Icma.az
close
up
RU
TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb

TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyası 2025-ci il üçün üzvlük haqlarını müəyyənləşdirib.

“Report” xəbər verir ki, Assosiasiyaya üzvlük çərçivəsində giriş haqqı yalnız bir dəfə ödənilir və daimi üzvlər üçün 20 min ABŞ dolları, assosiativ üzvlər üçün 10 min ABŞ dolları, fərdi üzvlər üçün 10 min ABŞ dolları təşkil edir.

İllik üzvlük haqqı daimi üzvlər üçün 70 min ABŞ dolları, assosiativ üzvlər üçün 22,48 min ABŞ dolları, fərdi üzvlər üçün 17,984 min ABŞ dolları müəyyən edilib.

Qeyd edək ki, TBNM Beynəlxalq Assosiasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində yüklərin daşınmasında iştirak edən tərəflərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılıb. Assosiasiya marşrut üzrə daşımaları optimallaşdırmaq üçün informasiya dəstəyi göstərir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin formalaşdırılmasına və effektiv logistik həllərin təmin olunmasına kömək edir. O, eyni zamanda, Orta Dəhlizə coğrafi baxımdan birbaşa daxil olmayan ölkələrin iştirakını da təşviq edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz Çin və Avropa arasında yükdaşımaları təmin edən beynəlxalq nəqliyyat arteriyasıdır. Marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Şərq və Qərb arasında mühüm ticarət bağlantısı yaradır.

TBNM Beynəlxalq Assosiasiyasının daimi üzvləri arasında "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Aktau Dəniz Ticarət Limanı” SC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, "Gürcüstan Dəmir Yolu” SC, "TCDD Transportation” JSC (Türkiyə), "Ukrzaliznitsya” SC (Ukrayna) və digər tərəfdaşlar var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri