Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Azərbaycan İtaliya strateji tərəfdaşlığının yüksəlişi fonunda tarixi səfərin siyasi mesajları

Azərbaycan İtaliya strateji tərəfdaşlığının yüksəlişi fonunda tarixi səfərin siyasi mesajları

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanat Azərbaycan-İtaliya münasibətlərinin həm tarixi inkişaf yolunu, həm də gələcək perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Bu bəyanat təkcə iki ölkə arasındakı diplomatik və iqtisadi əlaqələrin dinamikasını deyil, eyni zamanda, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın necə formalaşdığını, qarşılıqlı etimadın hansı böyük layihələrə yol açdığını nümayiş etdirdi. Azərbaycan və İtaliya son onilliklər ərzində bir-birinə uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasət, iqtisadiyyat, energetika, sənaye, mədəniyyət və təhsil sahələrində nümunəvi əməkdaşlıq modeli qurmağa nail olub. Prezident İlham Əliyevin bəyanatındakı mesajlar bu əməkdaşlığın miqyasını və strateji əhəmiyyətini daha da dərinləşdirərək göstərir ki, Azərbaycan və İtaliya münasibətləri sadəcə ikitərəfli əlaqələrin çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal və regional səviyyədə mühüm siyasi və iqtisadi məna kəsb edir.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ikinci dəfə rəsmi səfər etməsi təsadüfi deyil. Onun birinci səfəri yeddi il əvvəl baş tutmuşdu və həmin dövrdə də münasibətlərdə mühüm dönüş nöqtələri yaşanmışdı. Lakin bugünkü səfər artıq oturuşmuş strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Dövlət başçılarının tez-tez görüşməsi, həm Bakıda, həm Romada yüksək səviyyəli dialoqun həyata keçirilməsi münasibətlərin siyasi baxımdan ən yüksək pilləyə yüksəldiyini sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində tərəflər arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri iki ölkənin əlaqələrinin möhkəm hüquqi bazasını təşkil edir. İlk sənəd 2015-ci ildə imzalanmış, daha sonra isə 2020-ci ildə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Bu sənədlər bir tərəfdən siyasi iradənin ifadəsi, digər tərəfdən isə konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən yol xəritəsi rolunu oynamışdır.

Azərbaycan və İtaliyanın iqtisadi əlaqələri bu gün ən yüksək zirvəsinə çatmışdır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hər il bu göstərici artmaqda davam edir. Enerji sahəsində əməkdaşlıq isə strateji tərəfdaşlığın təməl sütunlarından biridir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu fakt təkcə statistik göstərici deyil, həm də iki ölkə arasında qarşılıqlı etimadın, davamlı və dayanıqlı əməkdaşlığın göstəricisidir. Energetika layihələri, xüsusilə də Cənub Qaz Dəhlizi və onun mühüm seqmenti olan TAP layihəsi tərəflərin əməkdaşlığının ən parlaq nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, TAP layihəsinin həyata keçirilməsində Prezident Mattarellanın şəxsi dəstəyi həlledici rol oynamışdır. Çünki o dövrdə layihənin icrasında bir sıra çətinliklər mövcud idi və İtaliya Prezidenti məsələyə birbaşa müdaxilə edərək onların aradan qaldırılmasına nail olmuşdu. Bu gün isə TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur və ümumilikdə 14 ölkə Azərbaycan qazı ilə təmin edilir.

Azərbaycanın enerji strategiyası sadəcə ixrac coğrafiyasını genişləndirməklə məhdudlaşmır, həm də Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə vermək məqsədi daşıyır. Bu baxımdan elektrik enerjisinin ixracı ilə bağlı yeni layihələr, Xəzərin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq elektrik ötürmə xətlərinin planlaşdırılması Azərbaycan-İtaliya və ümumən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əgər bir vaxtlar Azərbaycanın enerji siyasəti əsasən neft və qaz üzərində qurulmuşdusa, bu gün alternativ enerji, yaşıl enerji və elektrik ötürmə sahəsində də geniş miqyaslı təşəbbüslər həyata keçirilir. Bu isə həm Azərbaycanın, həm də İtaliyanın maraqlarına cavab verir, çünki hər iki ölkə dayanıqlı inkişaf və enerji keçidi məsələlərinə böyük önəm verir.

Azərbaycan-İtaliya münasibətlərinin daha bir mühüm tərəfi sənaye əməkdaşlığıdır. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Sercio Mattarellanın əvvəlki səfəri zamanı tərəflər birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa olunmuş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etmişdilər. Bu fakt göstərir ki, əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır, sənaye sahəsində də yeni imkanlar yaranır. Hazırkı səfər isə daha da əlamətdar hadisə ilə müşayiət olunur – İtaliya-Azərbaycan Universitetinin açılışı. Bu universitet artıq yüzlərlə tələbəni birləşdirir və gələcəkdə də hər iki xalqın gəncləri üçün elm, bilik və mədəniyyət mərkəzinə çevriləcək. Universitetin yaradılması həm də humanitar əlaqələrin genişlənməsi, iki ölkə arasında mədəni və təhsil sahəsində körpülərin qurulması deməkdir. Burada təhsil alan tələbələr yalnız yüksək biliklər qazanmayacaq, eyni zamanda, xalqlarımız arasında dostluğun, anlaşmanın, qarşılıqlı hörmətin daşıyıcıları kimi çıxış edəcəklər.

Azərbaycan-İtaliya əlaqələrinin güclənməsində Avropa İttifaqı ilə əməkdaşlıq da mühüm amildir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstək göstərib. Son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında müsbət dinamikanın artması həm də İtaliyanın bu sahədəki rolunu təsdiqləyir. Avropa üçün Azərbaycanın enerji təhlükəsizliyindəki rolu danılmazdır. Avropanın müxtəlif ölkələrinin Azərbaycan qazı və gələcəkdə elektrik enerjisi ilə təmin olunması, İtaliyanın isə bu əməkdaşlığın mərkəzində dayanması Azərbaycanın strateji tərəfdaşlıq xəttinin nə qədər düzgün olduğunu bir daha sübut edir.

Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan və İtaliya arasındakı münasibətlər sadəcə rəsmi sənədlərdə deyil, eyni zamanda, gündəlik həyatda, praktik əməkdaşlıq layihələrində özünü göstərir. Bu münasibətlər nümunəvi xarakter daşıyır, çünki bir-birindən coğrafi baxımdan uzaqda yerləşən iki ölkə qarşılıqlı etimad, səmimiyyət və əməkdaşlıq əsasında çox möhkəm tərəfdaşlıq qurmağa nail olub. Bu, müasir beynəlxalq münasibətlərdə əsl örnək kimi təqdim oluna bilər.

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm iqtisadi, həm siyasi, həm də humanitar sahələrdə qarşılıqlı fayda əsasında inkişaf edir. Hər iki ölkənin liderlərinin siyasi iradəsi bu əməkdaşlığın əsas lokomotividir. Prezident İlham Əliyev və Prezident Sercio Mattarella arasındakı qarşılıqlı etimad, dostluq və səmimiyyət əlaqələrin davamlı inkişafını təmin edən mühüm amildir. Azərbaycan və İtaliya bu gün təkcə ikitərəfli münasibətlərin deyil, həm də qlobal enerji təhlükəsizliyinin, Avropa ilə Asiya arasında strateji əməkdaşlığın mühüm oyunçularıdır.

Nəticə etibarilə, 2025-ci ilin sentyabrında baş tutan bu səfər Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər ilk mərhələdə enerji və iqtisadi əməkdaşlıq əsas istiqamət olmuşdursa, bu gün artıq təhsil, mədəniyyət və digər humanitar sahələr də ön plana çıxır. Gələcəkdə isə elektrik enerjisi layihələri, yaşıl enerji təşəbbüsləri, sənaye əməkdaşlığı və mədəni əlaqələr bu tərəfdaşlığın miqyasını daha da genişləndirəcək. Bu, həm Azərbaycan, həm İtaliya, həm də bütövlükdə Avropa üçün yeni imkanlar deməkdir. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı gələcəyin dayanıqlı inkişaf modelinə çevrilərək, dostluq, əməkdaşlıq və qarşılıqlı etimadın ən parlaq nümunəsi kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tutacaq.

Elnarə Mustafayeva

YAP Yasamal rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri