Icma.az
close
up
RU
TDT nin alternativ gücün episentri kimi meydana çıxması diqqətəlayiqdir ŞƏRH

TDT nin alternativ gücün episentri kimi meydana çıxması diqqətəlayiqdir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü qlobal strateji şəkillənmədə bu təşkilatın güc balansını dəyişə bilmək mənzərəsini canlandırdı. Bu, xüsusilə Prezident İlham Əliyevin çıxışında özünü açıq şəkildə göstərdi. Dövlətimizin başçısı ipdən asılı olan beynəlxalq təhlükəsizlik arxitekturası fonunda TDT-nin güc olmaq istiqamətləri üçün mövcud olan resursları qeyd etdi və perspektiv vizyon üçün tezislər ortaya qoydu. Bu baxımdan da dünyada hətta bir blok altında olan dövlətlər arasında fikir ayrılıqlarının yarandığı zamanda TDT-nin alternativ gücün episentri kimi meydana çıxması diqqətəlayiqdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyev artıq TDT-ni koalisiya kimi görür və bu baxımdan onun hərbi komponentlərinin təkmilləşdirilməsi ideyasını irəli sürür: “Ona görə də, dövlətimizin başçısı TDT-nin üzvləri arasında birgə hərbi təlimlərin keçirilməsini vacib sayaraq uzunmüddətli strategiya üçün vahid güc mərkəzi olmaq ideyasını irəli sürür. Bu, dünya güclərinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının (ABŞ), Böyük Britaniyanın və Çinin TDT ilə uzunmüddətli konstruktiv əlaqələr quraraq geostrateji nəticələr əldə etmək perspektivinə də işıq salır. Çünki TDT-nin güc mərkəzi kimi yüksəlişi üçün lazım olan iqtisadi, siyasi və hərbi resurslarla yanaşı, onun supergüclərlə əlaqələri də xüsusi önəm kəsb edir. İndi TDT-yə geostrateji diqqətin artması həmin prosesi sürətləndirərək eksklüziv şanslar təqdim etməkdədir. Prezident İlham Əliyev bu fürsətləri yaxşı qiymətləndirir və TDT-nin vahid güc kimi meydanda qalmasının zəruriliyini vurğulayır. Bu, TDT-nin Mərkəzi Asiya və Cənubi Qafqazla bərabər, Yaxın Şərq, Avropa, Afrika regionlarındakı yüksəlişini təmin edən məqamdır. Digər tərəfdən TDT-nin qlobal güc olmaq üçün çərçivələrin müəyyənləşdirilməsi onun bir neçə regionda assimetrik maraqlar qura bilmək strategiyasını şərtləndirir. Ona görə də, TDT-nin özünəməxsus maraqları var və gələcəkdə onun təzahürləri daha çox regionda əks olunacaq. Onun geosiyasətlə bağlı ölçüləri hazırda, əsasən, Çinlə uyğunlaşdırılır. Ona görə ki, Çin də alternativ və eksklüziv geosiyasi imkanlar qazanan güc mərkəzi kimi beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Bu amil TDT ilə Çinin müştərək maraqlarının mövcud vəziyyətindən irəli gələrək gələcək strategiya qurmasına imkan yaradacaq. Çinin TDT coğrafiyası üzrə layihələri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bu məqsədləri genişləndirməyə yol açır. Maraqlıdır ki, Çinin dəhlizlər üzərindən yürütdüyü qlobal strategiyaya qarşı olan ABŞ, nədənsə, Pekinin önəm verdiyi Zəngəzur dəhlizinin açılmasında yer alacaq. Bu, amil Orta Dəhlizin mühüm seqmentinə çevrilmək potensialında olan Zəngəzur dəhlizində ABŞ ilə Çinin maraqlarının yaxınlaşmasını stimullaşdıra bilər. Zəngəzur dəhlizi TDT-nin maraqlarının yüksəlişində strateji element kimi çıxış etdiyindən demək olar ki, Prezident İlham Əliyev vahid güc ideyasını bu kontekstdən də önə çəkir”, - deyə siyasi şərhçi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri