Icma.az
close
up
RU
Suriyada yeni oyun: Ankaranın planını kim və niyə pozur?

Suriyada yeni oyun: Ankaranın planını kim və niyə pozur?

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərdəarxası planlar və geosiyasi hesablar...

Suriyada son günlər müşahidə olunan gərginliyin artması təsadüfi deyil və bunu yalnız lokal təhlükəsizlik insidentləri kimi qiymətləndirmək yanlış olardı. Proseslərin arxasında bir neçə paralel plan və regional–qlobal maraqların toqquşması dayanır. Əsas məqsəd isə bölgədə formalaşmaqda olan yeni balansı pozmaq və Suriyanın post-müharibə mərhələsində sabitliyə doğru irəliləməsinin qarşısını almaqdır.

“Terrorsuz Türkiyə” strategiyasına zərbə cəhdi

Mürəkkəbləşmənin birinci və ən vacib səbəbi Ankaranın irəli sürdüyü “Terrorsuz Türkiyə” konsepsiyasını və PKK/YPG/PYD terror xəttini regiondan birdəfəlik çıxarmaq planını pozmaq cəhdləridir. Bu strategiya təkcə Türkiyənin milli təhlükəsizliyi üçün deyil, bütövlükdə Suriyanın ərazi bütövlüyü və Yaxın Şərqdə uzunmüddətli sabitlik baxımından ciddi əhəmiyyət daşıyır.
Lakin bu plan bir sıra regional və regiondankənar güclərin maraqlarına uyğun gəlmir. Həmin aktorlar uzun illər PKK/YPG/PYD terror strukturundan geosiyasi və geoekonomik alət kimi istifadə ediblər. Bu təşkilat vasitəsilə Türkiyəyə təzyiq göstərmək, Ankaranı zəiflətmək, daxili böhranlara sürükləmək və bölgədə öz şərtlərini diktə etmək mümkün olub. Belə bir “kartın” əldən çıxması həmin qüvvələri ciddi şəkildə narahat edir.

Türkiyənin Suriyada artan rolu və narahatlıq yaradan balans

İkinci mühüm amil Türkiyənin Suriyada Əsəd rejimindən sonrakı mərhələdə daha dominant aktora çevrilməsi perspektividir. Ankara Suriyanın vahidliyinin qorunması, dövlət institutlarının bərpası və təhlükəsizlik arxitekturasının formalaşdırılmasında hərbi və siyasi güc kimi çıxış edir. Bu isə müəyyən dairələr tərəfindən qəbul edilmir.

Dəməşq yeni mərhələdə ölkənin bütövlüyünü qorumaq və daxili həmrəyliyi təmin etmək üçün etnik və dini qruplarla dialoqa getmək, mərkəzi hakimiyyətə etimad yaratmaq xəttini seçib. Türkiyə bu prosesdə həm təhlükəsizlik təminatçısı, həm də siyasi vasitəçi kimi aktiv rol oynayır. Məhz bu aktivlik bəzi regional oyunçuların planlarını alt-üst edir.

SDG ilə razılaşma və sabotaj cəhdləri

Dəməşq hökumətinin kürdləri təmsil edən SDG ilə danışıqlara gedərək müəyyən razılaşma əldə etməsi Suriyada sabitlik üçün mühüm addım idi. Lakin kənar qüvvələr bu razılaşmanın, xüsusilə də Ankaranın prosesdə aktiv iştirakı ilə real nəticə verməsinin qarşısını almağa çalışırlar.
Son günlər Hələbdə SDG/YPG/PYD qüvvələri ilə baş verən qarşıdurmalar və Suriya ordusunun onlara qarşı məhdud hərbi əməliyyat keçirməsi məhz bu sabotaj cəhdlərinə verilən sərt mesaj kimi dəyərləndirilməlidir. Dəməşqin qətiyyətli mövqeyi və Ankaranın koordinasiyalı səyləri nəticəsində bu planın genişlənərək bütün Suriyanı əhatə etməsinə imkan verilmədi. Beləliklə, hazırkı mərhələdə bu ssenari iflasa uğradı.

Köhnə metodlar, yeni oyunlar

Bununla belə, təhlükənin tam aradan qalxdığını demək tezdir. PYD təmsilçisi Salih Müslimin son açıqlamaları göstərir ki, həmin qüvvələr öz məqsədlərinə çatmaq üçün növbəti mərhələdə yeni oyunlara əl ata bilərlər. Bu, artıq sınaqdan çıxarılmış metodlardır.

Əvvəllər də Suriyada daxili parçalanmanı dərinləşdirmək üçün druzlarla hökumət qüvvələri arasında toqquşmalar yaradılıb, dini və milli zəmində gərginlik qızışdırılıb, məscidlərdə partlayışlar törədilib, nüsayrilərin yaşadığı bölgələrdə məqsədli destabilizasiya cəhdləri edilib.
Bu hadisələrin hamısı süni şəkildə idarə olunan xaos yaratmaq və Suriyanın mərkəzi hakimiyyət ətrafında toparlanmasının qarşısını almaq məqsədi daşıyıb.

Sabitlik asan olmayacaq, amma  proses Ankaranın nəzarətindədir

Bütün bunlar onu göstərir ki, Suriyada qısa müddətdə tam sabitliyin bərqərar olacağından danışmaq hələ tezdir. Proseslər mürəkkəbdir və çoxsaylı aktorların maraqları toqquşur. Bununla belə, sabitliyə doğru real səylər mövcuddur və bu səylərin mərkəzində Ankara dayanır.
Hesab etmək olar ki, Türkiyə bölgədə oynanan oyunları doğru oxuyur və adekvat addımlar atır. Həm hərbi, həm diplomatik, həm də təhlükəsizlik müstəvisində atılan addımlar Suriyada parçalanma ssenarilərinin qarşısını almağa yönəlib. Qarşıdakı dövrdə də oxşar təxribatların istisna olunmadığı şəraitdə məhz bu çevik və praqmatik yanaşma bölgənin taleyini müəyyən edəcək əsas faktorlardan biri olacaq.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri