Si Cinpin: Tayvan Çinlə mütləq birləşəcək
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın Çinlə tam birləşməsinin mütləq reallaşacağını bəyan edib.
Gununesi.info xəbər verir ki, Si Cinpin bu barədə Pekində Sun Yatsenin anadan olmasının 160 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi həyata keçirilməlidir və mütləq həyata keçiriləcək”, – Çin lideri vurğulayıb.
Si Cinpin Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının dəyişməz tarixi missiyası adlandırıb. O, Pekinin “dinc birləşmə” və “bir ölkə, iki sistem” siyasətinə sadiq olduğunu, “vahid Çin prinsipi” əsasında Tayvanla dialoqa hazır olduğunu bildirib.
Çin lideri həmçinin Tayvan da daxil olmaqla, bütün çinliləri adanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı birləşməyə və Tayvan boğazının hər iki sahili arasında münasibətlərin dinc inkişafına töhfə verməyə çağırıb.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onun materik Çinlə birləşməsini qarşısına məqsəd qoyub. Özünü demokratik idarə edən Tayvan isə Pekinin bu iddiasını rədd edir. Çin adaya “bir ölkə, iki sistem” modeli çərçivəsində muxtariyyət təklif etsə də, bu yanaşma Tayvanın əsas siyasi partiyaları tərəfindən dəstəklənmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Noyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















