Icma.az
close
up
RU
Tarixin yeni istiqaməti Böyük Xəzərdən keçir

Tarixin yeni istiqaməti Böyük Xəzərdən keçir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Avrasiyanın geoiqtisadi xəritəsində Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji qovuşması Böyük Xəzər regionunu qlobal diqqət mərkəzinə çevirir. Avropadan Şərqi Asiyayadək uzanan ticarət marşrutlarının təhlükəsizliyi məhz həmin coğrafiyadakı siyasi sabitlikdən və inteqrasiya səviyyəsindən asılı xarakter daşıyır. Beynəlxalq konseptual dəyişikliklər şəraitində Cənubi Qafqaz-Mərkəzi Asiya xətti yalnız tranzit dəhlizi olmaqla bitməyərək, yeni siyasi-hərbi və iqtisadi qütb kimi formalaşır. Bakının yürütdüyü fəal diplomatik təşəbbüslər nəticəsində Xəzər hövzəsi qarşılıqlı etimad və müştərək maraqlar müstəvisinə keçid edir. Regional sabitliyin təminatçısına çevrilən Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli münasibətləri keyfiyyətcə daha üstün müttəfiqlik müstəvisinə yüksəldərək qitə miqyasında yeni geostrateji balans yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında qurulan tərəfdaşlığın institusional əsaslarını köklü şəkildə möhkəmləndirir. Çolpon-Ata görüşləri daxilində keçirilən Dövlətlərarası Şuranın iclası Bakı və Bişkek xəttində siyasi dialoqun dərinləşdiyini göstərir. İki dövlət arasında imzalanan Müttəfiqlik Müqaviləsi xarici siyasət prioritetlərinin strateji səviyyədə uyğunlaşdırılmasını təsdiqləyir. Dövlətlərarası münasibətlərin institusional təməli humanitar və cəmiyyətlərarası bağlarla daha da möhkəmlənir. Qırğızıstan ərazisində Heydər Əliyev və Nizami Gəncəvi adına təhsil-maarif ocaqlarının fəaliyyət göstərməsi, eyni zamanda, Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına məktəbin inşası xalqların mənəvi yaxınlığını nümayiş etdirir. Şuşa ilə Çolpon-Ata, Gəncə ilə Oş, Qəbələ ilə Karakol şəhərləri arasında qurulan qardaşlaşma şəbəkəsi strateji dialoqun yerli idarəetmə səviyyəsində də davam etdiyini göstərir. 

***

Geosiyasi cəhətdən Xəzər dənizi qitələri qovuşduran strateji körpü funksiyasını yerinə yetirir. Azərbaycanın Mərkəzi Asiyaya açılan əsas pəncərəsi olan Xəzər akvatoriyası region dövlətlərinin iqtisadi suverenliyini və təhlükəsizliyini təmin edir. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın icrası nəticəsində yaranan hüquqi çərçivə su məkanından müştərək və səmərəli istifadəyə imkan yaradır. Müasir dəniz limanı infrastrukturu, bərə daşımaları və ticarət donanması Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı vahid geoiqtisadi məkanda qovuşdurur. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının aşırılma imkanlarının genişləndirilməsi Xəzər dənizinin qovuşdurucu missiyasını daha da gücləndirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu çoxtərəfli münasibətlər arxitekturası sistemli və ardıcıl xarakter daşıyır. Rəsmi Bakı regionun 5 dövlətinin hər biri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan ilə yüksək səviyyəli strateji tərəfdaşlıq platforması formalaşdırır. Özbəkistan və Qazaxıstan ilə imzalanan müttəfiqlik sənədləri, Türkmənistan və Tacikistan ilə bərqərar olan strateji tərəfdaşlıq bəyannamələri regionda unikal diplomatik şəbəkə yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində fəal iştirakı isə “C5+1” formatını praktiki baxımdan dayanıqlı və institusional altıtərəfli əməkdaşlıq strukturuna çevirir. Ortaya qoyulan siyasi iradə Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə şərait yaradır.

Qlobal tədarük zəncirlərinin transformasiyası Orta Dəhlizin, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun geostrateji əhəmiyyətini köklü şəkildə artırır. Şərq ilə Qərb arasında yük daşımalarının ən qısa, təhlükəsiz və səmərəli marşrutla reallaşdırılması Orta Dəhlizi qlobal ticarətin mərkəzi arteriyasına çevirir. Azərbaycanın vasitəsiz iştirakı ilə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Xəzər dənizi vasitəsilə həyata keçirilən multimodal daşımalar Asiyadan Avropaya yönələn ticarət axınını sürətləndirir. Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdıran nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması və gömrük prosedurlarının harmonizasiyası tranzit vaxtını kəskin şəkildə azaldır. 

Enerji təhlükəsizliyi sahəsində formalaşan yeni reallıqlar Böyük Xəzər regionunun geosiyasi çəkisini daha da yüksəldir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı mənbə olmaqla yanaşı, Mərkəzi Asiya karbohidrogen resurslarının Qərb bazarlarına nəqli üçün mühüm tranzit habı kimi çıxış edir. Qazaxıstan neftinin və Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan infrastrukturundan keçməklə ixracı regional enerji inteqrasiyasının bariz nümunəsidir. Bunlarla yanaşı, bərpa olunan enerji sahəsində icra edilən layihələr regionun gələcək inkişaf istiqamətini müəyyən edir. Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli vasitəsilə Mərkəzi Asiyanın "yaşıl enerji" potensialının Avropaya ötürülməsi layihəsi regionlararası texnoloji tərəfdaşlığı yeni mərhələyə yüksəldir.

Rəqəmsal kommunikasiya xətlərinin çəkilişi və "Rəqəmsal İpək Yolu" layihəsi Böyük Xəzər regionunun texnoloji müstəqilliyini təmin edən strateji amillər sırasındadır. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətləri Avropa ilə Asiya arasında məlumat mübadiləsinin təhlükəsizliyini və sürətini təmin edir. Avrasiyanın rəqəmsal habına çevrilən Azərbaycan və Mərkəzi Asiya dövlətləri, müasir rəqəmsal infrastrukturu genişləndirməklə regionun investisiya mühitini daha da yaxşılaşdırırlar. 

Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya prosesləri Böyük Xəzər regionunda təhlükəsizlik və inkişafın əsas dayaq sütununu təşkil edir. Türk dövlətlərinin təşkilat daxilində nümayiş etdirdiyi siyasi iradə Avrasiya məkanında yeni müstəqil güc mərkəzinin formalaşmasını təmin edir. Təşkilat çərçivəsində nəqliyyat, energetika, rəqəmsallaşma, müdafiə sənayesi və təhlükəsizlik sahələrində institusional əməkdaşlıq dərinləşir. Region dövlətlərinin müştərək hərbi təlimlər keçirməsi və təhlükəsizlik təhdidlərinə qarşı vahid mövqe tutması regional sabitliyin qorunmasında həlledici rol oynayır. 

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri və Mərkəzi Asiya dövlətləri ilə yürütdüyü strateji xətt Böyük Xəzər regionunun Avrasiyanın geosiyasi və geoiqtisadi mərkəzinə çevrilməsini şərtləndirir. Cənubi Qafqaz və Mərkəzi Asiya geosiyasi məkanlarının inteqrasiyası nəticəsində yaranan yeni reallıq qlobal güc balansında strateji tarazlığın bərqərar olmasına imkan yaradır. Azərbaycanın tranzit, enerji və diplomatik imkanları Mərkəzi Asiyanın zəngin resursları və iqtisadi potensialı ilə qovuşaraq vahid geoiqtisadi güc mərkəzi formalaşdırır. Xəzər dənizinin birləşdirici amili, Orta Dəhlizin qlobal infrastrukturdakı aparıcı rolu və Türk Dövlətləri Təşkilatının institusional gücü bu tərəfdaşlığın davamlılığını təmin edir. Yaranmış yeni geosiyasi şəraitdə Böyük Xəzər regionu beynəlxalq münasibətlər sistemində sabitliyin, iqtisadi inkişafın və çoxtərəfli əməkdaşlığın parlaq nümunəsi kimi çıxış edir.

Yusif ŞƏRİFZADƏ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri