TBMM komitə sədri Ankaranın Suriyada baş verənlərlə əlaqədar əsas gözləntilərini açıqlayıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyada baş verənlər bütün dünyanın gözü önündədir.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
Fuat Oktay bildirib ki, 2013-cü ildən daxili savaş davam edir: “Astana prosesi ilə biz bu prosesə daxil olmuşduq. Daxili savaşın sakitləşməsi, köçün dayanması üçün Rusiya, İran və Türkiyə bu prosesə daxil olmuşdu. Əsəd hakimiyyəti Astanada razılaşmasına uyğun olaraq yenidən münaqişənin başlamaması üçün lazım olan həssaslığı qorumadı. Münaqişələr və hücumlar artdı, Astana prosesi davam etdirilə bilməyəcəyi bir yola gəldi. Suriyada proseslərin necə nəticələnəcəyini heç kim bilmir. Terror təşkilatları baş verənləri fürsətə çevirir. Türkiyə olaraq biz buna əsla icazə verməyəcəyik. Köçü təkrar hərəkətləndirməyəcək, əskinə, Türkiyədə olanlar da daxil hər kəsin evinə dönə biləcəyi bir yol izləyirik. Ümid edirik ki, ən qısa zamanda orada bir sabitlik yaradılar. Görünən mənzərə Suriya hələ sülhdən uzaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















