Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər

Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Oktyabrın 16-da “Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə Körpüsü -2025” beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ bir hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.

AZƏRTAC xəbər verir ki, əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində yerləşən real xəstə üzərində aparılıb. Əməliyyat Bakıda icra edilib, lakin eyni vaxtda həm Azərbaycan, həm də Çin cərrahi komandaları əməliyyata qoşularaq beynəlxalq bir texnoloji körpü vasitəsilə birgə müdaxilə ediblər.

Əməliyyatdan əvvəl keçirilən tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev bildirib ki, son illərdə aparılan siyasət nəticəsində istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə birgə işlər zamanı başqa dövlətlərlə arada olan sərhədlər maneə yaratmır, əksinə, körpü rolunu oynanır. O, fikirlərinə belə davam edib: “Bu gün Milli Onkologiya Mərkəzində bir araya gəlməyimiz tibb tariximiz üçün çox tarixi və əlamətdar hadisədir. Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin rəhbərliyi altında bu gün dünyanın qabaqcıl tibb mərkəzləri ilə beynəlxalq səviyyədə əməkdaşlıqlar qurulur. Bundan əlavə, ötən həftə daha bir mühüm addım ataraq canlı robotik əməliyyat həyata keçirdik. Həmin əməliyyatı Qarabağ iqtisadi zonasına canlı şəkildə yayımladıq. Bu, müasir texnologiyaların ölkəmizin bütün bölgələrinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün isə daha bir tarixi hadisəyə şahid oluruq. Ümid edirəm ki, bu hadisə yeni ideyaların, elmi əməkdaşlıqların və gələcək uğurların bir başlanğıcı olacaq”.

Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru, professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib: “Milli Onkologiya Mərkəzində ən son tibbi innovasiyalar tətbiq olunur, ən son yeniliklər ilk olaraq burada həyata keçirilir. Burada xəstələrə yüksək səviyyədə xidmət göstərmək üçün hər bir şərait var və müalicələr konsilium şəkildə aparılır. Biz Amerika Birləşmiş Ştatları, Avropa və Türkiyənin bir çox klinikaları ilə müqavilələr imzalamışıq. Onlarla əməkdaşlıq edir, elmi sahədə təcrübə mübadiləsi həyata keçiririk”.

2020-2024-cü illərdə Milli Onkologiya Mərkəzində göstərilən tibbi xidmətlərlə bağlı məlumat verən Ə.Əliyev bildirib ki, həmin səhiyyə ocağında müalicə alan ümumi xəstə sayı 200 mindən çox, müraciət sayı 827 minə yaxın olub. 39 mindən çox əməliyyat icra edilib. Şüa-terapiya alan xəstələrin sayı 14 mindən çox, kimyaterapiya alan xəstələrin sayı 27 minə, göstərilən kimyaterapiya xidmətləri 161 minə yaxın olub.

Azərbaycanda kişilər arasında ən çox ağciyər, qadınlar arasında isə süd vəzi xərçənginə rast gəlindiyini deyən professor qeyd edib: “Biz xəstələrin müalicəsi üçün hər zaman yeni innovasiyalar tətbiq edirik. Çalışırıq ki, xəstəliyi erkən diaqnostika ilə aşkarlayaq və uğurlu əməliyyat aparaq ki, şüa və kimya terapiyalara ehtiyac olmasın. Bunun üçün mərkəzdə bütün şərait var”.

O, indiyədək mərkəzin cərrahları tərəfindən 15-dən çox robotik əməliyyat icra edildiyini, bu gün isə səhiyyə tariximizdə ilk dəfə olaraq Çin cərrahları ilə uzaq məsafədən və eyni anda əməliyyat həyata keçirildiyini diqqətə çatdırıb: “Bu hadisə Azərbaycan üçün robotik və uzaqdan idarəolunan cərrahiyyə texnologiyalarının tətbiqində yeni bir mərhələnin başlanğıcı olacaq”.

Çinin “Harbin Sagebot Intelligent Medical Equipment” şirkətinin vitse-prezidenti və direktorlar şurasının üzvü Pinqçuan Vu təmsil etdiyi şirkətin əsasən robotlar və müasir texnologiya sistemləri üzərində fəaliyyət göstərdiyini və fəaliyyətə başlayandan bir neçə il sonra qlobal laporoskopiya üzrə yüksək nailiyyətlər əldə etməyə başladığını diqqətə çatdırıb: “Bizim fəaliyyətimiz urologiya, ginekologiya və ümumi cərrahiyə əməliyyatları üzrə göstərilən tibbi xidmətlərə dəstək olur. Əməkdaşlıq nəticəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi də öz sistemlərini təkmilləşdirəcək və Azərbaycan xalqı bunun bəhrəsini görəcək. Biz bu fəaliyyət sayəsində nəinki Azərbaycanda, eyni zamanda, bütün regionda da çağırışları ünvanlamaq fürsəti əldə edəcəyik. Milli Onkologiya Mərkəzi ilə fəaliyyətimizi, əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik”.

Çunçin Tibb Universitetinin Birinci Klinik Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin müdiri, Da Vinçi cərrahiyyə robotu üzrə Çin Ginekoloji Klinik Cərrahiyə Tədris və Nümayiş Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Tan Czünyin müasir robotik cərrahiyyə sistemlərinin texniki imkanları və Çində tətbiqindən bəhs edən təqdimatla çıxış edib.

Daha sonra cərrahi əməliyyat başlayıb. Azərbaycan tərəfindən əməliyyata Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev, Çin tərəfindən isə Harbin Tibb Universitetinin Onkologiya Xəstəxanasının professoru Liuyan Go rəhbərlik edib. Əməliyyat xüsusi robotik cərrahiyyə sistemi və yüksək sürətli kommunikasiya infrastrukturu vasitəsilə həyata keçirilib. Həmin sistem iki ölkədən olan mütəxəssislərə real vaxt rejimində əlaqə saxlayaraq, bir xəstə üzərində sinxronlaşdırılmış şəkildə robotik əməliyyat aparmağa imkan verib.

Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli jurnalistlərə açıqlamasında 7 min kilometr məsafədən birgə icra olunan əməliyyatın təkcə ölkə səhiyyəsi üçün deyil, bütövlükdə region üçün ilk və tarixi bir hadisə olduğunu diqqətə çatdırıb. Baş həkimin sözlərinə görə, təkcə Milli Onkologiya Mərkəzində deyil, respublikada laporoskopik əməliyyatların aparılması çox geniş vüsət alıb. Belə bir əməliyyat isə ölkədə ilk dəfədir ki, həyata keçirilir: “Bu nailiyyəti əldə etmək çox böyük bir zəhmət, məsuliyyət tələb edir. Buna baxmayaraq, bizim cərrahlarımız bu məsuliyyəti üzərlərinə götürdülər və çox böyük uğurla həyata keçirdilər. Bu, məsafəli idarəolunan bir cərrahi əməliyyatdır. Burada texniki cəhətdən çatışmazlıqlar ola, rabitə əlaqəsində problem yarana bilərdi. Lakin heç bir çatışmazlıq olmadı və 65 yaşlı qadın üzərində uşaqlıq xəstəliyi ilə əlaqədar aparılan əməliyyat uğurla başa çatdı”.

Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, “Harbin Sagebot Intelligent Medical Equipment Co. Ltd.” (Çin Xalq Respublikası) və Qazaxıstanın “Medical Technologies Ltd.” MMC şirkətidir.

Bu misilsiz innovativ hadisə Azərbaycanın tibb sahəsində innovasiyaların tətbiqi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm tarixi mərhələ olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri