Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi Fransa şirkətinə tapşırılıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstan Fransa şirkəti ilə Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi barədə müqavilə imzalayıb.
Moderator.az-ın məlumatına görə, müqavilə Fransanın "Groupe ADP" şirkəti ilə bağlanıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze aeroportun genişləndirilməsi layihəsinin təqdimatı zamanı bildirib ki, hava limanının inkişafına 150 milyon ABŞ dolları məbləğində investisiya yatırılacaq:
"Bu investisiya sərnişin axınının əhəmiyyətli dərəcədə artırılmasına, xidmətlərin davamlı təkmilləşdirilməsinə, sərnişinlər üçün rahat və təhlükəsiz mühitin yaradılmasına, eləcə də əməliyyat proseslərinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan verəcək".
Baş nazir vurğulayıb ki, genişləndirmə layihəsi aeroportun ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, sərnişin xidmətlərinin keyfiyyətini də beynəlxalq standartlara uyğun səviyyəyə çatdıracaq.
Baxış sayı:102
Bu xəbər 15 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















