Icma.az
close
up
RU
Tarixi UĞUR: Azərbaycan qarayaxmalara rəğmən ZİRVƏDƏ ŞƏRH

Tarixi UĞUR: Azərbaycan qarayaxmalara rəğmən ZİRVƏDƏ ŞƏRH

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

​​​​​​​Azərbaycanın BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfrans ev sahibliyi etməsi ölkənin qlobal ekoloji məsələlərdə fəal iştirakının və beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərinin uğurla yerinə yetirilməsinin əyani sübutudur.

Bu mühüm tədbir iqlim dəyişikliyinə qarşı mübarizədə dünya ölkələrinin bir araya gələrək kollektiv qərarlar qəbul etdiyi və gələcək üçün strateji hədəflər müəyyənləşdirdiyi ən nüfuzlu platformalardan biridir. Azərbaycanın bu zirvə toplantısını təşkil etməsi yalnız logistika və təşkilati bacarıqların nümayişi deyil, həm də ölkənin bərpa olunan enerji, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin təqdimatı üçün mühüm imkan yaradıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Vüqar Rəhimzadə bildirib ki, dünyanı Azərbaycana toplayan, dünya diplomatiya tarixinə ölkəmizin adını yazdıran COP29 tədbiri uğurla başa çatıb:

"Prezident İlham Əliyev ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən dərhal sonra keçirilən müşavirədə qeyd etmişdi ki, bu tədbir ölkəmiz üçün növbəti böyük uğur olacaq. Prezident vurğulamışdı ki, Azərbaycanın belə mötəbər bir tədbirə ev sahibliyi etmək hüququ qazanması təsadüfi deyil. O, Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində beynəlxalq arenada güclü mövqe qazandığını, ölkəmizə göstərilən hörmətin hər keçən gün artdığını xüsusi olaraq qeyd etmişdi. Dövlətimizin başçısı Azərbaycanın bu hörməti öz prinsipial siyasəti, beynəlxalq hüquqa sadiqliyi və dövlət suverenliyinin bərpa edilməsi sahəsində qazandığı uğurlarla əldə etdiyini bildirmişdi. Müstəqil və prinsipial mövqeyimiz sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənmiş və Azərbaycanın belə böyük tədbirlərə layiq olduğu bir daha təsdiqlənmişdir".

Deputat qeyd edib ki, iki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim edib:

"Bu il dünyaya “Yaşıl dünya naminə həmrəylik!” çağırışı ilə başlayan Azərbaycanın bu istiqamətdə atdığı addımların xronologiyası ölkəmizin qlobal miqyasda mühüm rolunu bir daha təsdiqləyir. Hər bir hədəfi növbəti uğura aparan yol kimi görən Azərbaycan iqlim böhranının həlli üçün yaşıl enerjinin əhəmiyyətini nəzərə alaraq, bu sahədə beynəlxalq əməkdaşlığa töhfələrini artırır. COP29 çərçivəsində keçirilən müzakirələrdə yaşıl enerjiyə keçid üçün əsas maneələrdən biri kimi maliyyə və investisiya çatışmazlığı vurğulanıb. Azərbaycanın bu sahədəki uğurlu təcrübəsi xüsusilə diqqət çəkir. Xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji layihələri həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunan 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası bu uğurların bariz nümunəsidir".

Vüqar Rəhimzadə: Azərbaycan iqlim danışıqlarında tarixi nailiyyətlərə imza atdı

Müsahibimizin sözlərinə görə, prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında bu məqamları xüsusi vurğulayır ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu:

"Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nailiyyətlərə imza atdı. Ölkəmiz yalnız iqlim sammitinə ev sahibliyi etməklə kifayətlənmədi, eyni zamanda maliyyə dəstəyinə dair əhəmiyyətli addımlar atdı. Xüsusilə, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fond çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək məqsədilə 10 milyon ABŞ dolları məbləğində töhfə ayırdı. Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin Sammitində çıxışında vurğuladı ki, sentyabr ayında Bakıda İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə edilib. Bununla yanaşı, yayda Azərbaycan Tonqa ilə Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalayaraq, iqlim böhranına qarşı beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyini bir daha təsdiqlədi".

Son olaraq V.Rəhimzadə bildirib ki, COP29 çərçivəsində iki həftəlik intensiv müzakirələr zamanı mühüm irəliləyişlər əldə edildi:

"Liderlərin Sammitində əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün vacib rolu vurğulandı. Nəticədə, COP Atəşkəs Çağırışı 132 ölkə və 1200-dən çox təşkilatın dəstəyini qazandı. Bununla yanaşı, Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edilərək Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılması qərara alındı. Bu mərkəz iqlim dəyişikliyi, münaqişə və humanitar problemlərin əlaqələndirilmiş şəkildə həllinə töhfə verəcək. Prezident İlham Əliyev Liderlər Sammitində Azərbaycanın bu uğurlarını yüksək qiymətləndirərək ölkəmizin dövlətlər və xalqlar arasında körpü rolunu önə çəkdi. O vurğuladı ki, Azərbaycan yalnız coğrafi mövqeyinə görə deyil, həm də siyasi, mədəni, enerji, ticari və nəqliyyat sahələrində çoxtərəfli əməkdaşlıq formatlarını təşviq etməklə Şimal ilə Cənub, Qərb ilə Şərqi birləşdirən bir ölkədir. Azərbaycanın başladığı meqalayihələr Avrasiyanın enerji və nəqliyyat marşrutlarında köklü dəyişikliklər yaradıb, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açıb".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri