Icma.az
close
up
RU
Tarixi rekord 10 min meqavat həcmində enerji gücü!

Tarixi rekord 10 min meqavat həcmində enerji gücü!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası keçirilib. İki gün davam edən assambleyada Azərbaycan da təmsil olunub.

Ölkəmizin belə bir mötəbər tədbirə dəvət alması isə heç də təsadüfi deyil. Azərbaycan dünyada enerji transformasiyası çağırışlarına həssas yanaşan ölkələr sırasında yer alır. Respublikamız davamlı olaraq öz imkanlarını təqdim etməklə enerji keçidi təşəbbüslərinə dəstək verir ki, bu da dünyada təqdirlə qarşılanır.

Yeni qlobal çağırışlar

Hazırda dünyanın əsas çağırışlarından biri enerji keçidi ilə bağlıdır. Mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) “REPowerEU” adlandırılan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə, yeni şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib.

Müasir dünyada enerji keçidinin labüdlüyü Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında da vurğulanıb. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz  bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi 3 il sonra bu rəqəm beşdəbirə yüksəlib.

BEA hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. BEA-nin dəyərləndirmələrinə  görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək. Təkcə Günəş enerjisi bu artımın yarısını ödəyəcək. 2030-cu ilə qədər ümumi 800 qiqavat gücündə yeni Günəş elektrik stansiyaları yaradılarsa, Çində kömürdən elektrik enerjisi istehsalı 20 faiz, Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə isə kömür və qazdan elektrik enerjisi istehsalı 25 faiz azala bilər.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesabatında isə bildirilir ki, ötən il bərpaolunan enerjiyə qlobal investisiyalar 807 milyard dollara çatıb. Bütövlükdə, enerji keçidinə qlobal investisiyalar ötən il rekord həddə - 2,4 trilyon dollara yüksəlib. Bu məbləğin təxminən üçdə biri bərpaolunan enerji texnologiyalarına yönəldilib. Hesabata əsasən, bərpaolunan enerjiyə qoyulan investisiyaların 96 faizi elektrik enerjisi sektorunda cəmləşib. Günəş enerjisi sərmayələri isə keçən il 49 faiz artaraq 554 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Son bir ildə enerji konvertasiyası texnologiyalarına investisiyaların 90 faizi inkişaf etmiş ölkələrdə və Çində cəmləşib, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr isə geridə qalıb.

Azərbaycanın geniş imkanları və enerji keçidi çağırışlarına sadiqliyi 

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaalunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Ölkəmizdə mövcud imkanların reallaşdırılması istiqamətində ardıcıl işlər görülür, yeni-yeni layihələr reallaşdırılır. Respublikamızda 26 oktyabr 2023-cü il tarixində  230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilib. Son olaraq yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Yaşıl enerji vadisi kimi dəyərləndirilən işğaldan azad edilmiş ərazilərdə son 5 il ərzində dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Hazırda Cəbrayıl rayonunda üç Günəş elektrik stansiyası inşa edilir. Bu 3 stansiyanın ümumi potensialı 340 meqavata bərabərdir. “Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, tarixi rekorddur. Bunu Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında da bildirib.

Gələcək planlar da kifayət qədər böyükdür. İmzalanmış müqavilələr əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Qarabağ və Şərqi Zəngəzurda isə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Eləcə də ölkəmizdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır.

Aktual məsələlərin müzakirə olunduğu platforma

Azərbaycanın da təmsil olunduğu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin  16-cı Assambleyası aktual məsələlərin müzakirələrinin aparıldığı qlobal platformadır. “İnsanlığı gücləndirmək: bərpaolunan enerji ilə paylaşılan rifah” şüarı ilə keçirilən tədbirdə təşkilata üzv dövlətlərin yüksəksəviyyəli nümayəndələri, enerji sahəsində qərarverici şəxslər iştirak ediblər. Azərbaycan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova tədbirə qatılıb. Assambleya çərçivəsində, həmçinin IRENA-nın “BƏƏ Konsensusu üzrə hədəflərin yerinə yetirilməsi: bərpaolunan enerji gücünün üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə irəliləyişin monitorinqi” adlı ikinci hesabatı təqdim olunub. Tədbirdə IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə dörd ölkənin, o cümlədən də Azərbaycanın namizədliyi təqdim olunub.

Assambleya çərçivəsində nazirlər iclası və digər yüksəksəviyyəli sessiyalar təşkil edilib. Bu sessiyalarda bərpaolunan enerjinin kənd təsərrüfatı və qida sistemlərində potensial tətbiqi, geotermal enerjinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması, enerji keçidinin maliyyə baxımından səmərəliliyi və kritik materiallarla bağlı mövzulara diqqət yetirilib.

Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə agentliyin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri