Icma.az
close
up
RU
Tbilisidəki etirazlara azərbaycanlılar da qoşulub? Gürcüstandan AÇIQLAMA

Tbilisidəki etirazlara azərbaycanlılar da qoşulub? Gürcüstandan AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, “Gürcü arzusu” 64 bələdiyyənin hamısında 80%-dən çox səs qazanaraq qalib gəlib.

Seçki məntəqələri bağlandıqdan sonra Tbilisidə vəziyyət gərginləşib. Aksiya iştirakçılarının bir hissəsi Prezidentin iqamətgahına basqın ediblər. Polislə etirazçılar arasında toqquşma yaşanıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Son dörd il ərzində Gürcüstan ərazisində beşinci dəfə "Maydan" təşkil etməyə cəhd olunub. "Dörd il ərzində radikallar artıq beş dəfə hakimiyyəti devirməyə, “Maydan” qurmağa cəhd etdilər. Amma hər dəfə də uğursuzluğa düçar oldular", - o qeyd edib. Avropa İttifaqı (Aİ) vəziyyətdən narahatlıq ifadə edib və tərəfləri dialoqa çağırıb.

Mitinqlərdə azərbaycanlıların da iştirak etdiyi barədə xəbərlər yayılıb.

Modern.az-aaçıqlamasında Gürcüstanda yaşayan azərbaycanlı fəal Elvin Tağıyev bildirib ki, soydaşlarımız aksiyalarda iştirak etsələr də, təxribatlara getmirlər:

“Aksiyalara qoşulan fəal gənclər də var, qoşulmayanlar da. Bu, fərdi qaydada dəyişir. Ümumi götürsək, etiraz aksiyalarına qoşulan azərbaycanlıların sayı təbii ki, nisbətən azlıq təşkil edir. Məlum olduğu kimi soydaşlarımız əsasən şəhərdən kənarda - kəndlərdə və rayonlarda yaşayırlar. Şəhərə davamlı şəkildə aksiyalar üçün gəlmirlər. Partiya üzvlərindən, dəstəkçilərindən müəyyən qism şəxslər aksiyalara qoşulurlar. Eyni zamanda şəhərdə yaşayan tələbələr, Avropayönümlü siyasəti dəstəkləyən gənclər aksiyalara qatılırlar. Onlar dinc şəkildə aksiyalarda iştirk edirlər Amma bəzən təxribat xarakterli hərəkətlər olur, bunu əvvəlcədən bilmək olmur. Hələki bizim gənclər o qədər təxribatlara qarışmırlar.  Onlar nə qədər olmasa da, özlərini ələ alırlar".

E.Tağıyev müxalifətin seçkiyə kifayət qədər hazırlaşmadığını düşünür:

"Parlament seçkisi bundan əvvəl baş tutmuşdu. Artıq "Gürcü Arzusu" partiyası hökumətə seçilib. Bələdiyyə seçkilərində kim udsa və ya uduzsa da, hökumət dəyişmir, “Gürcü Arzusu” hakimiyyətdə qalır. Ancaq ümumilikdə seçkilərin nəticəsi artıq bəllidir. “Gürcü Arzusu” hökumət olaraq Bələdiyyə seçkisində çox üstün oldu və qələbə qazandı. Müxalifətin nəticələri aşağı olub, bu da mən düşünürəm ki, onların seçkiyə elə də hazırlaşmamaları ilə bağlıdır. Onlar kifayət qədər siyasi iradə göstərməmişdi. İnsanlar bir tək seçim olaraq, iqtidarın partiyası olduğuna görə "Gürcü Arzusu"nun namizədlərinə səs verdilər. Yerli bələdiyyələrdə də hər kəs tanıdığı namizədləri dəstəkləyirlər. Müxalifətin müəyyən namizədləri olsa da, təəssüf  ki, cəmiyyət onları yaxından tanımaq imkanı əldə etməmişdilər.  Bu namizədlərin kim olduqları, nələr vəd etdikləri barədə o qədər də geniş  məlumata malik olmadığına görə insanlardigər partiyalara elə də dəstək verməmişdilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri