TDT nin Baş katibi: Sülh Sammitinin Fələstin və İsrail xalqlarının sülh içində yaşamasını təmin etməsini arzulayıram
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 14 oktyabr, Günel Karatepe, AZƏRTAC
Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin diplomatik səyləri nəticəsində əldə edilən atəşkəsin ardından Oktyabrın 13-də dünya liderlərinin iştirakı ilə Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitini məmnunluqla qarşılayıram. Bu atəşkəsin bölgədəki böhranın birdəfəlik sona çatması, həmçinin humanitar yardımların Qəzza zolağına dərhal və maneəsiz şəkildə çatdırılmasına imkan verəcəyinə ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin açıqlamasında yer alıb.
Baş katib bu mühüm fürsətin gələcəkdə Fələstin və İsrail xalqlarının sülh və təhlükəsizlik içində yanaşı yaşamasını təmin etməsini, tərəflərin problemin “ikidövlətli həll” yolu ilə aradan qaldırmalarını arzuladığını bildirib.


