Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tayvan hədəfdə: Si Cinpin Trampdan nə tələb edəcək?

Tayvan hədəfdə: Si Cinpin Trampdan nə tələb edəcək?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi Çin lideri Si Cinpinin sentyabrın son həftəsində ABŞ-a səfəri planlaşdırılıb. Hər ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambelyasının sessiyası keçirilir. Bu sessiyada müxtəlif dövlətlərin liderləri çıxış edərək, aktual mövzular barədə fikirlərini geniş auditoriyaya çatdırırlar.

Lakin politoloqlar qeyd edir ki, səfərin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası ilə eyni dövrə təsadüf etməsinə baxmayaraq, Si Cinpinin əsas məqsədi beynəlxalq tribunada çıxış etmək deyil, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birbaşa müzakirələr aparmaqdır.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloq qeyd edib ki, Si Cinpin üçün Tayvan məsələsi digər mövzulardan daha böyük əhəmiyyət daşıyır: “Si Cinpin ABŞ-da yalnız bu ölkənin Prezidenti Donald Trampla görüşəcək. Amerikada olmuşkən, onun BMT Baş Assambleyada çıxış etmək planı yoxdur.

Si Cinpin Ağ Evdə Trampla görüşdə süni intellekt, İran və Hörmüz boğazındakı vəziyyət və ən əsası Tayvanı müzakirə etmək istəyir. Sonuncu mövzu Si Cinpin üçün xüsusi əhəmiyyət daşıyır. Donald Tramp may ayında Çinə səfər etdikdə ABŞ Prezidenti Tayvan mövzusunun müzakirəsinə maraq göstərməmişdi. Halbuki, bu mövzu Si Cinpin üçün digər mövzuların fövqündə dayanır.

Cinpin hakimiyyətdə olduğu illərdə iki hədəfinə çatıb. Birincisi, Çin son illərdə iqtisadi gücünü artırıb. Çin süni intellekt və nadir torpaq elementlərinin istehsalında ABŞ-la rəqabət aparacaq gücdədir. İkincisi, Si Cinpin hakimiyyətdə olduğu illərdə Çinin hərbi gücünü də artırıb".

Politoloq bildirib ki, Pekin son illərdə həm nüvə arsenalını artırıb, həm də hərbi dəniz qüvvələri Sakit Okeanda əsas güclərdən birinə çevrilib: "Bu isə ABŞ ilə yanaşı, Çinə qonşu olan ölkələri, o cümlədən Yaponiyanı ciddi narahat edir. Çünki Çin hərbi dəniz qüvvələrini gücləndirməklə yanaşı, Sakit Okeanda və Yaponiyaya yaxın sularda hərbi təlimlərin sayını artırıb. Si Cinpinin üçüncü hədəfi Tayvanı Çinə birləşdirməkdir. Bu isə reallaması çətin məsələdir. Buna baxmayaraq, Si Cinpin hakimiyyətdə olduğu müddətdə bu hədəfinə də çatmağa çalışır. O son çıxışında Tayvanın yenidən Çinə qatıldıqdan sonra ölkənin tam inkişaf edəcəyini və bunun bütün Çin xalqına rifah gətirəcəyini bildirib".

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Tayvanı Çin ərazisinin bir hissəsi kimi tanısa da, adanın güc yolu ilə Pekinin nəzarətinə keçməsinin əleyhinədir: "Əgər Çin Tayvana qoşun yeridərsə ABŞ buna müşahidəçi qalmayacaq. ABŞ Çini durdurmaq üçün müdaxilə etmək məcburiyyətində qalacaq. Bu səbəbdən ABŞ Tayvana müasir hərbi texnika satır. Tayvanın özü də son bir neçə ilə hərbi texnika istehsalını genişləndirib. Görünür, Tayvan Cinpinin ada barədəki açıqlamalarının boş sözlər olmadığını anlayır. Çin liderinin “möhkəm döyüş ruhu və müstəsna qabiliyyətlərimizlə, istər coşğun dənizlər, istərsə də şiddətli fırtınalar olsun, böyük çətinliklərlə fəal şəkildə mübarizə aparacağıq” cümləsi də bundan xəbər verir".

Elxan Şahinoğlu hesab edir ki, Si Cinpin müharibə ehtimalının Çin üçün yaradacaq risklərini də hesablamaq məcburiyyətindədir. Politoloqun fikrincə, müharibə Çinə qarşı yeni ittifaqlar formalaşdırmaqla yanaşı, iqtisadi inkişafına ciddi zərər vuracaq:

"“Milli suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə etməli və bununla da sürətli iqtisadi inkişaf və uzunmüddətli sosial sabitliyin iki böyük möcüzəsində yeni bir fəsil yazmalıyıq” deyən Si Cinpin Tayvanla yanaşı, ölkəsinin müharibənin inkişafa vura biləcəyi zərəri də hesablamalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Avqust 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri