Icma.az
close
up
RU
Qərbin “təşəbbüsləri” yenə iflas etdi COP29da maliyyə hədəfi razılaşdırıldı TƏHLİL

Qərbin “təşəbbüsləri” yenə iflas etdi COP29da maliyyə hədəfi razılaşdırıldı TƏHLİL

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakıda postsovet məkanında indiyə qədər təşkil edilmiş ən böyük beynəlxalq siyasi sammit - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla başa vurdu.
Nəzərə alaq ki, COP29, BMT Baş Konfransından sonra dünya liderlərinin ikinci ən böyük illik toplantısıdır. Bu tədbirdə qəbul edilən qərarlar təkcə hansısa ölkənin yox, bəşəriyyətin düzənini dəyişdirir. Təsadüfi deyil ki, noyabrın 11-də başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatmaq üzrədir.
Konfransın davam etdiyi 12 gün ərzində dünya ölkələrinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri Bakıda bir araya gələrək bütün bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyinin həlli yollarını müzakirə etdilər.
Sonda isə istənilən nəticə əldə olundu. Belə ki, ötən gün Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.
Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.  Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur. 
Təbii ki, bu, çox böyük uğurdur. Məsələn, son iclasda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş məmnunluqla bildirib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır:
“Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.
Bu razılaşma heç də asan olmadı.

Çünki, inkişaf etmiş ölkələrin bir çoxu COP29-un Bakıda keçirilməsinə qarşı idi. Bunun da tək səbəbi rəsmi Bakının qətiyyəti və prinsipiallığıdır. Nəzərə alaq ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə çox böyük uğurlara imza atmışdı. Sivilizasiyanı müharibələrdən və qarşıdurmalardan qurtarmaq üçün mühüm qərarların təşəbbüskarı olmuşdu.
Ona görə də bir çox ölkələr Qoşulmama Hərəkatından daha böyük platforma olan COP29-un Azərbaycanda keçirilməsini qətiyyən istəmirdi. Əsasən də bəzi Qərb dövlətləri bilirdi ki, atmosferə ən çox zərər vuran inkişaf etmiş ölkələrin üzərinə ev sahibi kimi Azərbaycan qətiyyətlə gələcək. Bu da qlobal güclərin iqtisadi-siyasi maraqlarına qətiyyən uyğun gəlmirdi.
Bundan əlavə COP kimi nəhəng tədbirə ev sahibliyi etmək iqtisadi və siyasi güc deməkdir.
Nəzərə alaq ki, bu vaxtadak COP-a ev sahibliyi edən ölkələrin iqtisadi imkanları Azərbaycanın iqtisadi potensialından daha böyük idi. Etiraf edək ki, Azərbaycanın ÜDM-u 28 COP-a ev sahibliyi edənlərin ÜDM-ları ilə müqayisədə çox kiçikdir. Ən əsası isə Azərbaycanın sivilizasiyanın xoşbəxt gələcəyi üçün etdiyi təşəbbüslər və göstərdiyi qətiyyət böyük dövlətləri əsaslı şəkildə qorxuya salırdı. Tək bir faktı deyək ki, Azərbaycanın neokolonializmə qarşı mübarizəsi müstəmləkəçilikdən əziyyət çəkən bütün dövlətlərin böyük dəstəyini və rəğbətini qazanıb. Kiçik və yoxsul dövlətlər ümid yeri kimi artıq Qərbə yox, Azərbaycana baxır. Bu isə nə ABŞ, nə də digər Qərb ölkələri üçün arzuolunan deyildi.
Azərbaycana qarşı birlik necə formalaşdı?
Yada salaq ki, 2023-cü ildə Dubayda keçirilən COP28 konfransında ABŞ və Avropa Birliyi növbəti konfransın Aİ üzvü olan ölkələrin birində keçirilməsinə çalışırdı. Lakin Azərbaycanin ev sahibi olmaq təşəbbüsü və bunun üçün Dubayda apardığı uğurlu diplomatik fəaliyyət Qərbin planlarını pozdu. Ədalət naminə deyək ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvü Rusiyanın veto hüququ və qətiyyətlə Azərbaycanın namizədliyini dəstəkləməsi Qərbi çıxılmaz vəziyyətdə qoydu.
 

Beləcə, dünya ölkələrinin bir araya gəldiyi nəhəng COP29-un Bakıda keçirilməsinə qərar verildi. Amma bədnam qüvvələr yenə dayanmadı. ÇOP29-un Bakıda təşkilini pozmaq üçün müxtəlif vasitələrə əl atdılar. Və hətta təxribatlardan belə çəkinmədilər. Belə ki, ABŞ, Fransa və digər dövlətlər çalışdı ki, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etsinlər. Bunun üçün hətta Ermənistana görünməmiş ölçüdə hərbi və siyasi dəstək verdilər. Və Beynəlxalq ictimaiyyətdə qorxu yaratmağa çalışdılar ki, bu ərəfələrdə Azərbaycana səfər etmək təhlükəlidir.


Guya ki, Azərbaycana səfər edən ixtiyari şəxs hər an qəfil raket zərbəsinə tuş gələ bilər. Bu fikri gücləndirmək üçün ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında özünün patronajlığını gücləndirmək istədi. Bununla da regionda və beynəlxalq aləmdə digər “vacib” məsələyə - iki ölkə arasında sülhə yönəltməyə çalışdı. Bununla da rəsmi Vaşinqton həm də onu göstərmək istədi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayınca Cənubi Qafqazda hansısa qlobal tədbirin keçirilməsi çox təhlükəlidir.
Azərabaycana qarşı çirkin kampaniyada ABŞ tək deyildi. Fransa, Niderland və digər dövlətlər də bu çirkin kampaniyaya qoşulmuşdu.
Bəs, bu “birliyin” digər səbəbləri hansılar idi?
Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Amma sonda onu demək istəyirik ki, COP29 konfransı çox böyük uğurla keçdi. Bu barədə dünya ölkə liderləri ağız dolusu danışdı və xoş fikirlər səslənməkdə davam edir. Ən əsası COP29-da inkişaf etmiş ölkələr üçün yeni maliyyə öhdəlikləri müəyyən edildi.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri