Icma.az
close
up
RU
TDT beynəlxalq səviyyədə mühüm geosiyasi aktora çevrilməkdədir ŞƏRH

TDT beynəlxalq səviyyədə mühüm geosiyasi aktora çevrilməkdədir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının oktyabrın 7-də Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin və institusionallaşmasının yeni müstəviyə keçdiyini nümayiş etdirdi. “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Zirvə Görüşündə liderlərin səsləndirdiyi fikirlər, verdiyi mesajlar və qəbul edilən Qəbələ Bəyannaməsi birliyin gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, artıq TDT Avrasiya məkanında təkmilləşdirilmiş institusional arxitekturası olan, işlək maliyyə mexanizmləri fonunda rəqamsal gündəm formalaşdıran və nəqliyyat-logistika imkanları genişlənən bir güc mərkəzinə çevrilir. “Birliyimiz Mərkəzi Asiyadan Şərqi Aralıq dənizinə və Balkanlara qədər geniş coğrafiyanı əhatə edir. TDT-də hər bir ölkənin öz rolu və funksiyası var. Qardaş Türkiyə böyük iqtisadiyyatı və inkişaf etmiş texnoloji imkanları, Qazaxıstan zəngin təbii resursları, Azərbaycan enerji istehsalı və qovşağı, Özbəkistan, Türkmənistan və Qırğızıstan enerji və qiymətli torpaq elementləri, Şimali Kipr və Macarıstan isə üstün coğrafi mövqeyi ilə təşkilatın güclənməsində vacib rol oyanyır. Bütün bu faktorlar Türk dünyasının vahid məkan kimi qlobal arenada yüksəlişini təmin edir. Bu mənada Qəbələ görüşü türk dövlətlərinin siyasi birliyinin və qarşılıqlı etimadın təcəssümüdür. Görüş zamanı Prezident İlham Əliyevin sülh, əməkdaşlıq, həmrəylik və inteqrasiya yönümlü çıxışı, eyni zamanda, digər dövlət rəhbərlərinin birlik mesajları onu deməyə əsas verir ki, TDT artıq regional platformadan çıxaraq beynəlxalq səviyyədə mühüm geosiyasi aktora çevrilməkdədir. Bu görüş ölkələrimiz arasında siyasi koordinasiyanın yeni mərhələsini açdı və qəbul edilən qərarlar fonunda təşkilat vahid mövqe ortaya qoydu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün təkcə enerji və iqtisadi sahədə deyil, həm də Türk dünyasının gələcəyinə istiqamət verən strateji təşəbbüslərin qəbulu və siyasi inteqrasiyanın dərinləşməsində aparıcı mövqeyə malikdir”,- deyə G. Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Qəbələ Zirvəsinin mühüm istiqamətlərindən biri də məhz iqtisadi əməkdaşlığın gücləndirilməsi olub. “Təsadüfi deyil ki, TDT-yə üzv ölkələr bu gün dünya enerji bazarında, tranzit-logistika maşurtlarında mühüm üstünlüyə malikdir. Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı enerji-nəqliyyat layihələri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu kimi təşəbbüslər və Zəngəzur dəhlizinin əhəmiyyəti görüş zamanı bir daha önə çəkildi. Bu təşəbbüslər Türk dünyasının coğrafi üstünlüklərini vahid logistik sistemdə birləşdirərək Avropa-Asiya xəttində ən qısa və təhlükəsiz nəqliyyat keçidləri formalaşdırır. Heç kimə sirr deyil ki, bu gün Avropanın enerji təlabatı və təhlükəsizliyi Avropa Birliyi üçün ən aktual mövzulardan biridir. Xüsusilə Ukrayna müharibəsinin yaratdığı risklər avropalıları alternativ mənbələr tapmağa sövq edir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi enerji resursları zəngin dövlətlər önə çıxır və bu da öz növbəsində TDT-nin Avropa ilə yaxınlaşmasına vəsilə olur. Nəticə etibarilə TDT-nin Dövlət Başçılarının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının gələcək perspektivlərinin və strategiyasının təməl daşlarından biri kimi tarixə düşdü. Bu görüş TDT-nin vahid siyasi iradəsini bir daha nümayiş etdirdi”, - deyə o diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri