Icma.az
close
up
RU
Tarixi səfərin izi ilə: Azərbaycan himni ilk dəfə Çin liderinin iqamətgahında VİDEO

Tarixi səfərin izi ilə: Azərbaycan himni ilk dəfə Çin liderinin iqamətgahında VİDEO

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdədir. Bu, İlham Əliyevin prezident kimi Çinə altıncı səfəridir. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Pekin hava limanında Çin nəqliyyat naziri Liu Vey və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

Azərbaycan ilə Çin arasında münasibətlərin kökləri qədim İpək yoluna dayanır. Minilliklər öncə bu yol üzərində formalaşan mədəni və ticarət əlaqələri son onilliklərdə siyasi və iqtisadi əməkdaşlığa çevrilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1994-cü ildə isə bu münasibətlərdə dönüş nöqtəsi baş verdi – Ulu Öndər Heydər Əliyev Çinə səfər etdi.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün bu səfər təkcə beynəlxalq tanınmanın göstəricisi deyildi, həm də gələcək strateji tərəfdaşlıqların təməl daşı oldu. Çin isə sürətlə inkişaf edən, enerji resurslarına ehtiyacı olan və geosiyasi baxımdan önəmli Cənubi Qafqaz bölgəsində etibarlı tərəfdaş axtarırdı.

1994-cü ilin martında Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı ona yüksək səviyyəli dövlət protokolu ilə qarşılanma təşkil olunub. Çin liderinin iqamətgahında ilk dəfə Azərbaycan himni səsləndirildi, ali qonaq üçün top atəşi açıldı. Çin lideri Tszyan Tszemin ilə danışıqlardan sonra birgə bəyanat imzalandı, elmi, texniki, mədəni, turizm və səhiyyə sahələrində əməkdaşlığa dair sənədlər bağlandı.

Prezident Heydər Əliyev səfər zamanı verdiyi mesajlarla Azərbaycanın mövqeyini beynəlxalq aləmdə aydın şəkildə ifadə etdi. O, mətbuat konfransında Qarabağ münaqişəsinə toxunaraq, problemin həllində BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, o cümlədən Çinin rolunun vacibliyini vurğuladı. Bu, Azərbaycanın həm beynəlxalq hüquqa söykənən siyasət yürütmək istədiyini, həm də Çinlə münasibətləri dərinləşdirməkdə nə qədər maraqlı olduğunu göstərirdi.

Səfər təkcə siyasi platformalarla məhdudlaşmadı – Prezident Şanxayda sərbəst iqtisadi zonalarla tanış oldu, Böyük Çin səddini ziyarət etdi. 

Çindən qayıdarkən Almatıda jurnalistlərə açıqlamasında Heydər Əliyev bu səfəri “böyük tarixi hadisə” adlandırıb. Onun sözləri bu gün də aktual səslənir: “Dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.”

İlham Əliyevin bugünkü səfəri məhz bu tarixi davam etdirən addımdır. Ölkəmizin regionda geosiyasi mövqeyi, enerji və nəqliyyat imkanları, “Bir Kəmər, Bir Yol” layihəsi ilə üst-üstə düşür. Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində oynadığı rol Çinin də maraqları ilə uyğunluq təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda lider dövlətdir və bu liderlik regional deyil, qlobal güclərlə qurulan münasibətlərdə də özünü göstərir. Çinlə əlaqələrin inkişafı isə bu siyasətin mühüm sütunlarından biridir.

Ulu Öndərin 30 il əvvəl atdığı addım bu gün daha aydın görünür: strateji baxışın və siyasi uzaqgörənliyin nəticəsi olaraq, Azərbaycan-Çin münasibətləri artıq gündəlik protokollardan ibarət deyil – bu, tarixi təmələ söykənən, gələcəyə yönəlmiş ortaq yol xəritəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri