Taxtakörpü Ceyranbatan kanalında batan iki qardaş Tovuzda dəfn olunub FOTOLAR
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan iki nəfərin qardaş olduqları məlum olub.
APA-nın qərb bürosunun məlumatına görə, onlar Tovuz rayonunun Çilovdarlı kənd sakinləri - 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyevdır.
Onlar bu gün Tovuzda dəfn olunublar.
Qeyd edək ki, hadisə sentyabrın 1-də baş verib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti bir gün sonra tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin meyiti isə dünən tapılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















