Tbilisi Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayıb.
Yeniavaz.com xəbər verir ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması nəticəsində təxminən 6 illik fasilədən sonra əcnəbilər Azərbaycana quru yolla daxil olmağa başlayıblar.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində turizm məqsədilə Azərbaycana xarici ölkələrdən 564 min 237 nəfər xarici ölkə vətəndaşı gəlib. Azərbaycana gələn əcnəbi turistlərin cəmi 176 nəfəri ölkəyə quru yolla daxil olub. May ayının son 6 günündə quru yolla ölkəyə gələn 176 nəfərin hamısı Gürcüstan vətəndaşları olub. Bu isə o deməkdir ki, may ayında orta hesabla hər gün 29 nəfər Gürcüstan vətəndaşı quru yolla Azərbaycana gəlib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bakı Tbilisi Bakı qatarı nə zaman açılacaq?
07 Avqust 2025 18:12
Bu il Azərbaycana nə qədər əcnəbi gəlib? Rəqəmlər açıqlandı
26 Oktyabr 2025 12:10
Bakı Tbilisi qatarı ilə bağlı yenilik
03 Avqust 2026 17:15
Bakı Tbilisi Bakı qatarı 28 maydan AÇILACAQ?
03 May 2025 11:37
Bu ilin ilk 6 ayında Azərbaycana nə qədər əcnəbi gəlib? KONKRET
25 Avqust 2026 11:01
Baxış sayı:87
Bu xəbər 03 İyul 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















