Taylandda rus turistlər arasında kütləvi qripə yoluxma halları qeydə alınıb
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Bu günlərdə Taylandda rusiyalı turistlər arasında qripə yoluxma halları artıb. Ruslar bildirdilər ki, yerli otellərdə uzun müddət sağalmayan qrip əlamətləri olan çoxlu turist var.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Taylandda istirahət edən ruslar məlumat verib.
Belə ki, onlar bu xəstəliyin bütün əlamətlərinə malik olan çoxlu sayda yerli otel qonaqları haqqında məlumat veriblər: yüksək hərarət, öskürək, səs itkisi, boğaz ağrısı və üşütmə...
Onları müayinə edən yerli həkimlər onlara qrip diaqnozu qoyurlar.
Bəzi turistlər yerli dərmanlar qəbul edərək özlərini sağaltmağa çalışsalar da, lakin daha da pisləşiblər.
Turistlər arasında bir neçə aydır özünə gələ bilməyənlər də az deyil.
...Bəziləri bir aya qədər sağalmır və adətən bronxit və ya vərəmdə rast gəlinən çox şiddətli öskürəklə qalırlar.
“SHOT” kanalının məlumatına görə, yoluxanların əksəriyyəti Pxuketdə yoluxsa da, lakin Pxanqanda da yoluxma halları qeydə alınıb.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Yanvar 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















