Icma.az
close
up
RU
Tatarlı kəndində SU QITLIĞI davam edir 12 artezian quyusu inşa edilibsə, su niyə YOXDUR?

Tatarlı kəndində SU QITLIĞI davam edir 12 artezian quyusu inşa edilibsə, su niyə YOXDUR?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboy rayonunun Tatarlı kəndində su problemi ilə bağlı məsələni ictimailəşdirmişdik. Kənd sakinləri illərdir suvarma suyunun yoxluğundan əziyyət çəkirlər. Dediklərinə görə kəndin suvarma suyu kəsilib və hektarlarla meyvə bağları, əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir. Sakinlər dəfələrlə eyni problemin yarandığını bildirirlər.
Tatarlı kənd sakinləri növbəti dəfə Bizim.Media-ya müraciət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:
Tatarlı kəndi susuzluqdan “YANIR” – Əkin sahələri quruyan kəndlilər ÇIXILMAZ DURUMDA – VİDEO


Bildirirlər ki, onların problemi həll olunmur.  
Maraqlıdır ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəsmi açıqlamasında bildirilib ki, həmin kənddə 12 ədəd subartizian quyusu inşa edilib. Amma bu sudan kənd sakinlərinə heç nə çatmır. Daha doğrusu su təminatının zəif olması səbəbindən əkin sahələrini suvara bilmirlər.
Kənd sakinlərinin iddialarına görə  Goranboy rayon Sudan İstifadə Birliyinin sədri Mobil Qəmbərov yalnız ona qoyun-quzu, toyuq-cücə, əkdiyi məhsullardan verən şəxslərə limitlə su verir.
Başqa halda isə suvarma üçün su tapılmır.
Goranboy rayon Tatarlı kəndində Sudan İstifadə Birliyinin sədri Mobil Qəmbərov Bizim.Media-ya açıqlamasında su qıtlığının olduğunu inkar etməyib. O, deyib ki, kənd illərdir suvarma ilə bağlı qıtlıq çəkir:
“Bizim illərdir, suyumuz yoxdur qıtlıqdı. Neçə yerə məktub yazmışam, cavab gəlməyib. Özüm  7 ildir burada işləyirəm və 4 ildir məktub yazıram. Su var ki kəsim? Əgər elə bir şey etmişəmsə, rəsmi qurumlara şikayət verilsin, araşdırsınlar.
Ümumiyyətlə, bizdə həmişə su problemi olub. Biz göyün üzünə bulud gələndə sevinirik ki, yağış yağacaq. İndi Allahdan yoxdur, bəndə nə edə bilər ki? Qaraçay quruyub, bu il yayda çayda yemiş yetişmişdi. Mən özüm 2 hektarlıq ərazimi sulaya bilməmişəm. Başçımız Məhərrəm müəllim də su məsələsi ilə bağlı əziyyət çəkir”.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.
İcra Hakimiyyətinin informasiya təminatı şöbəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, suvarma ilə bağlı problemlər var:
“Olan su ehtiyatı 100 faiz təminatı ödəmir. Bu problem adətən yay aylarında olur, amma qışda hər hansı problem yaşanmır.
Orada çay yatağı var və təminat mövsümlə bağlıdır. Əgər yağış yağarsa, çay, quraqlıq olarsa, artizan sularından istifadə edilir”.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri