Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi Xaosa səbəb oldu
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib.
Cümə günü mobil telefonlara gələn fövqəladə bildirişlər və küçə səsgücləndiriciləri insanları təşvişə salıb, əhalini küçələrə töküb. Avtomatik təhlükəsizlik sistemləri işə düşdüyündən “Şinkansen” sürətli qatarlarının hərəkəti 15 dəqiqəlik dayandırılıb, nəqliyyatda fasilələr yaranıb.
Hiss olunmayan yüngül təkanlardan sonra Yaponiya Meteorologiya Agentliyi tarixdə ilk dəfə zəlzələ üzrə erkən xəbərdarlıq siqnalını rəsmən ləğv edib və xətanı düzəltmək üçün ikinci bildiriş yayımlayıb. Rəsmi qurumlar kiberhücum ehtimalını təkzib edərək, alqoritmlərin yenidən nəzərdən keçiriləcəyini açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 17 Oktyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















