Icma.az
close
up
RU
Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 6 noyabr, AZƏRTAC

Tbilisidə “Era Teatrı” tərəfindən “Koordinat 44” adlı yeni tamaşanın premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatitəsi bir dəqiqlik sükutla yad edilib, Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyə, Türkmənistan və Qazaxıstanın Gürcüstandakı səfirləri, diplomatik korpusun nümayəndələri, şəhid ailələrinin üzvləri, Gürcüstan parlamentinin deputatları, Qarabağ müharibəsi veteranları, din və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşanın təqdimatı zamanı səhnədə quraşdırılmış ekranda 44 günlük Vətən müharibəsini, Qələbəmizi, eləcə də Qələbədən sonra keçirilən hərbi paradı, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərini əks etdirən foto və video kadrlar nümayiş etdirilib.

Azərbaycanın Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunan tamaşa Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə səhnəyə qoyulub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edib. O deyib ki, Zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək Qələbənin əsasını təşkil edib. Səfir bildirib ki, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri yazılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkənin suverenliyi və milli qüruru təmin edilib.

F.Quliyev vurğulayıb ki, Azərbaycan bayrağının Qarabağın hər guşəsində dalğalanması və dövlət suverenliyinin tam bərpası xalqda böyük qürur hissi doğurur. Diplomat qeyd edib ki, Zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. F.Quliyev çıxışında Azərbaycanın bundan sonra da öz təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacağını bildirib. Vurğulayıb ki, Azərbaycan heç bir ölkənin ərazisinə və xalqın haqqına iddia etmir, lakin ölkənin təhlükəsizliyinə qarşı hər hansı təhdidə yol verilməyəcək. O, Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldığını xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri çərçivəsində yeni infrastruktur obyektlərinin təməli qoyulub, mühüm inkişaf layihələrinin icrasına start verilib. Ötən altı il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanıb, şəhər və kəndlər bərpa olunur, müasir yollar, məktəblər və mədəniyyət ocaqları tikilir.

Səfir şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışıb. Bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, eləcə də şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunması istiqamətində Azərbaycanın Gürcüstandakı səfirliyi də öz səlahiyyətləri çərçivəsində mütəmadi iş aparır. Səfir vurğulayıb ki, Gürcüstanda həlak olmuş azərbaycanlı şəhidlərin adları Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub və onların xatirəsinin yaşadılması müqəddəs borcdur.

Onun sözlərinə görə, bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib, yeni təşəbbüslər üzrə işlər isə davam etdirilir.

F.Quliyev bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə təkcə ölkəmizin deyil, bütün Türk dünyasının qələbəsidir. O, tədbirdə iştirak edən Türkiyə və Qazaxıstanın Gürcüstandakı səfirlərinə də xüsusi təşəkkürünü bildirib və onların iştirakını xalqlar arasında dostluq və qardaşlığın təzahürü kimi qiymətləndirib.

Diplomat Vətən müharibəsi dövründə Gürcüstanın nümayiş etdirdiyi dostluq və həmrəyliyi də minnətdarlıqla xatırladıb.

Qeyd edib ki, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələri dövründə Gürcüstanda yaşayan soydaşlarımız böyük həmrəylik nümayiş etdiriblər. Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyaları keçirib, ərzaq məhsulları, tibbi ləvazimatlar və maddi yardımlar toplayaraq Azərbaycana göndəriblər.

Tükiyənin Gürcüstandakı səfiri Mustafa Türər Arı, tamaşanın rejissoru və "Era Tetrı"nın bədi rəhbəri Anar Raforoğlu çıxış edərək fikirlərini bölüşüblər.

Sonra tamaşanın premyerası olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri