Tazıya tut, dovşana qaç deyirlər: Bu ölkə də İsrailə silah göndərir
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya bu il noyabrın ortalarına qədər İsrailə ən azı 131 milyon avroluq silah ixrac edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, Almaniya hökuməti oktyabrın 18-dən noyabrın 19-dək olan müddətdə İsrailə “müxtəlif avadanlıqlar” başlığı altında 20,3 milyon avroluq silah göndərib. Bununla yanaşı İsrailə 23,6 milyon avro dəyərində silahların göndərilməsinə də icazə verilib.
Almaniya hökuməti İsrailə göndərilən silah sistemləri haqqında ətraflı məlumat verməsə də, noyabrın ortalarına qədər ən azı 131 milyon avroluq silah ixrac edildiyini qeyd edib. Bildirilib ki, sonuncu dəfə fevral ayında təsdiq edilən kateqoriyaya atıcı silahlar, həmçinin döyüş tankları və sualtı qayıqlar daxildir.
Qeyd edək ki, Latın Amerikası ölkəsi Nikaraqua Almaniyanı silah ixracına görə "İsrailin Fələstində törətdiyi soyqırımda şərik olmaqda" günahlandırır. Bununla bağlı iş Haaqa Beynəlxalq Ədalət Məhkəməsində davam edir.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















