Icma.az
close
up
RU
TDT dövlətlərinin ÜDM in həcmi 594 milyard dollara çatıb

TDT dövlətlərinin ÜDM in həcmi 594 milyard dollara çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 iyun, AZƏRTAC

Qlobal qeyri-müəyyənlik fonunda Türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında qeyd olunub.

Məlumata görə, orta hesabla 5,04 faiz iqtisadi artım qeydə alan Türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2,3 faizlik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13,1 faiz, Özbəkistan 6,8 faiz, ŞKTR 6,4 faiz, Türkmənistan 6,3 faiz, Qazaxıstan 5,6 faiz artım nümayiş etdirib, Türkiyə və Azərbaycanda isə müvafiq olaraq 2 faiz və 0,3 faiz səviyyəsində artım qeydə alınıb. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0,2 faiz) müşahidə olunub.

Ticarət sahəsində də güclü göstəricilər qeydə alınıb: TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369,3 milyard dollara çataraq qlobal ticarətin 4,4 faizini təşkil edib (WTO, UNCTAD, 2025). Bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çoxdur. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olub.

Sektorlar üzrə göstəricilər də diqqətəlayiq olub. Qırğızıstanın kənd təsərrüfatı istehsalı 17 faiz artıb ki, bu da suvarma infrastrukturunun genişləndirilməsi və subsidiyalar hesabına gerçəkləşib. Özbəkistanda ərzaq məhsullarının istehsalı 7,4 faiz artıb, aqro-ixrac genişlənib. Qazaxıstan taxıl ixracını 22 faiz artıraraq Çin və Türkiyə ilə ərzaq təhlükəsizliyi əməkdaşlığını gücləndirib.

Sənaye sahəsində Türkiyədə artım əsasən avtomobil və maşınqayırma sektorlarında baş verib. Özbəkistanda yüngül sənaye və tekstil sektorunda ikirəqəmli artım qeydə alınıb, bu artıma re-eksport fəaliyyəti və xarici investisiyalar töhfə verib. Azərbaycanda qeyri-neft sənayesi 4.1 faiz artaraq emal sənayesi və tikinti materialları üzrə inkişafla seçilib. Nəqliyyat və logistika sahəsində də irəliləyişlər olub, Bakı Limanı Orta Dəhliz üzrə konteyner axınını əhəmiyyətli dərəcədə artırıb, Özbəkistan isə yeni multimodal logistika mərkəzi istifadəyə verib.

Rəqəmsal transformasiya sahəsində də irəliləyişlər müşahidə edilib. Özbəkistan İKT islahatlarını sürətləndirib, Qırğızıstan isə əsas şəhərlərdə “Safe City” sistemlərini pilot mərhələdə tətbiq edib.

Hesabat dövründə Qazaxıstan 7 milyard dollardan çox xarici investisiya cəlb edib, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90 faizə yaxın artım göstərib, ŞKTR-də bank aktivləri 43 faiz artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17 faiz yüksəlib.

Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olub. Özbəkistan isə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Bişkek 2025-ci il üçün “Rəqəmsal Paytaxt” elan edilib (OTS, UNEP).

Bütövlükdə, Türk dövlətləri strateji dəhlizlər, yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlıq, artan inteqrasiya və qlobal dəyər zəncirlərində rolunu artırır. “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində region dayanıqlı inkişaf, ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolu artırmaq istiqamətində sadiqliyini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri