəfindən mahnıları eşidilir, divarlarda karikaturaları var.

Küçə sözün bütün mənalarında möhtəşəmdir. Ətraf rəngli, canlı, fərqli sənət qalereyaları, kafelər, butiklərlə zəngindir. Hətta kafelərindəki musiqidən binaların fasadlarındakı rəsmlərə, rənglərə, dekorlara qədər nostalji qoxur. Burada gəzərkən özünü sanki Yaşılçamdan qalma film səhnələrinin içindəymiş kimi hiss edirsən. Elə bu məqamda ağacların arasından göyə doğru ucalan, ətrafında rəngarəng dibçəklərdə al-əlvan güllərlə əhatələnmiş lift qalasını görür, heyran qalırsan və Nazım Hikmətin misrası ağlına gəlir, "Seni seviyorum, "yaşıyoruz, çok şükür" der gibi". Çünki gözəllikləri görəndə yaşamaq şükür səbəbinə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see254

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see253

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see231

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see126

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri