Tbilisidə rusiyalı öldürüldü: Ermənistan vətəndaşı saxlanıldı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Tbilisinin mərkəzində Rusiya vətəndaşını öldürməkdə şübhəli bilinən Ermənistan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən “Gürcüstan Online” məlumat yayıb.
Məlumata görə, iki xarici ölkə vətəndaşı arasında münaqişə baş verib. Münaqişə zamanı onlardan biri digərinə soyuq silah və küt alətlə xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb.
Yaralı şəxs hadisə yerində ölüb.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, şübhəlinin şəxsiyyəti əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib və o, saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə istifadə edildiyi ehtimal olunan aləti də götürüblər.
Qeyd edək ki, daha əvvəl qətlin Tbilisinin mərkəzində, Baratşvili parkı ərazisində baş verdiyi bildirilmişdi. Məlumata görə, saxlanılan şəxsin təxminən 60 yaşı var.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Həmin maddə ilə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Avqust 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















