Icma.az
close
up
RU
Saharın bəyanatını birtərəflidir: İsrail və Fələstin xalqının sülh içində yaşaması ən doğru çıxış yoludur

Saharın bəyanatını birtərəflidir: İsrail və Fələstin xalqının sülh içində yaşaması ən doğru çıxış yoludur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 27-də “Reuters” agentliyi İsrailin Xarici İşlər Naziri Gideon Saarın Vaşinqtonda verdiyi sərt açıqlama ilə bağlı məlumat yayıb. Agentliyin bildirdiyinə görə, Saar ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Fələstin dövlətinin yaradılması ilə bağlı planlara açıq şəkildə qarşı çıxdığını bildirib. O, Fələstin dövlətinin yaradılması ideyasını rədd edərək qısa şəkildə “O dövlət mövcud olmayacaq” deyib.

Bu bəyanat həm regionda, həm də beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb. Saarın bu çıxışı İsrailin uzun müddətdir davam edən sərt siyasətinin təzahürü kimi qiymətləndirilir və Fələstin məsələsinin diplomatik həllinə dair beynəlxalq səylərlə ziddiyyət təşkil edir. Onun bu bəyanatı ABŞ və digər beynəlxalq oyunçuların bölgədə sülhə nail olmaq cəhdlərinin mürəkkəbləşəcəyinə dair narahatlıqları daha da artırıb.


Şərqşünas alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis Orxan Nəcəfov Sherg.az-a İsrail-ABŞ və Fələstin münasibətlərindən danışıb:


"ABŞ Dövlət katibi Mak Rubio ilə İsrailin Xarici İşlər Naziri Girion Sahar arasında bu il ikinci görüş baş tutub. Onların ilk görüşü fevralın 16-da keçirildi. Xüsusilə bölgədə vəziyyətin gərginliyini və İsrailin Qəzzaya başladığı əməliyyatın ikinci fazasını nəzərə alsaq hazırkı görüş də kifayət qədər maraqlıdır. Girion Sahar əslində yeni bir fikir səsləndirməyib. O, uzun illərdir İsrailin xarici və ümumi dövlət siyasətinin əsas prinsiplərindən birini təkrarlayıb. Məhz bu prinsipin səbəbindən illərdir İsrail-Fələstin münaqişəsi həll olunmur. Bu da məsələnin bir tərəfidir.

Rubio ilə Saharın görüşü Trampın sədrliyi ilə ABŞ rəsmilərinin keçirdiyi toplantıdan sonra baş tutub. Həmin görüşdə də əsas müzakirə mövzusu Qəzza və onun gələcək taleyi olub. Görüşdə ABŞ-nin Yaxın Şərq üzrə keçmiş nümayəndəsi Cared Kuşner, həmçinin Britaniyanın sabiq Baş naziri Toni Bler də iştirak ediblər. Tramp seçki kampaniyası zamanı 2023-cü ilin oktyabrından başlayan İsrail-Fələstin müharibəsini sona çatdıracağını bəyan etdi. Trampın hakimiyyətinin ilk iki ayı atəşkəslə müşayiət olundu, lakin sonradan İsrailin hava zərbələri nəticəsində 400-dən çox fələstinlinin həlak olması atəşkəsin pozulmasına gətirib çıxardı. Bu günədək müharibə kiçik fasilələrlə davam edir.

Fevral ayında Tramp Qəzza sakinlərinin bölgəni tərk edərək başqa ölkələrdə yerləşməsini tövsiyə etdi. O, hətta sensasion şəkildə Qəzzanın Aralıq dənizi sahilində dənizkənarı istirahət mərkəzinə çevrilməsini təklif etdi. Bu fikir dünya miqyasında ciddi etirazlarla qarşılandı".


Ekspert Saharın bəyanatını birtərəfli yanaşma adlandırıb:

"Fələstin dövləti rəsmi olaraq mövcud olmasa da, BMT-nin 193 üzvündən 147-si onu tanıyıb. 2023-cü ilin oktyabr hadisələrindən sonra İsrailə qarşı dünya miqyasında artan beynəlxalq etiraz bir çox ölkələrin Fələstini tanıyacaqlarını bildirmələrinə səbəb oldu.Fələstinin tanınması prosesi uzun illərdir davam edir, lakin İsrail buna qarşı çıxır. Bu vəziyyət İsrail daxilində də müxtəlif reaksiyalara, ictimai rezonansa səbəb olub və ölkənin daxili siyasətində müəyyən dəyişikliklərə yol açıb.

İsraildə seçkilərin keçirilməsi gözlənilir. Hazırkı hökumətə müxalif olan qüvvələr fərqli bir siyasət yürütmək istədiklərini açıq şəkildə bəyan edirlər. Onların liderləri bildirirlər ki, İsrailin daha realist və proqnozlaşdırıla bilən bir baş nazirə ehtiyacı var. Bu cür çağırışlar hadisələrin gedişatına da təsir edir. Perspektiv baxımından münaqişənin necə həll olunacağından asılı olmayaraq, məsələ beynəlxalq hüquq müstəvisində nəzərdən keçirilməlidir. Beynəlxalq hüququn əsas sənədlərindən biri olan BMT-nin 1947-ci il 29 noyabr tarixli, 181 saylı qətnaməsinə əsasən Fələstin və İsrailin müstəqil dövlət kimi yaradılması nəzərdə tutulurdu. Bu isə uzun və mürəkkəb bir prosesdir.

Bundan əlavə Oslo sazişini də unutmaq olmaz. Bu sazişdə Fələstin muxtariyyəti tanınıb. Əslində, hər iki xalqın sülh içində yaşaması həm region, həm də dünya üçün ən doğru çıxış yoludur". 


Müsahibimiz müharibənin əbədi davam edə bilməzliyini vurğulayıb. O, azlığın çoxluğa tabe olduğunu söyləyib: 

"Bu kontekstdə azlıq İsrail və onun müttəfiqləri, çoxluq isə beynəlxalq ictimaiyyətdir. Bu məsələ Fələstin dövlətinin tanınması ilə nəticələnməlidir.

Trampın sədrliyi ilə keçirilən ABŞ rəsmilərinin görüşündən əvvəl, ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Vitkof bildirdi ki, bu ilin sonuna qədər İsrail-Qəzza müharibəsini dayandırmaq niyyətindədilər və bu məqsədlə olduqca məhsuldar bir plan hazırlanıb. Tramp həmçinin belə bir fikir səsləndirdi ki, Qəzza zolağı ABŞ-nin nəzarətinə verilə bilər.

Görüşdə müzakirə olunan digər mövzular Qəzza ilə yanaşı, Livan və Suriyadakı vəziyyət, həmçinin İranın regional təsiri və onun nüvə silahı təhlükəsinin aradan qaldırılması ilə bağlı birgə fəaliyyət məsələlərini əhatə edib. Hər iki nazir İsrail-ABŞ əməkdaşlığının regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün vacib olduğunu, eləcə də İsrailin öz təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar. İsrail ABŞ-yə dəstəyinə görə təşəkkürünü bildirib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see779

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see202

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see192

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see183

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see133

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see127

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see127

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see126

“Beşiktaş”da kritik dönəm: Rafa Silva qərarını bildirdi

26 Noyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri