Icma.az
close
up
RU
Füzuli Zəfəri: tarixin ədalətini bərpa edən 17 Oktyabr

Füzuli Zəfəri: tarixin ədalətini bərpa edən 17 Oktyabr

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biri kimi yadda qalan 17 oktyabr Füzuli şəhərinin Ermənistanın işğalından azad olunduğu gündür. Bu gün təkcə Füzuli sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə malikdir. Bu gün həm də xalqımızın öz doğma torpaqlarına olan sarsılmaz bağlılığının, milli birliyinin, ordumuzun gücünün və siyasi iradənin təntənəsi kimi tarixə düşmüşdür.

Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başladığı Vətən müharibəsi 30 ilə yaxın davam edən işğalın sonunu gətirdi. Bu müharibə xalqımızın öz torpaqlarına qayıtmaq iradəsini, ərazi bütövlüyümüz uğrunda bir millət kimi birləşməsini bütün dünyaya göstərdi.

44 gün davam edən müharibənin hər günü tarixə qəhrəmanlıq salnaməsi kimi yazıldı. Məhz bu mübarizənin 22-ci günü 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir neçə kəndini azad etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu şanlı xəbəri xalqa müraciətində elan etdi və xalq böyük qürur və sevinclə bu xəbəri qarşıladı.

Füzulinin azad edilməsi həm simvolik, həm də hərbi-strateji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Şəhərin azad olunması, daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Şuşa istiqamətində hərbi əməliyyatların davamı üçün mühüm yol açdı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını və hərbi bacarığını nümayiş etdirdi. Burada müasir texnologiyadan istifadə, düzgün taktiki yanaşma və ən əsası, əsgər və zabitlərimizin ruh yüksəkliyi, vətənə olan sevgi ön planda idi.

Xalqımız müharibə dövründə ordumuza həm maddi, həm də mənəvi dəstək göstərdi. Hər bir ailə, hər bir vətəndaş “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşdi. Bu birliyimiz bizim ən böyük gücümüz oldu və zəfəri yaxınlaşdırdı.

Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində Füzuli şəhəri də yeni bir mərhələyə qədəm qoydu. 30 il düşmən tapdağında viranə halına salınan şəhər indi müasir texnologiyalar əsasında yenidən inşa olunur. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına uyğun şəkildə salınan Füzuli, gələcəyin inkişaf etmiş şəhərləri sırasına qoşulmağa doğru irəliləyir.

Füzuli Beynəlxalq Hava Limanının 2021-ci ildə istifadəyə verilməsi bu rayonun Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki logistika və turizm potensialını artırmaq baxımından strateji addım oldu. Hava limanı, beynəlxalq uçuşların qəbul edilməsi ilə həm regionun iqtisadi inkişafına töhfə verir, həm də azad edilmiş ərazilərə qayıdışı sürətləndirir.

Rayonda yollar, elektrik və qaz xətləri, su təchizatı sistemi yenilənir, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Dövlət tərəfindən “Böyük Qayıdış” proqramı çərçivəsində füzulililər artıq doğma yurdlarına qayıtmağa başlayıblar. Bu proses mərhələli şəkildə davam etdirilir və gələcəkdə daha çox insanın öz ata-baba torpağına dönməsi təmin olunacaq.

Bu gün həm də Azərbaycanın yeni reallıqlarının simvoludur. Dünya birliyi artıq işğal altında qalmış, unudulmuş bir region deyil, dinamik şəkildə inkişaf edən, modernləşən, turizm, kənd təsərrüfatı və sənaye mərkəzinə çevrilən bir Qarabağ görür.

Füzuli şəhərinin azad edilməsi, tariximizin parlaq səhifəsidir. Bu zəfər bizə sübut etdi ki, xalqımız heç zaman torpaqlarının işğalını qəbul etməyib və etməyəcək. Müasir Azərbaycanın iradəsi, ordusunun gücü və xalqının birliyi sayəsində əldə olunan bu qələbə gələcək nəsillər üçün örnək olacaq.

Füzuli dağıdılmış bir şəhərdən yenidən doğulan bir simvola çevrilir. Bu simvol xalqımızın yenilməzliyini, qürurunu və öz torpağına olan məhəbbətini təcəssüm etdirir. 17 oktyabr təkcə Füzuli sakinlərinin deyil, bütün Azərbaycanın Zəfər Günlərindən biridir.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri