Icma.az
close
up
RU
Tarixi razılaşma əldə olundu

Tarixi razılaşma əldə olundu

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Fransadan qırıcılar alacaq

Bugünlərdə Fransada Ukrayna üçün tarixi adlandırıla biləcək razılaşma əldə olunub. Söhbət Zelenski ilə Makron arasında Fransa istehsalı olan təxminən 100 ədəd “Rafale F4” döyüş təyyarəsinin alınmasına dair niyyət sənədinin imzalanmasından gedir. Qırıcıların Ukraynanın hava məkanının qorunması və  müdafiə imkanlarını gücləndirmək məqsədilə tədarük olunacağı bildirilir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Çoxfunksiyalı “Rafale” qırıcıları

Fransanın milli istehsalı olan “Rafale” qırıcıları çoxfunksiyalı olması ilə fərqlənir. Fransız dilindən tərcümədə “Rafale” “külək qopması” və “atəş yağışı” mənasını verir.

“Rafale” “Dassault Aviation” tərəfindən hazırlanan ikimühərrikli çoxməqsədli hərbi təyyarədir. Şirkət təyyarənin kəşfiyyatdan gəmi hücumlarına qədər missiyaları yerinə yetirə bildiyini deyir. Təyyarənin 3 versiyası mövcuddur: quru bazalarından uçan təkoturacaqlı versiya, ikioturacaqlı versiya və aviadaşıyıcılar üçün nəzərdə tutulan təkoturacaqlı versiyası.

Təyyarə ilk dəfə 2004-cü ildə Fransa donanmasının, 2006-cı ildə isə Fransa Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. O, dəfələrlə modernləşdirilib və ən yeni nəsil “Standard F5” versiyasının 2030-cu ildə hazır olması planlaşdırılır.

“Dassault” şirkəti oktyabr ayında 300-cü “Rafale” təyyarəsinin təhvil verildiyini açıqlayıb. İndiyədək Fransa və xarici dövlətlər tərəfindən 533 ədəd sifariş qəbul edilib. İxracatın ilk böyük alıcısı 2015-ci ildə Misir olub.

“Rafale” müxtəlif müharibə bölgələrində - Əfqanıstan, Mali, Liviya, İraq və Suriya əməliyyatlarında istifadə edilib. “Reuters”in məlumatına görə, Pakistan 2024-cü ildə Hindistana məxsus ən azı bir “Rafale”ni vurub ki, bu da təyyarənin nüfuzuna zərbə kimi qiymətləndirilib.

Qətər, Yunanıstan, Xorvatiya, BƏƏ, İndoneziya, Serbiya, eləcə də Hindistan və Misir bu təyyarənin müştəriləri sırasındadır. Ən böyük sifarişlərdən biri 2021-ci ildə BƏƏ tərəfindən verilən 80 ədəd “Rafale F4” olub.

Təyyarənin texniki göstəriciləri: uzunluğu 15 metrdən çoxdur. Qanadı açıq halda 11 metrdir. Boş olduqda təyyarənin çəkisi 10 tondur. Maksimum uçuş hündürlüyü 15240 metrdir. Fransa ordusu “Rafale” ilə nüvə başlıqlı raketləri daşıya bilir.

Qırıcının maraqlı yaranma tarixçəsi var. Gələcək təyyarə istifadə müddəti ərzində aşağı istismar xərclərinə, planer və güc qurğusunun artırılmış resursuna malik olmalı, həmçinin asan texniki xidməti təmin etməli idi. Belə təyyarənin yaradılması xərclərini azaltmaq üçün Avropa firmalarının güclərini birləşdirməsi gərək idi. Lakin Fransa, Böyük Britaniya, Almaniya və İtaliya arasında “avroqırıcının” yaradılması üzrə bağlanılmış müqavilə ciddi problemlərlə üzləşmişdi: tərəflər təyyarənin qalxış çəkisi barədə razılığa gələ bilmirdilər. Fransa aviadaşıyıcı gəmilərdə istifadə etmək üçün qalxış çəkisi 9 ton olan təyyarə istəsə də, digər ölkələr  10 tondan yuxarı qalxış çəkisinə malik olan təyyarə arzulayırdılar. 

Nəticədə Fransa ayrılaraq özü yolu ilə getməyi seçdi, digər ölkələr isə, “Eurofighter Typhoon” qırıcısının yaranmasına gətirib çıxaran ittifaqı təşkil etmiş oldular. 1985-ci ilin dekabrında “Dassault Aviation” şirkətinin Sen-Klodakı müəssisəsində aviakonstruktor Marsel Dassonun iştirakı ilə tamamilə ağ rəngə boyanmış “Rafale A” təyyarəsinin ilk nümayişi keçirildi. 4 iyul 1986-cı ildə isə təyyarə ilk dəfə olaraq səmaya qalxdı.

Ukrayna müharibənin gedişində dönüş yarada biləcəkmi?

Qırıcıların tədarükü ərazi itkilərinə məruz qalan Ukrayna ordusunun müqavimət qabiliyyətini artırmaq və hücum imkanlarını genişləndirmək baxımından çox zəruridir.  Kiyevin bu müqaviləsi Avropada təhlükəsizlik gündəmini yenidən canlandırıb. Kiyev Rusiya təhdidi fonunda hava qüvvələrini sürətlə modernləşdirməyə çalışır. “Rafale” sifarişi NATO daxilində də mühüm strateji addım kimi qiymətləndirilir.

Məlumdur ki, hazırda Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün əsasən PUA-lardan istifadə edir və müəyyən nəticələrə nail olur. Lakin qırıcılar baha olsa da, manevr nöqteyi-nəzərindən böyük üstünlüklərə malikdir. Bundan əvvəl Zelenski ABŞ-dan “Tomahawk” raketlərinin alınmasına nail olmaq istəyirdi. Prezident Donald Tramp uzaqmənzilli raketlərin Ukraynaya tədarükünə əvvəlcə razı olduğunu bildirsə də, onun Prezident Putinlə danışığı ssenarini dəyişdi. Belə ki, ABŞ-ın dövlət başçısı səbəbləri açıqlamadan “Tomahawk” raketlərinin Kiyevə tədarükündən imtina etdi.

Bəs Fransa qırıcılarının tədarükü Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək? Əlbəttə, qırıcılara sahiblənmək Zelenskinin böyük uğurudur və bunun müharibənin gedişinə təsiri mütləq olacaq. Ancaq ekspertlər bu təsirin ilk vaxtlarda yalnız psixoloji təsir olacağını düşünürlər. Çünki qırıcıların Ukraynaya təhvil verilməsi və onlardan döyüşlərdə istifadə edilməsi anında, qısa müddətdə baş tutan bir proses deyil. Onların Ukraynaya mərhələli şəkildə göndərilməsi planlaşdırlır. Digər tərəfdən, qırıcıların döyüş hazırlığı vəziyyətinə gətirilməsi, ukraynalı pilotların hazırlanması vaxt tələb edəcək. Beləliklə, Ukrayna hələ bir qədər də səbr etməli və müharibəni əlindəki resurslarla davam etdirmək reallığı ilə üz-üzədir. Rusiya üçün isə Fransa qırıcıları çəkindirici vasitə ola bilər. Gec-tez bu qırıcılar Rusiya səmasında görünəcək. Onda Moskva daha çətin seçim qarşısında qalacaq. Buna görə də Rusiya üçün ən yaxşı yol şərtləri yumşaltmaqla sülh prosesinə başlamadır.

MÜBARİZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri