Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Gündə neçə banan yemək olar? Faydaları

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Tavanda taqqıltı, icəridə “dambadurum”, çoxlu ziyarətçi və az alıcı: Kitab sərgisində son gün

Tavanda taqqıltı, icəridə “dambadurum”, çoxlu ziyarətçi və az alıcı: Kitab sərgisində son gün

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi sona çatdı. 

Günlərlə davam edən bu sərgidə nəşriyyatlar, yazıçılar, oxucular və kitabsevərlər bir araya gəldi. 

Yüzlərlə kitab təqdim olundu, imza günləri, təqdimatlar, diskussiyalar və uşaq tədbirləri keçirildi. Sərgidə, həmçinin xarici nəşriyyatlar da təmsil olunurdu. Kitab sərgisində uşaqlardan tutmuş yaşlılara qədər hər kəs stendləri gəzir, müəlliflərlə söhbət edir, yeni kitablarla tanış olurdu. Biz də sərgini son günündə ziyarət etdik.

Kəramətdən Seyran Səxavətə...

Sərgi zalına daxil olarkən əvvəlcə yazıçı Kəramət Böyükçöllə qarşılaşdıq. Pozitiv enerjini aldıqdan sonra ilk addımımızda kitab qoxusunu hiss etdik. Stendlərdən birinin yanında uşaq arabasında 3-4 aylıq bir körpə vardı. Valideynləri bildirdi ki, uşaqlarını gətirməkdə məqsəd kiçik yaşlarından kitab qoxusunu alması, kitaba öyrəşdirmək istəyidir. Elə bu əsnada yazıçı Seyran Səxavətlə rastlaşdıq. 

Fürsətdən istifadə edib onunla söhbət etdik. Yazıçı sərgi ilə bağlı fikirlərini “Cebheinfo.az” ilə bölüşdü: 

“Həyatda çox şeyin sərgisi var, sərgisi olmayan heç nə yoxdur. Bu mənada götürəndə, elə bəşəriyyətin özü də insan sərgisidir. Amma bu kitab sərgisi, məncə, yer üzündəki bütün sərgilərdən daha böyükdür. 

Bu, məsələnin romantik tərəfidir. Konkret tərəfə gəldikdə isə mən artıq yeddi gündür buradayam. Fikirləşirəm ki, sərgi bitəndən sonra nə edəcəyəm? O qədər bağlanmışdım. Hər gün səhər saat 11-də gəlib axşam 7-də gedirdim”. 

“Gözəl xanımların ətrindən də kitab qoxusu gəlir”

Onun sözlərinə görə, sərgi kitabın və oxucunun bir araya gəldiyi xüsusi məkandır: 

“Burada adamlardan da kitab qoxusu gəlir. Məsələn, gözəl xanımlar yanımdan keçəndə, inanın, onların ətirindən çox kitab qoxusu hiss elədim. Balacaları görürəm, o qədər sevinirəm ki... Həm də deyim ki, xeyli kitab alırlar. Elimizdə bir söz var. 

Bəxti gətirməyən adamlar haqqında deyirlər ki, o yazığın kitabı bağlanıb. İndi millət kitabı açır, açmaq istəyir. Amma millət bu kitabı təxminən 30-35 ildir ki, bağlamışdı. İndi yavaş-yavaş kitaba qayıdırlar. Allahdan sonra ən müqəddəs şey kitabdır. Kitaba qayıtmaq həm də Allaha, yəni həqiqətə, haqqa qayıtmaq deməkdir”. 

Damdakı taqqıltı, içəridəki “dambadurum”

Seyran Səxavət mənfi tərəfləri də vurğuladı: 

“Deyirlər, eyibsiz gözəl olmaz. Bu sərgidə mənfi tərəfləri də gördüm. Məsələn, əvvəlki sərgilərdə də eyni problem vardı, bu sərgidə də. 21-ci əsrdə hələ bizim təşkilatlar bu problemi həll edib qurtara bilməyib. Mikrafon problemi. 

Mən təxminən 8-10 təqdimatda iştirak etdim, hamısında mikrafon problemi vardı. Bir də bu taqqıltı. Sərgi mərkəzinin tavanında təmir işi gedir. Bunu başqa vaxtda etmək olmazdımı? Deyəsən, burada ərəblər sponsordular, Qətər sponsorluq edir. Tədbir zalındakı musiqi deyildi, sanki antimusiqi idi. 

“Dambadrum” səsinə görə içəridə olanlar foyeyə çıxmaq məcburiyyətində qalırdılar. Gələcəkdə bu kimi məsələlərdə daha səliqəli davranmaq olar”. 

Sərgi salonunda bir az gəzdikdən sonra "Alatoran" nəşriyyatının rəhbəri, yazıçı Rasim Qaracanı gördük. O bildirdi ki, sərgi ötən illərdən çox da fərqlənmir: 

“İstər gələn qonaqlar, istərsə də burada iştirak edən xarici müəlliflər baxımından vəziyyət demək olar ki, eynidir. Əlbəttə, daha yaxşı ola bilərdi. Amma Azərbaycan kitab sərgisinin təşkilində artıq bu standart illərdir dəyişmir. Yəni təkrarlanan bir şablonla davam edir”. 

Ən çox alınan 2 manatlıq kitablar

Rasim Qaraca region ölkələrində keçirilən sərgilərlə müqayisədə Bakı Kitab Sərgisinin həcminə və təşkilatçılığına görə geridə qaldığını qeyd etdi: 

“Məsələn, mən bir neçə il əvvəl Türkiyədə Samsun Kitab Sərgisində təsadüfən iştirak etmişdim. O sərgi Bakı sərgisindən həm həcm, həm də təşkilatçılıq baxımından iki dəfə böyük, gur idi. 

Qonaqların dəvəti, Türkiyə yazarlarının geniş miqyasda iştirakı baxımından da daha güclü idi. Yəni ölkə olaraq bunu yetərsiz sayıram. Daha yaxşı və güclü olmalı idi. Məsələn, qardaş respublikalardan və ən azı Mərkəzi Asiya ölkələrindən olan nəşriyyat sektorları daha yaxşı təmsil olunmalıdır. Xarici ölkələrin kitab sektoru ilə daha da yaxınlaşma və sıx əməkdaşlıq çox faydalı olar”.

Onun sözlərinə görə, sərgidə ən ucuz qiymətlər onlarda olub: 

“Endirim kampaniyası çərçivəsində 300-400 səhifəlik kitabları 2 manata təqdim etdik və ən çox satışı da bu 2 manatlıq kitablardan elədik. Satışımızın 80 faizi məhz bu iki manatlıq kitablardandır. Belə götürəndə, alıcıların da alıcılıq gücü zəifdir və bu hiss olunur. 

Əsasən məktəblilər gəlir və onlar da çox minimal büdcə ilə kitab alırlar, kitab haqqında anlayışları yoxdur. Yəni kütləvi bir axın kimi görünür, amma kitabı təmsil edənlərə, nəşriyyatlara onların o qədər də maddi cəhətdən faydası yoxdur. Kitab haqqında anlayışı olan oxucular çox azdır. 100 alıcıdan cəmi 2-3 ciddi oxucuya rast gəlirik. Onlar həqiqətən kitabı seçib, kitabı araşdırıb, müəllif və nəşriyyat haqqında məlumatlı şəkildə gəlirlər. Yəni bu, ümumi kütlənin təxminən 3-5 faizidir. Çox azdır”. 

Nəşriyyat rəhbəri vurğuladı ki, stendlərdə dayanan nəşriyyatlar ciddi qazanc əldə etməyiblər: 

“Stendlərdə dayanan nəşriyyatlar tam ziyanla deməzdim, böyük qazanc da əldə etmir. Mən şəxsən özümü zərərdə hesab etmirəm. Çünki ən azı anbarda olan yükümü bir az azaltmış oluram. Başqaları da mənim kimidir. Hərədə bir cürdür. Bizim stend kiçik olsa da, nəticədən razıyam. Başqalarını deyə bilmərəm, özümə cavahdehəm. Öz tərəfimizdən nəticədən məmnunam”. 

Yanlış bir şey vardı, amma nə?

Türk dünyasının tanınmış şairlərindən olan Rüstəm Behrudini foyedə yaxaladım. Ondan sərgi haqqında təəsuratlarını soruşdum. Şair bu cür tədbirlərin xalqın mədəni inkişafı və kitab mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi: 

“Əslində, istənilən xalqın taleyində bu cür böyük tədbirlərin keçirilməsi çox yaxşı haldır. Oxucuların müxtəlif istəkləri olur və onlar axtardıqları bütün kitabları bir yerdə tapa bilmirlər. Bu baxımdan, kitab sərgiləri çox maraqlıdır”. Rüstəm Behrudi qeyd etdi ki, sərgilərin ən dəyərli tərəflərindən biri yazıçı, şair və sənət adamlarını bir araya gətirməsidi: 

“Məsələn, mən demək olar ki, bütün sərgilərdə iştirak edirəm. Bu sərgidə mənə maraqlı olan kitabları bir günün içində tapa bilirəm. Bu tədbirlərin başqa bir gözəl tərəfi də odur ki, yazıçılar, şairlər və incəsənət adamları burada bir araya gəlir, bir-biriləri ilə görüşürlər. Bu baxımdan da sərgiləri çox dəyərli sayıram və alqışlayıram”. O, sərginin ümumi gedişindən razı qaldığını, lakin müəyyən təşkilati çatışmazlıqların da hiss olunduğunu vurğuladı: 

“Ümumilikdə, Mədəniyyət Nazirliyi üzərinə düşən işi görmüşdü, amma təşkilatçılıqda müəyyən axsama hiss olunurdu. Buna baxmayaraq, bu sərginin əhəmiyyətini nəzərə alaraq onları bağışlamaq olar. Fikirləşirəm ki, gələcəkdə daha da mükəmməl sərgilər keçiriləcək”. 

Şair bu əfəki sərgidə bəzi müəlliflərin kitablarının satışında gözlənilən nəticə əldə olunmadığını bildirdi: 

“Mən xaricdə, Avropa ölkələrində bir çox kitab sərgilərində olmuşam. Kitablarım müxtəlif dillərə tərcümə olunduğu üçün tez-tez dəvət alıram. Bu cür sərgilər nəşriyyatlar üçün çox önəmlidir, çünki burada kitablarını satırlar. Elə fikirləşirəm ki, bu dəfə kitab sərgisində onlar istədikləri qədər öz məqsədlərinə nail ola bilmədilər. 

Budəfəki sərgidə bəzi müəlliflərin kitabları gözlənildiyi qədər satılmadı. Mən bunu onların istedadsızlığı ilə əlaqələndirmirəm. Sadəcə olaraq mənim anlaya bilmədiyim bir şey vardı ki, nəsə yanlış idi və bu səbəbdən satılmadı. Onu mənim özüm də anlamadım. Amma yanlış bir şey vardı. Amma hələ məlum deyil ki, o yanlış nə idi. Sərgidən sonra məlum olacaq”. 

Əfsanəvi “Qaya” ansamblının sevilən mahnılarının sədası altında sərgi salonunu tərk etdim… 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Kitab sərgisi Kəramət Böyükçöl Ekspo Mərkəzi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see234

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see209

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see175

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see171

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see148

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see138

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see129

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see126

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri