Taylandda Yeni il tətilinin ilk günlərində yol qəzalarında 100 dən çox insan həlak olub
Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Taylandda Yeni il tətilinin ilk günlərində baş verən yol qəzaları nəticəsində 100-dən çox insan həyatını itirib.
Doğru.az xəbər verir ki, ölkənin Yol Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumata görə, həlak olanlar arasında bir Rusiya vətəndaşı da var. Agentliyin sosial şəbəkələrdə paylaşdığı informasiyada bildirilir ki, qəzaların əsas səbəbləri sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və sürət həddinin aşılması olub.
Məlumata əsasən, yol-nəqliyyat hadisələri nəticəsində 115 nəfər yaralanıb. Yaralılar arasında əcnəbilərin olduğu qeyd edilsə də, ilkin məlumata görə, onların arasında Rusiya vətəndaşı yoxdur.
Xatırladaq ki, daha əvvəl İsveçrədə Yeni il gecəsi kurort barında baş verən yanğın nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi. Telegraph qəzetinin məlumatına görə, yanğına qığılcımların səbəb ola biləcəyi ehtimal edilir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















