Icma.az
close
up
RU
Tarixi Təqvimdə Yeni və Şərəfli Səhifə

Tarixi Təqvimdə Yeni və Şərəfli Səhifə

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dövlətçilik tarixi çoxəsrlik şanlı mərhələlərdən, sınanmış iradədən və xalqımızın qəhrəmanlıq salnaməsindən ibarətdir. Lakin bu tarixin son illərdə yazılan səhifələri xüsusi bir təntənə, milli qürur və suverenliyin tam bərpası hissi ilə zənginləşmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən və artıq ikinci ildir ki, ölkə miqyasında böyük coşğu ilə qeyd olunan 20 Sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü məhz bu tarixi ədalətin və dövlət suverenliyimizin təcəssümüdür.

Bu əlamətdar gün sadəcə bir təqvim bayramı deyil, əsrlər boyu xalqımızın qəlbində yaşatdığı Vətən həsrətinin bitdiyi, separatizmin kökünün kəsildiyi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun hər bir qarış torpağımızda bərqərar olduğu şanlı zəfər günüdür.

2020-ci ilin payızında Vətən müharibəsində qazanılmış tarixi qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilsə də, Qarabağ iqtisadi rayonunun müəyyən ərazilərində erməni separatizminin qalıqları və qanunsuz silahlı birləşmələri mövcudluğunu sürdürürdü. Bu vəziyyət bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına əngəl törədir, eyni zamanda yenidənqurma işlərinə təhdid yaradırdı.

2023-cü il sentyabrın 19-da başlayan və cəmi 24 saat ərzində — sentyabrın 20-də uğurla başa çatan lokal xarakterli anti-terror tədbirləri Azərbaycan Ordusunun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Mülki əhaliyə və infrastruktura zərər vurulmadan həyata keçirilən bu dəqiq əməliyyat nəticəsində qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular, tərk-silah edildilər və xunta rejimi özünü buraxdı. Beləliklə, 20 Sentyabr tarixi Azərbaycanın suverenliyinin tam və qəti bərpası günü kimi tariximizə qızıl hərflərlə yazıldı.

Bu gün Xankəndi öz əsl tarixi sahiblərinə qayıdaraq, yenidən Azərbaycanın mühüm elm, mədəniyyət, idman və inzibati mərkəzlərindən birinə çevrilməkdədir.

XX əsrin ən amansız və qanlı faciələrindən birini yaşamış Xocalı şəhərinin azad edilməsi milli yaddaşımızda xüsusi yer tutur. Xocalının azad olunması şəhidlərimizin ruhunun şad olması, tarixi ədalətin döyüş meydanında bərpa edilməsi və xalqımızın sınmaz iradəsinin qələbəsidir.

Zəngin kənd təsərrüfatı potensialı, mühüm coğrafi-strateji mövqeyi, qədim alban mənşəli tarixi və dini abidələri ilə seçilən Xocavənd və Ağdərə uzun sürən işğaldan sonra yenidən dirçəlir və respublikamızın iqtisadi dövriyyəsinə inteqrasiya olunur.

Azad olunmuş şəhərlərdə sıfırdan müasir yollar, körpülər, elektrik stansiyaları, içməli su xətləri və rabitə infrastrukturu qurulur. Bölgədə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları uğurla tətbiq edilir. Xocalı və Ağdərə şəhərlərinə, eləcə də ətraf kəndlərə keçmiş məcburi köçkünlərin mərhələli və təhlükəsiz qayıdışı davam edir. Sakinlər öz ata-baba yurdlarında müasir mənzillərlə və iş yerləri ilə təmin olunurlar. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bölgənin təkcə sosial-iqtisadi deyil, həm də elmi və mədəni mərkəzə çevrilməsində müstəsna rol oynayır. Minlərlə tələbənin Xankəndidə təhsil alması bölgəyə yeni həyat və gənclik ruhu bəxş edir.

20 Sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini nümayiş etdirən şərəf məqamıdır. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız müstəqilliyimizin və suverenliyimizin əbədi zəmanətidir.

Bu tarixi zəfər, eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, canlarını Vətən uğrunda fəda etmiş azadlıq mücahidlərinin — əziz şəhidlərimizin ölməz ruhunun, qanları ilə tarix yazan qazilərimizin fədakarlığının və şücaətinin təntənəsidir. Dövlət başçısının müdrik siyasəti və qəhrəman ordumuzun göstərdiyi misilsiz şücaət xalqımızın yenilməz ruhunu dünyaya sübut etdi, bu zəfəri Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə həkk etdi.

Nicat Ələkbərov

YAP  Şahbuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri