Icma.az
close
up
RU
Tayı bərabəri olmayan içki ŞƏRH

Tayı bərabəri olmayan içki ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Bütün dünyada çay öz populyarlığına, insanlar tərəfindən istehlakına görə tayı-bərabəri olmayan içki sayılır. Bu şəfaverici bitkinin müxtəlif növləri məlumdur. Qara, yaşıl, ağ, sarı ulun, püre növləri daha çox bəyənilir. Çayı sevdirən onun tərkibində 300-dən artıq faydalı kimyəvi maddələrin olmasıdır. Onda olan taninlərin, vitamin, üzvi turşuların səbəbindən dezinfeksiyaedici təsirə malikdir, həzm prosesinə müsbət təsir göstərir. Ürəyin fəaliyyətini qaydaya salır, nəticədə damarlar genişlənir, spazmalar aradan qalxır.

Çin, Hindistan, Şri-Lanka, Yaponiya, Vyetnam, İndoneziya, Keniya ölkələri dünyada çayın əsas məskənləri sayılır. Adlarını çəkdiyim ölkələrin meşələrində indinin özündə də yabanı hallında çay ağacları bitir. Bu həmişə yaşıl ağacların hündürlüyü təqribən 10 metrə çatır. Yarpaqları sıx və qalın oval şəkillidir. Üst hissəsi tünd-yaşıl, aşağı hissəsi isə açıq rənglidir. Ağacların çiçəkləndiyi dövrdə onların ətrafa yaydığı ətirdən doymaq olmur.

Bildiyimiz kimi, mədəni çay bitkisinin hündürlüyü bir metr yarıma çatır. Tipinə görə Çin və Assam növlərinə bölünür. Ən yaxşı çay plantasiyaları dəniz səviyyəsindən 2 min yüksəklikdə yerləşir. İçməli çayın ən bahalı növü kolun üst tərəfində yerləşən tumurcuqlu 2-3 gənc əllə yığılan yarpaqdan alınır.

Çay çinlilərin kəşfidir. Rəvayətə görə eramızdan əvvəl üçüncü əsrdə əfsanəvi imperator Şen-nun çay yarpağının müalicəvi xüsusiyyətlərini öyrənir. Tan sülaləsi (yeddi-onuncu əsrlər) hakimiyyətə gələnə qədər çaya dərman kimi baxırlar. Səkkizinci yüzillikdə yaşamış alim Lu Yuy çay, eləcə də onun içməsi barədə “Ça tszin” yəni “Çay qanunu” adlı ilk kitab yazır. Kitab on fəsildən ibarət olmaqla burada çayın mənşəyi, yayıldığı rayonlar, istehsalı, hətta istifadə edilən qab-qacağı haqqında geniş danışılır. Elə çay mərasimini də yaponlar yox, məhz çinlilər fikirləşib. Həm də çayın dadının dəyişməsinə səbəb olan yarpağın müxtəlif emal texnologiyalarının kəşfi, eyni zamanda ilk dəfə tətbiqi çinlilərdən gəlibdir.

Avropaya gəldikdə isə buraya çay 1517-ci ildə portuqaliyalılar tərəfindən gəlib çıxıb. Həmin zamanlar Monqolustandan Moskva şəhərinə gətirilən çay rusların da ən sevimli içkisi idi. On səkkizinci əsrin sonlarında artıq bütün Qərbi avropalılar çayın dadını bilirdilər. İngilislərin isə çaya xüsusi maraqları var idi. Onlar Hindistanda, Seylonda, bir müddətdən sonra Afrikada geniş çay plantasiyaları salırlar. Bu vaxtlar İngiltərəyə gətirilən qaçaq mallarının əsası dövlətin yüksək vergi qoyduğu çay olardı. Çayın idxalı ilə məşğul olan Ost-Hind şirkəti qaçaqmalçıların təcavüzü nəticəsində il ərzində 400 min funt itirirdi. Dediyim rəqəm həmin dövr üçün astronomik məbləğ hesab edilirdi.

Çayla bağlı daha bir maraqlı fakt. Belə ki, ən yaraşıqlı, sürətli yelkənli gəmilərin (kliperlər) istehsalı çayla bağlıdır. İlk dəfə Baltimorda amerikalılarin, sonra Aberdində ingilislərin düzəltdiyi bu kliperlərlə Çindən çay yarpaqları gətirilirdi. 1851-ci ildə Honkonqdan Londona üzən ABŞ-a məxsus “Oriyentar” kliperi cəmi 97 gün sərf etmişdir.

Çayın insan həyatına nüfuz etdiyi vaxtdan uzun əsrlər ötür. İndi artıq hər ölkənin öz çayının hazırlaması qaydaları, mərasim və ənənələri yaranmışdı. Bir neçə misal. Çinlilər çayı içinə kiçik ələk salmış iri çini , saxsı çaydanlarda dəmləyir. Dəmə qoyulmuş çay bir qədər saxlanır. Sonra piyaləyə, fincana süzülüb süfrəyə gətirilir. Yaponiyada əsasən yaşıl çaya üstünlük verilir. Onlar hazırladığı bu faydalı içkini aramla, kiçik qurtumlarla, şəkər və başqa əlavələr qatılmadan içirlər. Tibetdə ən çox kərpic rəngli yaşıl çay işlədilir. Tünd dəmləmiş çaya 100-125 qram əridilmiş öküz yağı və duz əlavə olunur. Yekcins qatı maye olana qədər çalınır. Alınan çay öz dadına görə fərqlənir. Qidalıq dərəcəsinə görə onu içənin həyat tonusu artır. Tailandda qırmızı çaya cirə, qırmızı-sarı boya, ədviyyat qatır, şəkər və üzlü südlə şirin edir, sonra buzla soyudurlar. Çayı hündür stəkana süzüb içirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri