Icma.az
close
up
RU
Tbilisi NATO ya “əlvida” deyirmi?

Tbilisi NATO ya “əlvida” deyirmi?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gürcüstan bağlı qapı arxasında gözləməkdən yorulub

Gürcüstanın NATO-ya inteqrasiya arzusu uzun illər boyu ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olub. Lakin bu yol, sadəcə, çətin olmadı, həm də nəticəsiz qaldı. Son günlər baş verən hadisələr, xüsusilə, “Gürcü arzusu” partiyası tərəfindən NATO və Avropa İttifaqı (Aİ) üzrə İnformasiya Mərkəzinin rəsmi şəkildə ləğv edilməsi rəsmi Tbilisinin artıq bu istiqamətdə irəliləmək niyyətində olmadığını açıq şəkildə ortaya qoydu. Mərkəzin uzun müddət fəaliyyətsiz qalması, binanın baxımsız vəziyyətdə olması və ictimai diqqətdən kənarda qalması Gürcüstanın NATO ilə münasibətlərinin soyuqlaşdığını təsdiqləyirdi. Hakim “Gürcü arzusu” partiyasının bu mərkəzi ləğv etməsi artıq münasibətlərin formal səviyyədə bitdiyini göstərdi.

Gürcüstanın NATO ilə əlaqələrinin əsası 1990-cı illərin ortalarında qoyulub. SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan bu Cənubi Qafqaz ölkəsi Qərblə inteqrasiya yolunu seçdi. İlk ciddi siqnalı Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze verdi. Onun rəhbərliyi altında Gürcüstan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu. 1997-ci ildə ölkə Qüvvələrin Statusu Anlaşmasını ratifikasiya etdi və 1999-cu ildən etibarən sülhməramlı kontingentlərini Kosovodakı beynəlxalq qüvvələrə yardım üçün göndərdi. 2001-ci ildən başlayaraq Gürcüstan ərazisində çoxmillətli hərbi təlimlər təşkil olunmağa başlandı. 2002-ci ildə isə Gürcüstan rəsmi şəkildə NATO-ya üzv olmaq istədiyini bəyan etdi və Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı (IPAP) hazırlamaq niyyətini bildirdi.

Bu dövrdə Gürcüstan NATO ilə yaxınlaşmanı Rusiya və Qərb arasında manevr imkanı kimi görürdü. Qərblə əlaqələri genişləndirməyə çalışsa da, Moskva ilə açıq qarşıdurmadan yayınmağa çalışırdı. Lakin bu balans siyasəti uzun müddət davam etmədi. Eduard Şevardnadzenin istefası və 2004-cü ildə Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi ilə Gürcüstanın NATO və Qərblə inteqrasiyası daha da sürətləndi. M.Saakaşvili bu məsələyə təkcə siyasi istiqamət kimi deyil, milli strateji prioritet kimi yanaşdı. 2008-ci ildə keçirilmiş ümumxalq sorğusunda seçicilərin 77 faizi Gürcüstanın NATO üzvlüyünü dəstəklədi. Bu nəticə ölkə ictimaiyyətinin qərbyönlü meyillərinin və təhlükəsizlik ehtiyaclarının kollektiv müdafiə sistemi ilə əlaqələndirildiyini göstərirdi.

Lakin həmin il baş verən Rusiya–Gürcüstan müharibəsi bu arzuya ciddi zərbə vurdu. NATO müharibədən sonra Tbilisiyə üzvlüklə bağlı konkret tarix vermədi və vəziyyətin sabitləşməsini gözlədiyini bildirdi. Həmin vaxtdan etibarən Gürcüstan uzun illər gözləmə mövqeyində qaldı. Bu illər ərzində təkcə bəyanatlarla kifayətlənilmədi, konkret addımlar atıldı. Gürcüstan NATO-nun rəhbərlik etdiyi bir sıra beynəlxalq hərbi missiyalarda, o cümlədən Əfqanıstanda və İraqda fəal iştirak etdi, bu ölkələrdə itkilər verdi. NATO standartlarına uyğun islahatlar aparıldı, ikitərəfli hərbi əməkdaşlıqlar quruldu, ölkədə NATO təlimləri keçirildi. Lakin bütün bu səylərə və qurbanlara baxmayaraq, Gürcüstan arzuladığı strateji nəticəni əldə edə bilmədi. Zaman keçdikcə ictimai rəydə də dəyişikliklər hiss olunmağa başlandı. Hakimiyyətlər dəyişsə də, amma NATO xəyalı gerçəkliyə çevrilmədi.

2024-cü ildə NATO üzrə hazırlanan yekun hesabat Gürcüstan üçün vəziyyətin artıq beynəlxalq səviyyədə də dəyişdiyini ortaya qoydu. Həmin hesabatda Gürcüstan nə prioritet tərəfdaş kimi qeyd olunur, nə də onun üzvlüyə yaxınlaşması ilə bağlı ümidverici ifadələr yer alır. Bu, açıq şəkildə NATO-nun Gürcüstanı artıq gələcək planlarına daxil etmədiyini göstərdi. Belə bir vəziyyətdə NATO və Aİ İnformasiya Mərkəzinin bağlanması texniki və ya təsadüfi qərar deyil, Gürcüstan hakimiyyətinin tam şüurlu şəkildə verdiyi strateji qərardır. Bu addım həm daxili auditoriyaya mesaj vermək, həm də beynəlxalq ictimaiyyətə Gürcüstanın geosiyasi oriyentasiyasını dəyişmək niyyətində olduğunu göstərmək məqsədi daşıyır.

Hadisələrin bu fonunda Gürcüstan–Aİ münasibətlərində də gərginlik müşahidə olunur. Bu ittifaqın Gürcüstanın daxili işlərinə qarışması, bir sıra qanunların qəbuluna qarşı çıxması və parlament seçkilərinin təkrar keçirilməsi tələbi ikitərəfli münasibətlərə mənfi təsir göstərdi.

Hazırda Gürcüstan regionlararası balanslaşdırılmış diplomatiya kursunu seçə bilər. Bu kurs çərçivəsində ölkə həm Qərb, həm də Şərqlə eyni dərəcədə əlaqə saxlayaraq, daxili suverenlik və xarici təhlükəsizlik arasında tarazlıq yaratmağa çalışa bilər.

Beləliklə, bu dönüş nöqtəsi, sadəcə, xarici siyasət xəttinin uğursuzluğu kimi deyil, Gürcüstanın gələcək kimliyini müəyyən edəcək strateji seçim kimi qiymətləndirilə bilər. NATO-nun “açıq qapı” prinsipi Gürcüstan üçün artıq yalnız simvolik xarakter daşıyır. Eyni vəziyyət Aİ ilə münasibətlərdə də müşahidə olunur. Tbilisi bu qapıların arxasında çox dayandı, çox gözlədi. İndi isə görünür ki, artıq içəri dəvət olunmayacağını anlayıb və fərqli istiqamət seçmək qərarına gəlib.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri