Tarkan bu dəfə COP üçün oxudu VİDEO
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Məşhur türkiyəli ifaçı Tarkan Türkiyədə baş tutacaq COP31 beynəlxalq iqlim sammiti üçün xüsusi olaraq özünün "Uyan" ("Oyan") adlı mahnısını ingilis dilinə uyğunlaşdırıb.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadın xəbər verir ki, mahnının yeni versiyası "Wake Up" adlandırılıb.
Videoçarxda iqlim dəyişikliyinin və ətraf mühitin məhv olmasının fəsadlarını əks etdirən kadrlar yer alıb. Tarkan həmişə təbiətə və onun ahənginə heyran olduğunu, lakin insanların vəziyyəti dəyişmək üçün kifayət qədər tədbir görmədən onu məhv etməyə davam etməsindən dərin kədər hissi keçirdiyini vurğulayıb.
Sənətçinin sözlərinə görə, bu yeni musiqi parçasının dünya ictimaiyyətinin diqqətini iqlim böhranına cəlb edəcəyinə və insanları birlikdə hərəkət etməyə təşviq edəcəyinə ümidvardır.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ekoloji kampaniyaya verdiyi töhfəyə görə müğənniyə öz təşəkkürünü bildirib.
"Əziz Tarkan, illər əvvəl bizi oyanmağa çağırarkən sənin sözlərin qəlblərimizdə əks-səda tapdı. Bu gün isə sən Antalyada keçiriləcək COP31 ərəfəsində iqlim böhranına diqqət çəkərək, həmin mahnını "Wake Up" adı ilə bütün dünyaya çatdırdın. Bu mühüm töhfəyə görə sənə minnətdaram", - deyə nazir qeyd edib.
Qeyd edək ki, COP31 sammiti 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada təşkil olunacaq. Türkiyə bu beynəlxalq iqlim konfransına ilk dəfə ev sahibliyi edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















