Icma.az
close
up
RU
Tarixi qələbə, qurulan infrastruktur və Böyük Qayıdış

Tarixi qələbə, qurulan infrastruktur və Böyük Qayıdış

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış

Azərbaycan tarixində mühüm dönüş nöqtəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə baş verdi.

Bu qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, uzun illər işğal altında qalmış şəhər və kəndlərimiz azad edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı isə azad olunmuş torpaqlara yeni həyatın gətirilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı məqsədini daşıyır.

Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı çıxışlarının birində deyib:

“Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız Böyük Qayıdış Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”,-deyə Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə deyib.

İnfrastrukturun yenidən qurulması

İllərlə dağıdılmış və baxımsız qalmış ərazilərdə ilk olaraq genişmiqyaslı infrastruktur işlərinə start verildi. Yeni avtomobil yolları, dəmir yolları, körpülər, enerji xətləri, su və qaz təchizatı sistemləri, müasir rabitə və internet şəbəkələri qurulur.

Füzuli, Zəngilan və Laçında istifadəyə verilən beynəlxalq hava limanları bölgənin logistik imkanlarını artırır. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində müasir, ekoloji standartlara cavab verən yaşayış massivləri inşa olunur.

Qarabağa qayıdan əhali – Rəsmi statistikalar

Qayıdış prosesi mərhələli şəkildə və tam təhlükəsizlik təmin olunaraq həyata keçirilir. Statistik qərəmlərə istinad etsək, 2025-ci ilin iyul ayına qədər – 3,839 ailə (təxminən 15300 nəfər) daimi yaşayış üçün Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Əlavə olaraq, tikinti və bərpa işlərində çalışan 34,000 nəfər müvəqqəti olaraq bölgədə yaşayır. Beləliklə, ümumi əhali sayı 50,484 nəfər təşkil edir.

2024-cü ilin yanvarına qədər – 1,360 ailə (5,354 nəfər) Füzuli, Laçın, Şuşa, Zəngilan (Ağalı), Talış və Zabux kimi yaşayış məntəqələrinə qayıdıb.

2023-cü ilin oktyabrına qədər – 3,258 nəfər müxtəlif yaşayış məntəqələrinə köçürülüb.

Bu rəqəmlər göstərir ki, dövlət qayıdış prosesini planlı şəkildə və mərhələlərlə icra edir.

İqtisadi dirçəliş...

Azad edilmiş ərazilərin iqtisadi potensialı bərpa olunur. Belə ki, kənd təsərrüfatı inkişaf etdirilir. Qarabağın münbit torpaqları yenidən əkin dövriyyəsinə daxil edilir. Yeni sənaye parkları və emal müəssisələri yaradılır. Şuşa, Kəlbəcər, Laçın və Hadrut bölgələri mədəni irsi, təbiət gözəllikləri və müalicəvi mineral suları ilə turizm mərkəzlərinə çevrilir.

Sosial layihələr və təhlükəsizlik...

Qayıdan ailələr üçün yeni mənzillər, məktəblər, uşaq bağçaları, tibb müəssisələri inşa olunur. Ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. Təhlükəsizlik və ictimai asayişin təminatı prioritet məsələ olaraq qalır.

Mədəni irsin bərpası...

İşğal illərində dağıdılmış mədəniyyət abidələri, məscidlər, muzeylər və tarixi tikililər bərpa edilir. Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi dirçəlir. Qarabağ musiqisi, xalçaçılıq və ənənəvi sənətkarlıq kimi mədəni dəyərlər canlandırılır.

Ümumi olaraq, Böyük Qayıdış Azərbaycanın milli birliyinin, dövlətin gücünün və xalqın iradəsinin təcəssümüdür. Bu, yalnız insanların evlərinə qayıdışı deyil, həm də həmin torpaqlarda müasir, təhlükəsiz və firavan həyatın qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzur bölgələri yaxın illərdə inkişaf, rifah və sülhün simvoluna çevrilməkdədir.

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri