Icma.az
close
up
RU
Tarixi Qələbədən, Böyük Qayıdışa

Tarixi Qələbədən, Böyük Qayıdışa

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 20 Sentyabr tarixi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tam suverenliyimizin bərpa olunması ilə yenidən Azərbaycanın ümumi həyatına inteqrasiya edildiyi gün kimi qeyd olunur. Bu əlamətdar tarix, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin bərpası və separatizmin tamamilə aradan qaldırılması ilə yadda qaldı.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ərazilər uzun illər ərzində işğal altında qalmış və Azərbaycan xalqına qarşı ağır cinayətlər törədilmişdir. Bu illər ərzində işğalçı siyasət nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycan dövlətinin real nəzarətindən kənarda qalmış, lakin heç vaxt hüquqi statusunu itirməmişdir. Azərbaycan dövləti daim bu ərazilərin azad olunmasını və orada yaşayan əhalinin təhlükəsiz şəraitdə qayıdışını qarşısına əsas hədəf qoymuşdur.

2020-ci ildə əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycan 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkə daxilində separatçılığa tamamilə son qoydu. Bu tədbirlər nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının suveren hüquqları bərpa olundu və üçrəngli bayrağımız həmin ərazilərdə dalğalandı.Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan öz ərazi bütövlüyünü təkcə döyüş meydanında deyil, həm də siyasi iradəsi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə təmin etmişdir.”

Bu ərazilərdə artıq Azərbaycan dövləti tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. İnfrastruktur layihələri, sosial obyektlərin bərpası, mina təmizləmə prosesi və təhlükəsiz mühitin yaradılması istiqamətində davamlı addımlar atılır. “Böyük Qayıdış” proqramı çərçivəsində yaxın illərdə bu şəhərlərə köç başlayacaq və həyat yenidən canlanacaq. Xankəndi şəhərində artıq dövlət qurumlarının fəaliyyəti təşkil edilmiş, məktəb və səhiyyə müəssisələrinin bərpası istiqamətində konkret layihələr reallaşdırılır. Eyni zamanda, Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorial kompleksin layihəsi üzərində işlər aparılır.

20 Sentyabr təkcə ərazilərin azad olunması deyil, həm də milli birliyimizin, dövlətimizin gücünün və xalqımızın iradəsinin təntənəsidir. Bu gün Azərbaycan xalqı qalib xalq kimi öz tarixinə sahib çıxır və ədalətin gec də olsa bərpa olunmasına şahidlik edir. Bu əlamətdar günün qeyd olunması, gələcək nəsillərə həm tarixi yaddaşın ötürülməsi, həm də Vətənə olan bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində dönüş nöqtəsi, dövlət suverenliyinin təntənəsi və xalqımızın qələbə əzminin rəmzidir. Bu gün biz yalnız torpaqlarımızı deyil, həm də milli qürurumuzu, haqq və ədalətə olan inamımızı bərpa etmişik.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri