Icma.az
close
up
RU
Tayland Kamboca gərginliyinə görə xüsusi toplantı keçiriləcək

Tayland Kamboca gərginliyinə görə xüsusi toplantı keçiriləcək

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Tayland və Kamboca sərhədində yaranmış gərgin vəziyyətin müzakirəsi məqsədilə xüsusi görüşü dekabrın 22-də keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“The Star” qəzetinin yazdığına görə, xüsusi görüşün keçirilməsi ilə bağlı qərar dekabrın 11-də Kamboca və Tayland arasındakı münasibətlərdəki vəziyyətin həlli istiqamətində səylər çərçivəsində qəbul olunub.

Qərar Malayziyanın baş naziri Ənvər İbrahim, Kambocanın baş naziri Xun Manet və Taylandın baş naziri Anuthin Çanvirakun arasında aparılan müzakirələrdən sonra verilib.

Qəzetin məlumatına görə, görüş əvvəlcə dekabrın 16-na planlaşdırılsa da, Banqkokun müraciəti əsasında dekabrın 22-nə təxirə salınıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca liderlərinin 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq və sülh razılaşmalarının icrasına qayıtmaq barədə razılığa gəldiklərini açıqlamışdı. Malayziyanın baş naziri isə iki ölkə arasındakı sərhədə ASEAN müşahidəçi qrupunun göndərilməsini təklif edib.

Qeyd edək ki, dekabrın 7-də Kamboca–Tayland sərhədi boyunca atıcı silahlardan istifadə olunmaqla silahlı toqquşmalar baş verib. Tayland Kral Ordusunun məlumatına görə, Kamboca qüvvələri səhər tezdən sərhəd bölgəsində Tayland mövqelərini atəşə tutub. Tayland Hərbi Hava Qüvvələri isə cavab olaraq Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Toqquşmalar nəticəsində itkilərin olduğu bildirilib. Hər iki ölkədəki Rusiya səfirlikləri rusiyalı turistlərə sərhəd bölgələrinə səfər etməmək tövsiyəsi verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 15 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri