Tbilisidə Azərbaycan Ermənistan danışıqları müzakirə olundu
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında görüş keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstandakı daxili siyasi vəziyyət və cari proseslər, bu ilin payızında keçiriləcək yerli seçkilər, Avropa İttifaqına inteqrasiya və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Əsas müzakirə mövzularından biri Gürcüstanın ATƏT ilə əməkdaşlığı olub. N.Samxaradze Gürcüstanın təşkilatın fəal üzvü olduğunu qeyd edib.
Regional təhlükəsizlik məsələlərinə də toxunan tərəflər davam edən Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar və onların regional təhlükəsizliyin və sabitliyin təminatı prosesində əhəmiyyətini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















