Tbilisidə rusiyalı idmançılara kəskin etiraz olundu
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən qılıncoynatma üzrə dünya çempionatında Rusiya millisinin iştirakı kəskin etirazla qarşılanıb.
Teleqraf xəbər verir ki, sablyaçıların mübarizəsi zamanı üç nəfər narazılığını bildirib.
Gürcüstan polisi onları zorla arenanın ərazisindən uzaqlaşdırıb.
Bundan başqa, naməlum şəxslər Rusiya nümayəndə heyətinin qaldığı otelin yaxınlığında fişəng partladıblar və "Bu gün fişəng, sabah qrad" yazılmış banner asıblar.
Qeyd edək ki, dünya çempionatı iyulun 30-dək davam edəcək. Rusiya qılıncoynadanları mundialda neytral statusda mübarizə aparırlar.
Bu mövzuda digər xəbərlər:Rusiyalı idmançılar Tbilisidə etiraz aksiyası ilə qarşılanıb
27 İyul 2025 23:34
Tbilisidə etiraz aksiyası
10 Dekabr 2024 22:08
Tbilisidə rusiyalı öldürüldü: Ermənistan vətəndaşı saxlanıldı
29 Avqust 2026 10:02
Tbilisidə növbəti etiraz aksiyası
21 Dekabr 2024 21:39
Tbilisidə etiraz aksiyası keçirilir
28 Noyabr 2024 21:55
Baxış sayı:126
Bu xəbər 27 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















