Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Zəfər doktrinası regional və beynəlxalq arenada necə görünür? TƏHLİL

Zəfər doktrinası regional və beynəlxalq arenada necə görünür? TƏHLİL

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev 6 il əvvəl Şuşanın işğaldan azad olunduğunu elan edəndə Azərbaycanın güc yolu ilə münaqişəyə son qoyduğuna dair əminlik qətiləşdi. Dövlətimizin başçısının bu tarixi müraciəti cəmiyyətdə qələbə ovqatını zirvəyə qaldırmaqla bərabər, regional və beynəlxalq geosiyasi təsəvvürlərə təsir edən mühüm mesaj oldu. Çünki Ermənistanın Azərbaycan ərazilərində işğalçılıq siyasətini davam etdirmək üçün qurduğu müdafiə istehkamlarının və hərbi müqavimət modelinin iflası Şuşanın azad edilməsi ilə kulminasiya nöqtəsinə çatmışdı. Məhz bundan sonra Ermənistanın regional qarşıdurmaları gərginləşdirmək motivasiyası söndü və baş nazir Nikol Paşinyan məğlubiyyəti qəbul edərək üçtərəfli bəyanata – kapitulyasiya aktına imza atdı.

Prezident İlham Əliyevin sərt və rasional mövqeyi hər şeyi yerinə oturtdu: Ermənistan silahlı qüvvələri Ağdam, Kəlbəcər və Laçından çıxmalı, Naxçıvana quru yolu açılmalı və separatizm birdəfəlik ləğv edilməli idi. Həyata keçirilən siyasət nəticəsində bu tələblər reallığa çevrildi:

Ermənistan qoşunları həmin ərazilərdən çıxarıldı, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları ilə dövlətimizin suverenliyi tam bərpa olundu.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar isə postmünaqişə dövrünün gündəliyinə yeni məzmun gətirdi. TRIPP layihəsi çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması Cənubi Qafqazın geoiqtisadi konfiqurasiyasına təsir edən strateji təşəbbüsdür. Ermənistan üçün bu proses regional inteqrasiyada iştirakla paralel üzərinə götürdüyü öhdəliklərə riayət etməyin çərçivələrini müəyyənləşdirir.

Beləliklə, Ermənistan üzərində qazanılan qələbə Azərbaycanın mənəvi, tarixi və hüquqi Zəfəri olmaqla yanaşı, regionun sonrakı geosiyasi inkişafına da əhəmiyyətli təsir göstərir.

Bu baxımdan Şuşanın azad edilməsi ilə Zəfər Günü arasında bərabərlik qoyulmasının, simvolik məzmundan əlavə daha dərin mənası var.

Hərbi-strateji amillər

Azərbaycanın onilliklər ərzində enerji ixracından əldə etdiyi iqtisadi güc Silahlı Qüvvələrin modernləşməsinə, ən müasir raket, PUA və artilleriya sistemləri ilə təchizatına əsaslı maliyyə imkanı yaradıb. Məhz bu iqtisadi-hərbi bazanın formalaşdırdığı üstünlüklər özünü döyüş meydanında aydın şəkildə büruzə verdi. Ordunun malik olduğu müasir imkanlar dəqiq kəşfiyyat, müşahidə və hədəflərin vaxtında aşkarlanması bacarıqları ilə birləşdikdə, döyüş əməliyyatlarında qərarvermənin sürəti və dəqiqliyi maksimum səviyyəyə çatdı. Lakin prosesi dərin sistemli və strateji amillərin vəhdətində təhlil edərkən aşağıdakı məqamları qeyd etmək lazımdır:

- Müasir müharibədə texnoloji üstünlük lazımdır, lakin o, güclü siyasi iradə və düzgün hərbi strategiya ilə tamamlandıqda real nəticə verir;

- Döyüş meydanında uğur qazanmaq üçün müxtəlif qoşun növlərinin, silah sistemlərinin vahid komandanlıq və idarəetmə altında əlaqələndirilməsi vacibdir;

- Ordunun peşəkarlığı, taktiki çevikliyi və döyüş təcrübəsi yeni silahların mövcudluğu qədər əhəmiyyət daşıyır;

- Xalqın qələbəyə inamı, milli iradəsi və mübarizə əzmi hərbi potensialı tamamlayan, müharibənin nəticələrinə təsir göstərən mühüm mənəvi-strateji amillərdəndir.

Müharibə zamanı sadalanan amillər geosiyasi mənzərəni sürətlə dəyişdirən strateji mexanizmlərə çevrildi və proses bu gün də davam etməkdədir. Bu, geosiyasət üçün vacib nəticə hasil edir, həm də ona görə ki, Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi Zəfərini təmin etməsi Cənubi Qafqazda güc balansını kökündən dəyişərək onu yenidən yazır.

Eyni zamanda, bu dəyişikliklər qlobal güclərin regiondakı strateji hesablamalarının və geniş beynəlxalq nizamın gələcək konturlarının yenidən qiymətləndirilməsini zəruri edir.

Azərbaycan regionu xilas etdi

Bu yeni reallıqlar fonunda Azərbaycanın strategiyasının təməlində sərhədlərin təhlükəsizliyi və regiona yönəlmiş davamlı sülh baxışı dayanır.

Bu baxımdan postmünaqişə dövründə Azərbaycanın geosiyasi yanaşmasında formalaşan yeni prinsiplər Zəfər modelinin qorunmasını şərtləndirir. Bunun üçün açıq qalan təhlükəsizlik məsələlərinin həlli vacibdir. Tarixi ədalətin bərpası istiqamətində atılan bu qətiyyətli addımların davamı 2023-cü il sentyabrın 19-20-də baş tutdu. Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri suverenliyin bərpası ilə yanaşı, geosiyasi mənada böyük bir hadisə idi. Ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi Azərbaycanın strateji maraqlarındakı şaxələnməni təmin edən mühüm hadisələrdir. Azərbaycan Zəfər doktrinasının qazandırdığı üstünlükləri inkişaf etdirərək əslində regionu böyük bir təhlükədən xilas etmiş oldu. Belə ki:

- Regionda hərbi eskalasiyanın miqyası, onun şiddətinin geosiyasi müstəvidə başqa ölkələrə sıçramasının qarşısı alındı;

- Regionda terror və separatçılıqla ambisiyalar qurmağa çalışan və bunları təzyiq vasitəsi kimi inkişaf etdirməyə cəhd edən qüvvələrin maraqları sarsıldı;

- Regiona ambisiyalı gündəliklə daxil olmaq istəyən xarici qüvvələrin müdaxilə imkanları daraldı;

- Cənubi Qafqazdakı təhlükəsizlik arxitekturasının artıq Azərbaycan dövlətinin suveren iradəsi ilə formalaşması prosesində yeni mərhələ başlandı.

Azərbaycan əldə etdiyi dividendləri qorumaq məqsədilə informasiya siyasətindən tutmuş, iqtisadi və siyasi qərarlarını təkmilləşdirir, müasir çağırışlara uyğun ideoloji təhlükəsizlik prinsipləri müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, quruculuq və bərpa işləri və həyata keçirilən böyük köç təhlükəsizliyin əsaslarını möhkəmləndirir.

Azərbaycanın regional və qlobal yanaşmaları Prezident İlham Əliyevin qətiyyətinə, siyasi iradəsinə əsaslanaraq üç əsas sütuna söykənir:

Birincisi, milli maraqlara əsaslanan siyasi prinsipiallığın konkret geosiyasi nəticələrə çevrilməsidir.

İkincisi, beynəlxalq nizamda artan qeyri-müəyyənlik şəraitində regional proseslərin düzgün strateji təhlilidir.

Üçüncüsü, güclü ordu, peşəkar əməliyyat planlaması və döyüş təcrübəsindən əldə olunan nəticələrin hərbi strategiyaya inteqrasiyasıdır.

Zəfər prinsipləri Cənubi Qafqazdan kənarda

Azərbaycanın qələbəsinin təsirləri Cənubi Qafqazdakı geosiyasi nəticələrlə məhdudlaşmır. Regionda status-kvonun tamamilə dəyişməsi Avrasiyada formalaşan geoiqtisadi güc balansına əhəmiyyətli transformasiya kimi başa düşülə bilər. Bu geoiqtisadi transformasiyanın əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

- Regional kommunikasiya əlaqələrinin bərpasına təhdid yaradan səbəblərin tamamilə aradan qaldırılması iqtisadi inteqrasiya və nəqliyyat dəhlizlərinin əhəmiyyətini yenidən gündəmə gətirdi;

- Zəngəzur dəhlizi başda olmaqla, regionun tranzit potensialı yenidən nəzərdən keçirildi,

- Bunlar Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi üçün nəticə əsaslı təminat verir.

Zəfər çərçivəsinin erməni tərəfinin zərərli ideologiyasına vurduğu zərbə də diqqətəlayiqdir. Azərbaycanı hədəf alan şəbəkə kampaniyalarının və erməni lobisinin maraqları sarsılaraq onların böhran yaşamasına səbəb olub.

Artıq erməni ideologiyasının hekayələrinə uyğunlaşdırılmış bülletenlər və oyunçular öz mövqelərini dəyişdirmək və ya reallıqlara uyğunlaşdırmaq məcburiyyətində qalıblar.

Ermənistan cəmiyyətində daxili qütbləşmənin genişlənməsi sonrakı dövrdə Azərbaycanın sülh və təhlükəsizlik tələblərinin Ermənistan tərəfindən qəbul edilməsini şərtləndirir. İrəvan bunun məntiqi ardıcıllığını gətirməli və revanşizmə heç bir yer qoymamalıdır.

Yekun sülhün real və davamlı olması üçün İrəvan ilk növbədə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları ləğv etməlidir. Ermənistan regional layihələrdən təcrid olunmamaq üçün bu addımları yeganə xilas kəməri kimi qiymətləndirməlidir.

Azərbaycan isə qlobal çağırışlara cavab verən, iqtisadi və hərbi gücünü sintez edən lider dövlət olaraq, Cənubi Qafqazda sülhün, rifahın və sabitliyin əsas qarantı kimi çıxış edir.

Müəllif – Aqşin Kərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri