Icma.az
close
up
RU
Tbilisi Qərbin təzyiqləri qarşısında duruş gətirəcək TƏHLİL

Tbilisi Qərbin təzyiqləri qarşısında duruş gətirəcək TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan hökuməti müstəqil siyasət yürütmək hüququna malikdir

ABŞ və Aİ təzyiqlərin əvəzinə konstruktiv dialoq və əməkdaşlıq yolunu seçsə,  Gürcüstanın inkişafına və regionun sabitliyinə daha çox töhfə verə bilər


Gürcüstanın baş naziri İrakli Kobaxidzenin "ölkənin Avropa Birliyinə üzvlük məsələsi 2028- ci ilədək  gündəmdən çıxarıldı və 2030-cu ildə danışıqlar bərpa olunacaq" bəyanatından sonra qonşu ölkədə siyasi gərginlik artıb.

Əslində parlament seçkilərindən əvvəl Gürcüstanda vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılırdı və belə də oldu. 

Xüsusən də, Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman  qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır.

Qarşıdan gələn  prezident seçkiləri ilə əlaqədar qərbyönümlü qüvvələrin ölkədə təxribatlara cəhd göstərəcəkləri istisna olunmur. Qərbin Gürcüstan hökumətinə göstərdiyi  ciddi təzyiqlər şübhəsiz ki, regionda sabitliyin pozulmasına xidmət edir. Bunlar son nəticədə təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnə bilər.

Siyasi ekspertlər isə hesab edir ki,  qonşu ölkədə  etirazların dalğası böyüsə də, iqtidar dəyişikliyi ehtimalı real görünmür. Bunu da həm etiraz aksiyasındakı mənzərə, həm də siyasi müstəvidəki vəziyyətlə əsaslandırırlar.

Həm də ki indi Tbilisidə təkcə gürcü xalqının seçimi yox, həm də Avropa İttifaqının regiondakı mövcudluğu, ümumilikdə geosiyasi müstəvidə “güc mərkəzi” olmaq perspektivi də həll edilir. Bu baxımdan, Avropa Tbilisidə hakimiyyət çevrilişi üçün bütün resurslarını işə salacaq.


Siyasi şərhçi Aqil Məmmədov isə "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda aksiya iştirakçılarının ölkənin əsas dəniz ticarət limanı olan Potiyə gedən yolu bağlaması regionda mühüm geosiyasi və iqtisadi nəticələr doğura bilər.  Onun sözlərinə görə, bu vəziyyət xüsusilə Çin-Avropa ticarət yollarının tənzimlənməsi baxımından diqqət çəkir:

 "Çin-Avropa ticarəti üçün OrtaDəhliz mühüm alternativ kimi çıxış edir. Bu dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən keçərək Avropaya uzanır. 2022-ci ildə Orta Dəhliz vasitəsilə 3,9 milyon ton yük daşınmış və bu rəqəm illik 20%-dən çox artımla yüksəlib. Bu statistik göstəricilər dəhlizin regional və qlobal iqtisadiyyatda nə qədər strateji əhəmiyyətə malik olduğunu sübut edir. Potidə limanın bloklanması isə bu ticarət marşrutunda gecikmələr və əlavə logistika xərcləri yaradacaq.

ABŞ-ın Çin ilə iqtisadi və geosiyasi rəqabəti fonunda, bu cür ticarət yollarının ləngiməsi Vaşinqtonun maraqlarına uyğundur. Çin  Bir Kəmər-Bir Yol təşəbbüsü ilə öz təsir dairəsini genişləndirməyə çalışarkən, ABŞ bu cür layihələrin qarşısını almaq və Avropa ilə Asiya arasında olan ticarət axınlarına təsir etməyə çalışır. Gürcüstandakı hadisələr yerli səviyyədə etiraz aksiyası kimi görünsədə, onların geosiyasi və iqtisadi baxımdan daha geniş təsirləri olacaq. Gürcüstanın öz maraqlarını qoruyaraq balanslı siyasət yürütməsi vacibdir. Orta Dəhlizdə uzunmüddətli ləngimələr həm regional sabitliyə, həm də qlobal ticarət əlaqələrinə ciddi zərbə vura bilər".


 A. Məmmədov həmçinin qeyd edib ki, ABŞ və Avropa İttifaqının Gürcüstanla strateji əlaqələri nəzərdə tutan müqavilələri dayandırması da rəsmi Tbilisiyə qarşı siyasi təzyiqdir:

 "Son günlər Tbilisidə baş verənlərlə, 2014-cü il Ukrayna Maydan hərəkatı arasında oxşarlıqlar mövcuddur. O dövrdə Qərbin siyasi müdaxilələri Ukraynanı uzunmüddətli qeyri-sabitliyə sürüklədi .2014-cü ildə Ukraynada hökumətin devrilməsi, daxili qarışıqlıq və ərazi itkiləri ilə nəticələndi. Krım itirildi, Luqansk və Donetskdə separatizm baş qaldırdı. Statistikaya görə, Maydan hadisələrindən sonra Ukraynanın iqtisadiyyatı 2014-2015-ci illərdə 16.5% azaldı və inflyasiya 43% həddinə çatdı. 2014-2015-ci illərdə qrivnanın dəyəri ABŞ dollarına nisbətdə təxminən 70% ucuzlaşdı.

2014-cü ildə Meydan hərəkatı ilə qızışan Rusiya-Ukrayna münasibətləri 2021-ci ildə açıq müstəviyə keçdi və hal-hazırda bu alov hər keçən gün daha çox fəlakətə səbəb olur. 

 Gürcüstanda oxşar bir vəziyyətin yaranması həm ölkənin, həm də regionun sabitliyini təhlükəyə ata bilər. Avroiteqrasiya Ukrayna və Gürcüstan timsalında xaosa inteqrasiya deməkdir. Bir daha qeyd edim ki, Gürcüstanda qeyri-sabitlik regionun ümumi iqtisadiyyatına da mənfi təsir göstərir. Bu böhranın uzanması  Qafqaz və Mərkəzi Asiya  ölkələrində iqtisadi geriləməyə səbəb ola bilər. Bu əsasən təchizat zəncirinin qırılması və yaxud marşurutda keçirilən müddətin uzanması və sərhəd keçid məntəqələrinin bağlanması fonunda baş verə bilər. Sözsüz ki, Gürcüstan hökuməti ölkənin sabitliyi və milli maraqları üçün müstəqil siyasət yürütmək hüququna malikdir. ABŞ və Aİ isə bu cür təzyiqlərin əvəzinə konstruktiv dialoq və əməkdaşlıq yolunu seçsə,  Gürcüstanın inkişafına və regionun sabitliyinə daha çox töhfə verə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri