Icma.az
close
up
RU
“Tarixin divanı” 5 seriyalı bədii televiziya filmi AzTV də VİDEO

“Tarixin divanı” 5 seriyalı bədii televiziya filmi AzTV də VİDEO

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

AzTV-nin "Sabah" Yaradıcılıq Studiyasının istehsal etdiyi “Tarixin divanı” adlı 5 seriyalı bədii televiziya filmi 30 yanvardan etibarən tamaşaçılara təqdim olunacaq.

Filmin ssenari müəllifi İlqar Fəhmidir. Quruluşçu rejissorlar Ramiz Həsənoğlu və Elnur Qədirov, quruluşçu rəssam Rafael Əsədov, quruluşçu operator Eldar Məmmədovdur. Ekran əsərinin musiqisi tanınmış bəstəkar Cavanşir Quliyevə məxsusdur.

Filmdə xalq artistləri Vidadi Həsənov, Məmməd Səfa, Sabir Məmmədov, Pərviz Məmədrzayev, əməkdar artistlər Şövqi Hüseynov, Ayşad Məmmədov, Elnur Hüseynov, Elman Rəfiyev və digər tanınmış aktyorlar rol alıblar.

“Tarixin divanı”nın ilk üç seriyasında XX əsr Azərbaycan tarixinin görkəmli simaları – inqilabçı Nəriman Nərimanov, istiqlalçılar Məhəmmədəmin Rəsulzadə və Fətəli xan Xoyski, eləcə də məşhur milyonçular Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev (Muxtarov) Birinci dünya müharibəsi, milli azadlıq və inqilabi hərəkatlar fonunda təqdim olunacaq. 

Qəhrəmanlar tarixi hadisələrə, öz mövqelərinə və qarşı tərəfin fəaliyyətinə subyektiv qiymət verir, qarşılıqlı ittihamlar səsləndirir, dövrün və erməni–azərbaycanlı konfliktinin mahiyyətini üzə çıxarmağa çalışırlar.

Filmdə eyni zamanda inqilabi düşərgə daxilində baş verən daxili mübarizəyə də diqqət yetirilir. Şərti olaraq “millətçi” və “beynəlmiləlçi” qrupların təmsilçiləri kimi Mir Cəfər Bağırov, Ayna Sultanova, Həmid Sultanov və Əliheydər Qarayev arasında gedən qarşıdurmaların Azərbaycan xalqını erməni millətçiləri qarşısında necə zəiflətdiyi dramatik şəkildə təqdim olunur.

Ekran əsərinin son iki seriyası isə Azərbaycan tarixinin daha erkən, XVIII–XIX əsrlərin qovuşuğuna təsadüf edən mürəkkəb dövrünə həsr olunub. Səfəvilər dövlətinin zəifləməsi, Nadir şahın hakimiyyətə gəlişi, Bakı, İrəvan, Gəncə, Qarabağ, Quba və Şəki xanlıqlarının həm Nadir şah və Qacar hökmdarları ilə, həm də bir-biriləri ilə apardıqları mübarizə filmin əsas xəttini təşkil edir. 

Bu daxili çəkişmələrin nəticəsində Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı və bölgədə ermənilərin sayının artması sonrakı tarixi faciələrin kökü kimi göstərilir.

“Tarixin divanı” filminin anonsunu linkə keçid edərək izləyə bilərsiniz: 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri